Məhkəmə qərarları › İş №2-1(118)-103/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-103/2022

05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-103/2022 05.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2003-cü ilin fevral ayında tərtib edilmiş texniki pasportda və 398 saylı, xx.xx.2003-cü il tarixli çıxarışda 901 saylı reyestr kitabında 398 sayla qeydiyyata alınmış və Masazır kəndində yerləşən 61 saylı mağaza binasınıın altında yerləşən 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə vahid əmlak kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2003-cü ilin fevral ayında tərtib edilmiş texniki pasportda və 398 saylı, xx.xx.2003-cü il tarixli çıxarışda 901 saylı reyestr kitabında 398 sayla qeydiyyata alınmış və Masazır kəndində yerləşən 61 saylı mağaza binasınıın altında yerləşən 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə vahid əmlak kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron RKC-nin İdarə Heyətinin xx.xx.2002-ci il və xx.xx.2002-ci il tarixli qərarları, 06 saylı, xx.xx.2002-ci il tarixli sərəncamı ilə Masazır kəndində yerləşən 61 saylı mağaza binasının torpaq sahəsi ilə birlikdə iddiaçıya satılması, satış qiyməti tam ödənildikdən sonra mağazanın diskolasiyadan çıxarılması və bununla bağlı bütün sənədləşmələrin həyata keçirilməsi qərara alınmışdır. Mağazanın dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2003-cü ilin fevral ayında texniki pasport tərtib edilmiş və 398 saylı xx.xx.2003-cü il tarixli çıxarış verilmişdir. Çıxarışda qeyri-yaşayış binasının mülkiyyət hüququ əsasında 01 reyestr kitabında 398 sayla iddiaçının adına qeydiyyata alındığı göstərilmişdir. Həmin vaxtdan sonra iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti göstəmiş, mağaza istifadəsində olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Abşeron rayon İcra Hakimiyyəti, Masazır Bələdiyyəsi və Abşeron rayon Kooperativ Cəmiyyətinin iddiaçıya qarşı sərəncamın ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və 61 saylı mağazanın boşaldılması barədə iddiaları təmin edilmiş, Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-128/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-128/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mağaza iddiaçının qanuni mülkiyyətindədir və iddiaçıların hər hansı birinin tələbi ilə oradan çıxarıla bilməz, mülkiyyət hüququ toxunulmazdır. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı arxiv əsaslarında İddiaçı adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Bas Dövlət Texniki jnyentarləşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Abşeron rayonu Masazır kəndində yerləşən 358.5 kv m ölçüdə olan qeyri-yaşayış binasına (mağazaya) 398 reyestr nömrəli qeydiyyat vəsiqəsinin verildiyi müəyyən edilmiş, lakin müraciətə sözügedən qeydiyyat vəsiqəsi əlavə edilməmişdir. Sözügedən qeydiyyat vəsiqəsi yuxarıda qeyd olunan müraciətə əlavə olunmuş sənədlər əsasında verilmiş, arxiv qovluğunda nüsxəsi aşkarlanmamış və kitabda mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparıldığı aşkar edilmişdir. Həmçinin 398 inventar nömrəli texniki pasporta torpaq sahəsinə dair bas plan əlavə edilməmiş və göstəricilər qrafəsında 358.5 kv m tikintialtı torpaq sahəsi qeyd edilmişdir. Müavinə baxışı zamanı sözügedən tikiliyə bitişik ümumi tikintialtı sahəsi 220 kv m olan 1 (bir) mərtəbəli qeyri-yaşayış binasının mövcud olduğu aşkar edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka baxış keçirilmiş və baxış keçirilmiş ərazidə yerləşən faktiki ölçüsü 0.22 ha olan torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Bundan başq, qeyri-yaşayış binasının (mağaza) inşa edilən tarixdəki vəziyyəti ilə hal-hazırda mövcud olan vəziyyətinin eyniliyi, habelə mağazanın ümumi sahəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı, Abşeron rayon Kooperativ Cəmiyyətinə 03 mart 2021-ci il tarixli **********97 qeydiyyat nömrəli müraciət ünvanlanmışdır. Sözügedən müraciətə cavab olaraq qeyri-yaşayış binasının Abşeron rayon Kooperativ Cəmiyyəti (RKC) tərəfindən İddiaçı “Azərittifaq” Nizamnaməsinin tələblərinə zidd olaraq satıldığı bildirilmişdir. Belə ki, həmin nizamnaməyə görə rayon kooperativ cəmiyyətlərinin əmlakı “Azərittifaq”la müştərək əmlakdır və bu əmlakların satılması yalnız “Azərittifaq” İdarə heyətinin razılığı ilə mümkündür. Həmçinin Abşeron RKCnin İdarə Heyətinin xx.xx.2002-ci ii tarixli 06 saylı protokolu (qərarı) ilə “Azərittifaq”la razılaşdırılmadan Masazır kəndində yerləşən qeyri-yaşayış binasının İddiaçı satılmasını qeyri-qanuni hesab etdiklərini, 61 saylı mağaza binasına aid sənədlərin təqdim edilməsini məqsədəuyğun saymadıqlarını bildirmişlər. Əlavə olaraq, sözügedən ərazidə yerləşən qeyri-yasayıs binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması barədə məlumatın verilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinə 06 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciət ünvanlanmışdır. Sözügedən müraciətə 09 aprel 2021-ci ii tarixli ********** nömrəli cavab məktubunda, hazırda həmin torpaq sahəsinin Dövlət Torpaqlarına dair Məlumatların Reqistr bazasına əsasən (sənəd üzrə 0.20383 ha, faktiki istifadə üzrə 0.81736 ha) dövlət mülkiyyətində saxlanıldığı bildirilmişdir. İş materiallarında olan : - -398 invertar nömrəli 14 fevral 2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Masazır kəndi ərazsində qeyri-yaşayış binası İddiaçı adına qeydə alınmışdır. - -Topraq sahəsinin yerləşmə planından və torpaq sahəsinin ortofoto görünüşündən görünür ki, həmin sənədlər İddiaçı Abşeron rayonu Masazır kəndi ərazisində istifadəsində olan 0.22 ha torpaq sahəsi barəsindədir. - -Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Abşeron rayon şöbəsi tərəfindən 2003-cü ilin fevral ayında tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd Abşeron rayon Kooperativ Cəmiyyətinin 2 dekabr 2002-ci il tarixli sərəncamı əsasında İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasına dair tərtib edilmişdir. Həmin texniki pasportda tikintialtı sahə 358.5 kv m göstərilmişdir. - -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-128/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon Masazır Bələdiyyəsi və Abşeron rayon Kooperativ Cəmiyyətinin cavabdehlər İddiaçı “Rəcəb” müstəqil kiçik müəssisəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 37 saylı sərəncamının ləğv edilməsi, torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq bələdiyyə mülkiyyətinə, mağazanın boşaldılaraq Abşeron rayon Kooperativlər Cəmiyyətinə qaytarılması tələbinə dair iddiası Abşeron rayon Məhkəməsinin 05 may 2014-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamə apellyasiya instansiya məhkəməsinin istinad olunan qətnaməsi ilə ləğv edilərək iddia rədd edilmişdir. - -Abşeron rayon RKC-nin İdarə Heyətinin xx.xx.2002-ci il tarixli 6 saylı qərarından görünür ki, Abşeron rayonu Masazır kəndində 61 nömrəli mağaza binası 0.12 ha torpaq sahəsi ilə birlikdə İddiaçı satılması qərara alınmışdır. - -xx.xx.2003-cü il tarixli qəbzdən görünür ki, İddiaçı əmlak satışına görə Abşeron rayon Kooperativ Cəmiyyətinə ******* manat vəsait ödəmişdir. - - Məhkəmənin sorğusuna əsasən Sumqayıt Apellyaisya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçılar Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayonu Masazır bələdiyyəsinin və Abşeron rayon kooperativ cəmiyyətinin İddiaçı Zəbulia oğluna və "Rəcəb müstəqil kiçik müəssisəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır кəndi üzrə nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 37 saylı sərəncamının ləğv edilməsi torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq bələdıyyyə mülkiyyətinə, mağazanın boşaldılaraq Abşeron rayon kooperativlər cəmiyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli 2(105)-123/2015 saylı qətnaməsindən cavabdeh Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçun Ali Məhkəməyə gondərilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 may 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən DƏDKR-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına verilmiş 398 saylı 14 02.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin, texniki pasportun və onların verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim oiunması ilə bağlı müraciətinizə 1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsində baxılmışdır. Müraciətdə qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur. İş üzrə DƏDKR-nin 4 saylı Abşeron Ərazi İdarəsi verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası (mağazanın) altında yerləşən torpaq sahəsinin ölçüsü 623 kv m təşkil edir. İş materiallarında olan Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,22 ha (2200 kv m) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində mağaza və ona bitişik qeyri-yaşayış binası yerləşir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir. Elektron məlumat bazasına əsasən mübahisəli 0.22 ha (2200 kv m) torpaq sahəsinin bir hissəsi ictimai tikili, digər hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı üçün yararlı, az yararlı və ya yararsız olmasının müəyyən edilməsi idarənin səlahiyyətlərinə aid deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3- cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Cavabdeh inzibati orqan verdiyi imtina cavabını iddiaçının təqdim etdiyi qeydiyyat vəsiqəsinin arxiv nüsxəsinin aşkar edilməməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tikintialtı sahəsinin 358.5 kv m təşkil etdiyi, həmin binaya bitişik 0.22 ha torpaq sahəsinin isə təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyi ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının tikintialtı sahəsinin 623 kv m təşkil etdiyi, iddia olunan 0.22 ha totpsaq sahəsinin hüdudları daxilində maöaza və ona bitişik qeyri-yaşayış sahəsinin yerləşdiyi, torpaq sahəsinin dövlət mülkiyyətində olması və elektron baza məlumatlarına görə torpaq sahəsinin bir hissəsinin ictimai tikili, digər hissəsinin isə kənd təsərrüfatı təyinatlı olması müəyyən edilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. -67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67-ci maddəsinin 3-cü bəndinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ayrılması yolverilməzdir. Bundan başqa texniki pasportun göstəricilərinə görə qeyri-yaşayış sahəsinin (mağaza) tikintialtı sahəsinn 358,5 kv m olduğu halda, faktiki vəziyyətdə 623 kv m, iddiaçının iddia etdiyinə görə isə 2200 kv m təşkil edir. Halbuki, iddiaçı yerdə qalan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi Abşeron rayon Kooperativ Cəmiyyətinin mağazanın satılmasına dair sərəncamda da 2200 kv m deyil, 1200 kv m torpaq sahəsinin satılması qeyd edilmişdir. Lakin torpaq sahəsinin sxemi, planı və ya koordinatlarını əks etdirən hər hansı sənəd sərəncama əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır; 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar