Məhkəmə qərarları › İş №2-1(118)-1027/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1027/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1027/2022 28.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Qılah-oba kəndində yerləşən 0.39 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-083F saylı 30109018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, həmin torpaq sahəsinin mərhum valideylərindən miras qalmış hesab edilməsi, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evin üzərində vərəsəlik hüququ üzrə payının müəyyən edilərək miras əmlakın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Gacixan qızına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayonu Qılah-oba kəndində yerləşən 0.39 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-083F saylı 30109018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, həmin torpaq sahəsinin mərhum valideylərindən miras qalmış hesab edilməsi, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evin üzərində vərəsəlik hüququ üzrə payının müəyyən edilərək miras əmlakın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 17 fevral 2022-ciu il tarixli sərəncamı ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardın göstərilərək iddia tələbini və cavabdehlərin sırasını dəqiqləşdirmək təklif edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi üzrə cavabdeh qismində DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 29.03.2022-ci il tarixli qərardadl ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi müdafiə etdi və izah etdi ki, üçüncü şəxs Cavabdeh1 Gacixan qızı onun atası X1 ikinci həyat yoldaşıdır. İddiaçının atası 14 iyun 1998-ci ildə vəfat etmşdir. 1986-cı ildə o, ailə quraraq ata evindən çıxmışdır, lakin ailə münasibətləri pozulduğundan atası vəfat etməmiş oraya qayıtmışdır. İddiaçının atasına məxsus fərdi yaşayış evi və yerləşdiyi 0.39 ha torpaq sahəsinə dair 15.06.1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Ev bütövlükdə atasının adına qeyə alınmışdır. Atası vəfat etməzdən əvvəl torpaq islahatlarının keçirilməsinə başlanmış Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən 12 may 1998-ci il tarixdə, yəni hələ onun atasının sağlığında torpaqlartın bölüşdürülməsi barədə qərar qəbul edilmiş, lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə atasının adı yazılmamışdır. Orada yalnız Aişay Gərayevanın və onun üç uşağının adı qeyd edilmişdir. Bu sbəbdən həmin şəhadətnamə qanunsuz hesab edilərək ləğv edilərək torpaq sahəsi bütövlükdə mərhumun mülkiyyəti hesab edilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbədrdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxsin nümayəndəsi X14 iddianı qəbul etməyərtək izah etdi ki, iddiaçının anası 30.03.1975-ci il tarixdə vəfat etmişdir. Həmun vaxt torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. İddiaçının atası 14.06.1998-ci il tarixdə vəfat etmişdir. Qusar rayon AİK-nın qərarı 12.05.1998-ci il tarixdə verilsə də, mübahiəsləndirilən şəhadətnamə 4 ildən sonra, yəni 25.10.2002-ci il tarixdə verilmişdir. İddiaçı həmin vaxt artıq həmin evdə yaşamadığından onun həmin torpağa və ya evə hüququ tanına bilməz. Bundan başqa iddiaçının atası 20.11.1997-ci il tarixdə notariat qaydasında vəsiyyətnamə yazaraq bütün əmlakını, o cümlədən evini kiçik oğlu X6 vəsiyyət etməsini, qızı Rübabənin ərə köçən günəsək evin bir otağında qalmasını, oğlu Bəxtiyara isə toy üçün mal-qaradan pay verilməsini vəsiyyət etmişdir. İddiaçının həmin vəsiyyətnamədən xəbəri olmuşdur, lakin bu günə kimi bununla bağlı iddia qaldırmamışdır. Tərəflər arasında yaranmış mülki hüququdan irəli gələn mübahisə olduğundan inzibati qaydada baxılması mümkün hesab edilməməlidir. İş materiallarına əlavə edilmiş : -qeydiyyat vəsiqəsindən görünür ki, Qusar rayonu Qilah-oba kəndində yerləşən iki mərtəbəli, üç otaqlı, ümumi sahəsi 84,0 kv m, yaşayış sahəsi 42.0 kv m olan fərdi yaşayış evi X1 adına qeydə alınmışdır. -JN-083F saylı kod 30109018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qusar rayon AİK-nın 12 may 1998-ci il tarixli 7/5 saylı qərarı ilə verilmiş 0.39 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 Gərçixan qızı, X4, X11 və X7 verilmişdir. -X2 tərəfindən verilmiş və 20.11.1997-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, o, bütün əmlakını, o cümlədən yaşayış evini kiçik oğlu X6 vəsiyyət etməsini, qızı Rübabənin ərə köçən günəsək evin bir otağında qalmasını, oğlu Bəxtiyara isə toy üçün mal-qaradan pay verilməsini vəsiyyət etmişdir Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin mahiyyəti torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan pay hüququnun müəyyən edilərək mirasın qəbul edilməsinin müəyyən edilməsi barədədir. Məhkəmə qeyd edir ki, iddia tələbinin vərəsəlik hüququndan irəli gəlməklə mülki hüquq münasibətlərindən yaranan mübahisədir. Həmin tələb inzibati məhkəmə icraatı çərçivəsində baxılan tələbələrə aid eidlə bilməz. Mübahisələndirilən şəhadətnamədən göründüyü kimi həmin şəhadətnamə Qusar rayon Aqrar İslahat Komissiyasının 7/5 saylı 12 may 198-ciil tarixli qərarına əsasən verilmişdir. Məhkəmə qeyd edir ki, həmin şəhadətnamənin mübahisələndirilməsi üçün ilk öncə onun verilmsi üçün əsas olmuş aqrar islahat komissiyasının qərarı mübahisələndirilməlidir. Həmin qərardan isə qanunvericiliklə müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən və digər iş materiallarından da göründüyü kimi iddiaçı mübahisələndirilən qərarın mövcudluğundan daha əvəvl, ən azı 2021-ci ilin avqust-sentyabr aylarında xəbərdar olmuşdur. Lakin həmin vaxt həmin qərarın ləğv edilməsi ilə bağlı iddia qaldırmamışdır. Qusar rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli qərardadında iddiaçının iddia tələbində həmin qərardan bəhs edilmişdir. Bundan başqa iddiaçı mərhum atasının qoyduğu vəsiyyətnamədən də xəbərdar olduğunu, lakin artıq vəsiyyətnamə ilə bütün məsələlərin həll edildiyini düşünərək iddia qaldırmadığını izah etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X15 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və bununla da ölkədə aparılan islahat başa çatmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin həmin vaxt qüvvədə olan 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Qılah-oba kəndində yerləşən 0.39 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-083F saylı 30109018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, həmin torpaq sahəsinin mərhum valideylərindən miras qalmış hesab edilməsi, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evin üzərində vərəsəlik hüququ üzrə payının müəyyən edilərək miras əmlakın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar