Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1025/2021 09.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “11.02.1990-ci il təvəllüdlü X11, 16.12.1976-cı il təvəllüdlü X2, 22.09.2007-ci il təvəllüldlü X6, 16.04.1957-ci il təvəllüldlü X3, 15.12.1949-cu il təvəllüldlü X4 və 01.01.1985-ci il təvəllüldlü X1 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71/13 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** nömrəli, 05.01.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakln dövlət reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71/13 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilin keçmiş sakinləri olan 11.02.1990-ci il təvəllüdlü X14, 16.12.1976-cı il təvəllüdlü X8, 22.09.2007-ci il təvəllüldlü X12, 16.04.1957ci il təvəllüldlü X9, 15.12.1949-cu il təvəllüldlü X10 və 01.01.1985-ci il təvəllüldlü X7 xeyli müddətdir ki həmin mənzili tərk ediblər. Belə ki, onlar mənzilin əvvəlki sakinlərdidirlər və o, həmin mənzili X5 almışdır. Ramil Məmmədov həmin şəxslərin mənzildən qısa müddət pasport qeydiyyatından çıxacağını bildirməsinə baxmayaraq, həmin şəxslər mənzildən qeydiyyatdan çıxmamışdırlar. İddiaçı həmin şəxslərin faktiki olaraq yaşadığı ünvanı bilmədiyindən onlardan özünə məxsus mənzildən qeydiyyatdan çıxmalarını tələb edə bilmir. İddiaçı bununla bağlı olaraq cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 16.03.2021-ci il tarixli, 123-10307-3121 saylı məktubla müraciətin təmin edilməsindən imtina olunaraq inzibati məhkəmə icraat qaydasında bu məsələyə baxılmasının məqsədə müvafiq olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. Üçüncü şəxslərin qeydiyyat ünvanına - ünvan 1akin onlar məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli, 123-10307- 3121 nömrəli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş 05.01.2021-ci tarixli Çıxarışın surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71/13 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırki iddia tələbi üzrə 3cü şəxslər - 11.02.1990-ci il təvəllüdlü X14, 16.12.1976-cı il təvəllüdlü X8, 22.09.2007-ci il təvəllüldlü X12, 16.04.1957-ci il təvəllüldlü X9, 15.12.1949-cu il təvəllüldlü X10 və 01.01.1985-ci il təvəllüldlü X7 xeyli müddətdir ki, həmin mənzili tərk ediblər. Beləliklə, məhkəmə hesab edir ki, 11.02.1990-ci il təvəllüdlü X11, 16.12.1976-cı il təvəllüdlü X2, 22.09.2007-ci il təvəllüldlü X6, 16.04.1957-ci il təvəllüldlü X3, 15.12.1949-cu il təvəllüldlü X4 və 01.01.1985-ci il təvəllüldlü X1 xeyli müddətdir ki həmin mənzili tərk ediblər və onların mənzil üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. 11.02.1990-ci il təvəllüdlü X11, 16.12.1976-cı il təvəllüdlü X2, 22.09.2007-ci il təvəllüldlü X6, 16.04.1957-ci il təvəllüldlü X3, 15.12.1949-cu il təvəllüldlü X4 və 01.01.1985-ci il təvəllüldlü X1 İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71/13 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1025/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1025/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver