Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1029/2022 08.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İdidaçı İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı imtinanın qanunsuz hesab edilməsi, xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yeitrərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh küçəsi, 70 ünvanda yerləşən məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə qarşı imtinanın qanunsuz hesab edilməsi, xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yeitrərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Bundan əvvəl Ağcabədi rayon Mərkəzi Xəstəxanası və Hərbi Həkim Komissiyası tərəfindən müayinə edilmiş və sağlam, yəni həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. xx.xx.1998-ci ildə həqiqi hərbi xidmətdən təxris edilmişdir. xx.xx.2000-ci ildə Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasından bütün müayiənələrdən keçərək Gizirlər məktəbinə daxil olmuş və gizir hərbi rütbəsi alaraq N saylı hərbi hissəyə kursa daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə kursda hərbi xidmət vəzifələrimi yerinə yetirərkən xəstələnmiş və ona hərbi həkim komissiyası tərəfindən sağ aşağı ətrafın feblektomiyası diaqnozu qoyulmuşdur. Bundan sonra xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin N saylı hərbi hissəsinə göndərilmişdir. Xidmət etdiyi müddətdə hər il dispanser müayinələrdən keçmiş və yararlı olmağı barədə tibbi rəylər verilmişdir. Hərbi xidməti zamanı əsəb xəstəliyi tapmış və dəfələrlə bununla bağlı ambulator və stasionar müalicələr almışdır. xx.xx.2007-ci ildə xidmətə yararlı olması barədə Hərbi Həkim Komissiyası tərəfindən rəy verilmişdir. N saylı hərbi hissədə xidmət edərkən həyəcan siqnalı verilmiş, şəxsi heyətin ştata uyğun olmaması və akkumulyator batareyalarının nasaz olmasına görə, avtomobilləri işə salmaq üçün tez-tez akkumulyatorları dəyişmişlər və sürücü çatmadığı üçün qaçaraq növbəti avtomobilləri aparmışlar. Həmin vaxt o, tağımı idarə edərkən huşunu itirərək yerə yıxılmış, bu hal bir neçə dəfə təkrarlanmışdır, hətta bir dəfə yıxılarkən qolu qırılmış və müxtəlif travmalar almışdır. Hərbi Həkim Komissiyasının qərarına əsasən xx.xx.2017-ci il tarixədək onun ürəyində heç bir qüsur olmamış və o xidmətə tam yararlı, yəni sağlam hesab edilmişdir. xx.xx.2017-ci ildə isə ona anadangəlmə ürək qüsuru diaqnozu qoyulmuşdur. Halbuki, həmin xəstəlik onda anadangəlmə olmamış, N saylı hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən yaranmışdır. Bundan əlavə onda xx.xx.1997-ci ildə N saylı hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən aldığı stanqulyasion nazik bağırsaq keçməzliyinə görə laparotomiya, keçməzliyin ləğvi cərrahi əməliyyatından sonrakı peritondaxili bitişmə xəstəliyinin də səbəbli əlaqəsi kimi qanunsuz olaraq “hərbi xidmət dövründə alınmışdır” yazılmışdır. Hərbi xidmətdə xidməti vəzifələrini yerinə yetirərkən yaranmış xəstəlik həkimlərin səhv və qərəzli qərarları nəticəsində o, Prezident təqaüdü, əlillik dərəcəsi və sığorta pulunu ala bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Ağcabədi RHK tərəfindən 1995-ci ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Anadangəlmə ürək qüsuru: ikitaylı aortal qapaq çatışmazlığı” və “Vegetativ damar distoniyası. Xroniki eroziv qastritin kəskinləşməsi, Hər iki gözün blefarokonyuktiviti, Xroniki prostatit, natamam remissiya mərhələsində; Hər iki aşağı ətrafın flebektomiya əməliyyatından sonrakı vəziyyət, stranqulyasion nazik bağırsaq keçməməzliyinə görə laporotomiya (xx.xx.1997), keçməməzliyinin ləğvi cərrahi əməliyyatından sonrakı periton daxili bitişmə xəstəliyi, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə; Veqetativ damar distoniyası, nadir bayılmalarla; Xroniki hipertrofik rinit, remissiya mərhələsində; Xroniki qastroduodenit, remissiya mərhələsində hər iki aşağı ətrafın dərialtı venalarının filebektomiya əməliyyatından (2001,2002) sonrakı bərkimiş çapıq toxuması və “Anadangəlmə ürək qüsuru: ikitaylı aortal qapaq, Aortal qapaq çatışmazlığı” diaqnozlarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməmin “Xəstəliklər cədvəlı”nin 59 “b”, 80”c” maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”, sayılmış və travmanın hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7,2 bəndinin ç) və e) yarımbəndlərinə əsasən “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”və “Ümumi xəstəlikdir” kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci ii tarixli 59 saytı ; qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 İ maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur; 2. Azərbaycan Respublikası Nəzirlər Kabinetinin xx.xx.2008-ci ii tarixli 59 saylı 7 qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3-cü maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda ; xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hişsənin kqmandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrini aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir.Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra (çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 02,2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7,4 İ maddəsinə əsasən, "hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin llfjima şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndiriiməsı zəmanı hərbi əkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks tdirən başqa sənədlər əsasında çıxara bilər.Vətəndaşın yaralanma və yə travma alması şəraiti haqqinda şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şjəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun.Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktmm təyin edilməsi üçün əsas ola bilməz. İddiaçı xəsarət alması ilə bağlı çıxarış epikrizini və xidmət etdiyi N saylı İ hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Beləki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart'2008-ei il i tarixil 123 saylı əmri iiə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 137-ci maddəsinin: tələblərinə əsasən “Travma haqqında arayış”zədələnmənin alınması: anından 3 aydan gec olmayaraq tərtib edilməlidir. “Anadangəlmə ürək qüsuru: ikitaylı aortai qapaq çatışmazlığı” və “Vegetativ damar distoniyası. Xroniki eroziv qastritin kəskinləşməsi. Hər iki gözün blefarokonyuktiviti, Xroniki prostatit, natamam remissiya mərhələsində. Hər iki aşağı ətrafın flebəktomiya əməliyyatından sonrakı vəziyyət. Stranqulyasion nazik bağırsaq keçməməziiyinə görə laporotomiya (xx.xx.1997), keçməməzfiyinin ləğvi cərrahi əməliyyatından sonrakı periton daxili bitişmə xəstəliyi, təxliyyə funksiyasının rriüiayim dərəcədə pozulması ilə, Veqetativ damar distoniyası, nadir bayılmalaria, Xrofilki hipertrofik rinit, remissiya mərhələsində, Xroniki qastroduodenit, remissiya mərhələsində hər iki aşağı ətrafın dərialtı venalarının filebektomrya əməliyyatından (2001,2002} sonrakı bərkimiş çapıq toxuması” və “anadangəlmə (ürək qüsuru: aortal qapaq, aortal qapaq çatışmazlığı” diaqnozu xəstəlikdir, travma nəticəsində əmələ gələ bilməz. İddiaçı SQ BKH-da müayinə və müalicə olunarkən onda travma və onun nəticələri müəyyən edilməmişdir,İddiaçı xəsarət almış olduğu halda bununla əlaqədar təhqiqat aparılmalı, hərbi hissənin tibb məntəqəsində ona travma nəticəsində aldığı xəsarətə uyğun travmatik diaqnoz qoyulmalı, bu barədə zədələnmələrinin və travmaların qeydiyyatı kitabında qeydiyyat aparılmalı, həmçinin hərbi hissə komandanlığı tərəfindən “Əsasnamə”nin 7.3-cü maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələblərinə əsasən 3 aydan gec olmayaraq “Travma haqqında arayış” tərtib edilməli idi. Lakin bu halların heç biri mövcud deyildir.Bu səbəbdən vətəndaş İddiaçı aldığı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələr) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” və “e” yarımbəndi ilə vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələr) yerinə yeirərkən alınmışdır” kimi təyin edilməsi nəzərdə tutulmamışdır. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci bəndinin “ç” yarımbəndinə əsasən, vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlik, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdaifiə Nazirliyi Mərkəzi Hərbi Həkim Poliklinikası tərəfindən verilmiş 4175 nömrəli arayışdan görünür ki, İddiaçı diaqnozu “xəstəlikdir, hərbi xidmət dövründə almışdır” - Mərkəzi Hərbi-Həkim Komissiyasının 476 nömrəli xx.xx.2007-ci il tarixli qərarından görünür ki, İddiaçı diaqnozu “xəstəlikdir, hərbi xidmət dövründə almışdır”. - 501 saylı xx.xx.2019-cu il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı “Stanqulyasion nazik bağırsaq keçməzliyinə görə (xx.xx.1997) laparatomiya, keçməzliyin ləğvi cərrahi əməliyyatından sonrakı peritondaxili bitişmə xəstəliyi, təxliyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Vegetativ damar distoniyası, nadir bayılmalarla; Xroniki hipertrofik rinit, remissiya mərhələsində. Xroniki qastroduodenit, remissiya mərhələsində, hər iki aşağı ətrafın dərialtı venalarının flebektomiya əməliyyatından (2001,2002) sonrakı bərkimiş çapıq toxuması” diaqnozu qoyulmuş, xəstəliyin səbəbli əlaqəsi kimi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi; “anadangəlmə ürək qüsuru, ikitaylı aortal qapaq, aortal qapaq çatışmamazlığı, 1 dərəcə” xəstəliyi isə “Ümumi xətəlikdir” kimi qiymətləndirilmiş, “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmişdir. İş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş T 199/2022 saylı rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinə və xx.xx.2022-ci il tarixdə X1 kliniki, instrumental müayinələri zamanı ona “anadangəlmə ürək qusuru, ikitaylı aortal qapaq, aortal qapaq çatışmamazlığı, birinci dərəcə” diaqnozu müəyyən edilmişdir. Qusur anadangəlmə olduğundan onun hərbi xidmət dövrü ilə heç bir səbəbli əlaqəsi yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 1.8-ci bəndinə görə hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; - 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbihəkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, 6 Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Həmin bənddə nəzərdə tutulmuşdur ki, «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Yuxarıda qeyd olunan Əsasnamənin 7.2-ci bəndində həmçinin nəzərdə tutulmuşdur ki, «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; -əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Göstərilən normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Məhkəmə qeyd edir ki, İddiaçı 20 ildən artıq müddət ərzində hərbi xidmətdə olmuş, bu müddət ərzində onun səhhətində hər hansı nasazlıq və problem olmamışdır. Dəfələrlə qarşıya qoyulmuş tapşırıqları, normativləri yerinə yetirmişdir. Xidmət dövrü ərzində iddiaçı şəhadətləndirmələrdən keçdikcə onun barəsində “hərbi xidmətə yararlıdır” rəyi verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası da həmin qüsurun anadangəlmə olmasına dair rəy versə də, məhkəmə həmin xəstəliklə 20 ildən artıq hərbi xidmət etmənin mümkünlüyünü ağlabatan hesab etmir. Yuxarıda göstərilən Əsasnamənin 7.2-ci bəndinə görə «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarının verilməsi üçün əsaslardan biri kimi xəstəliyin şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid edilməsinin mümkünlüyü göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 22 il xidmətdən sonra iddiaçının barəsində verilmiş “Xəstəlik haqqında şəhadətnamə”də onun “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olması qeyd edilmişdir. Bu isə xəstəliyin onun hərbi xidmətə yararlı olması dərəcəsinin dəyişdirilməsinə səbəb olmasını təsdiq edir. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın mümkün sayılmalı olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə deyil, öhdəliyin icrası növündə iddialara aid olduğundan iddia müddəti şamil edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2-cü və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Eyni Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyi cavabdeh Azərbaycan Respublikaı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh inzibati orqanın 1173 nömrəli xx.xx.2020-ci il tarixli imtina cavabı qanunsuz hesab edilsin. İddiaçı barəsində 501 saylı xx.xx.2019-cu il tarixli “Xəstəlik haqqında şəhadətnamə”də “anadangəlmə ürək qüsuru, ikitaylı aortal qapaq, aortal qapaq çatışmazlığı, 1 dərəcə” xəstəliyinin səbəbli əlaqəsi dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikaı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə (Sumqayıt Məhkəmə Kompleksi) verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1029/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1029/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver