Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1020/2025 27.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X1, övladları xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü Qulizadə Parla Rəşad qızının ona məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 54 saylı evin, 16 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 54 saylı evin, 16 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. X7 onun keçmiş gəlinidir. X15 oğlu X4 Quliyeva 2003-cü ildə nikaha girmişdir. Onların birgə nikahlarından X8 xx.xx.2004-cü ildə və Quluzadə Parla Rəşad qızı xx.xx.2010-cu ildə anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə R.Quliyevlə K.Quliyeva arasında nikaha xitam verilmiş və həmin tarixdən sonra Könül Quliyeva mülkiyyətçisi olduğum jinənzili tərk edərək öz valideynlərinin yaşadığı ünvana qayıtmışdır. 2016-cı ildən sonra nə K.Quliyevə, nə də onun iki uşağı sözügedən mənzildə yaşamamışlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsi ilə K.Quliyevanın “mənzilə köçürülmə” iddiası təmin edilməmiş, qarşılıqlı iddiam təmin edilmiş, X1 və onun azyaşlı övladları xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü Quluzadə Parla Rəşad qızının Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 54 saylı evin, 16 nömrəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. Keçmiş gəlini K.Quliyevanın və azyaşlılar M.Quliyevanın və A.Quluzadənin mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda olmaları onun mənzil üzərində hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Ona görə də cavabdehə müraciət edərək üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını müraciət etmiş, onun müraciətinə müsbət cavab verməyən cavabdeh müraciəti təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubu, DƏDKR tərəfindən verilmiş **********11-05101-093010 nömrəli çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsinin surəti, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-23/2024 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 54 saylı evin, 16 nömrəli yaşayış sahəsinin mülkiyyətçisidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-253/2024 nömrəli qətnaməsinə əsasən iddiaçının keçmiş gəlini X1, onun uşaqları X9 və xx.xx.2010-cu il təvəllüdlü Quluzadə Parla Rəşad qızının mübahisəli mənzilə istifadə hüqularına xitam verilməsi qət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-23/2024 nömrəli məktubundan görünür ki, sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Halhazırda mübahisəli mənzildən iddiaçının nəvələri, keçmiş gəlini ilə köçüb getmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçının keçmiş X7, onun azyaşlı övladları xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü Qulizadə Parla Rəşad qızı qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır və onların mənzildə pasport qeydiyyatında qalması iddiaçıya əlavə xərclər çəkməsinə səbəb olur. Göründüyü kimi şəxsin qeyd olunan mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırkı iddia tələbi üzrə 14 yaşına çatmayan övladların valideynlərin daimi yaşayış yeri mübahisə predmeti olan mənzil olmadığı tədqirdə onların mənzildən pasport qeydiyyatından çıxarılması təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X7, övladları xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü Qulizadə Parla Rəşad qızı Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 54 saylı evin, 16 nömrəli yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1, övladları xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü Qulizadə Parla Rəşad qızının İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanda yerləşən 54 saylı evin, 16 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №2-1(118)-1020/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1020/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver