Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1024/2022 18.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində inşa edilmiş iki mərtəbəli mansardlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan 0.06 ha torpaq sahəsi üzərində qanunlara müvafiq qaydada alınmış sənədlər əsasında ailəsilə birlikdə tikdirdiyi iki mərtəbəli+mansard yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 30 dekabr 202l-ci il tarixli **********91 saylı məktubla ərizəmizin təmin edilməsindən imtina edilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki , fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, həmçinuıı sözügedən fərdi yaşayış evi başqa şəxsə məxsus torpaq sahəsi üzərində yerləşir. Hesab edir ki, cavabdehin mövqeyi qanuna-zidd və əsassızdır. Belə ki, Abşeron rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 09 iyun 2008-ci il tarixli Torpağın Bağışlanması haqqında müqaviləyə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən olan 0.06 ha torpaq sahəsi X10 tərəfindən ona bağışlanmışdır. Bunun əsasında həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə seriya MA ******* saylı çıxarış verilmişdir. Beləliklə sübut olunur ki, DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin “fərdi yaşayış evi başqa şəxsə məxsus torpaq sahəsi üzərində yerləşir” səbəbi ilə onun ərizəsinin təmin olunmasından imtina etməsi əsassızdır və işin faktiki hallarına və mövcud sənədlərə ziddir. Belə ki, əgər bu torpaq sahəsi başqa kiməsə məxsus olmuş olsaydı DƏDRX tərəfindən həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasmda ona məxsus olması barədə çıxarış verilməzdi. Cavabdehin “fərdi yaşayış evi başqa şəxsə məxsus torpaq sahəsi üzərində yerləşir” səbəbi ilə onun ərizəsi təmin olunmasından imtina etməsi digər sübutlara əsasən də həqiqəti əks etdirmir. Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi mənim ərizəmi yoxlamış və xahişim qanunlara uyğun olduğuna görə 110-B saylı 02 fevral 2012-ci il tarixli rəy verərək, fərdi yaşayış evinin qeyd olunan torpaq sahəsi üzərində tikilməsini qanuni saymışdır. Abşeroıı rayon icra Hakimiyyətinin başçısının 15 fevral 2012-ci il tarixli 180 saylı Sərəncamı ilə ona Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən olan 0.06 ha torpaq sahəsi üzərində İki mərtəbəli mansardlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin Sərəncama əsasən onlar tərəfindən fərdi yaşayış evi qanunlara tam müvafiq olaraq tikdirilmişdir. Sual yaranır; Əgər həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi qanunsuz idisə, nədən bu tikintiyə icazə verilmişdir? Hesab edir ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısının Sərəncamı tam qanuni və əsaslıdır. Bu Sərəncam verildiyi tarixdən torpaq sahəsi kənd təsərrüfatı təyinatı statusunu itirmişdir. Həmçinin qeyd etmək istəyir ki, 05 mart 2001-ci il tarixində X5 ilə qanuni nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan 3 övladı var. Kiçik uşağı 6 yaşın içindədir. Mənzil şəraitinin yaxşılaşdırılmasına böyük ehtiyacı vardır. Həyat yoldaşı X5 hərbiçidir, zabitdir. 44 günlük Vətən Müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə həyat yoldaşı X4 X7 adı, general-mayor ali hərbi rütbəsi verilmiş və O 5-ci ordu korpusuna komandan təyin edilmişdir. Dövlət Başçısının imzaladığı bir çox Fərman və Sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasmda iştirak etmiş, həyat və sağlamlıqlarını itirmiş qəhramanlarımız, qazilərimizin, şəhid ailələrinin etibarlı və fasiləsiz müdafiəsi, mənzil-məişət və sosial şəraitlərinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir. 25 avqust tarixli “X2 və onların ailə üzvlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması haqqında” X1 mənzil təminatı üçün daha geniş mənbələr yaradılması zərurətinin olmasını bildirmişdir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 13 dekabr 2021-ci il tarixli. ********** qeydiyyat nömrəli müraciəti olmuşdur.Aparılan araşdırma zamanı yeni layihələndirilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi, təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyqun tələbləri gözlənilmədən üzərində fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmişdir. Bundan başqa sözügedən fərdi yaşayış evinin X8 məxsus **********24 reyestr nömrəli torpaq sahəsi ilə və X9 **********18 reyestr nömrəli məxsus torpaq sahəsi üzərində yerləşdiyi müəyyən edilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı, **********18 reyestr nömrəli 0.0650 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuş 0,13 ha torpaq sahəsinin yerdə qalan hissəsidir. Belə ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,13 ha torpaq sahəsinin müəyyən hissəsi özgəninkiləşdirilmiş, yerdə qalan 0.0650 ha torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə idarədə məlumat yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********91 nömrəli, 30.12.2021-ci il tarixli imtina məktubu, etirazı, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 15.02.2012ci il tarixli, 180 nömrəli sərəncamının notarial qaydada təsdiqlənmiş surəti, DƏDRX tərəfindən verilmiş **********23 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, yaşayış sahəsinin eskiz layihəsinin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan fərdi yaşayış sahəsinə istifadə hüququnun yaranması vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********91 nömrəli, 30.12.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı DƏDRX tərəfindən verilmiş **********23 reyestr nömrəli çıxarış verilərək onun torpaq üzərində xüsusi mülkiyyət hüququ tanınmışdır. İddiaçının adına rəsmiləşdirilmiş 0.06 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir. İddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmiş, həmin fərdi yaşayış evi üzərində özünün mülkiyyət hüququnu daşınmaz əmlakın reyestrində qeydiyyata almaq niyyətindədir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti cavabdeh tərəfindən müsbət həllini tapmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş materillarını araşdıraraq hesab edir ki, cavabdeh təşkilat tərəfindən fərdi yaşayış evinə müvafiq çıxarışın verilməsindan imtina edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, aparılan araşdırma zamanı müəyən edilmişdir ki, torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olduğu halda, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir. Aşağıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından kənd təsərrüfatı təyinatlı torpaqlarında fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulmayıb. Göründüyü kimi iddiaçının sahibliyində olan fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı torpaqları üzərində inşa edildiyi üçün iddiaçının adına həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin o da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinin altındakı torpaq sahəsinin kateqoriyası vahid elektron baza məlumatlarında dəyişdirilməyənə qədər həmin fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması mümkün deyil. Nəzərə alınmalıdır ki, Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində inşa edilmiş iki mərtəbəli mansardlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində inşa edilmiş iki mərtəbəli mansardlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1024/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1024/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver