Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1030/2020 27.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 (üçüncü şəxs Qusar rayonu Urva bələdiyyəsi) qarşı “Qusar rayonu Urva bələdiyyəsinin xx.xx.2018ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsi” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5rşı iddia qaldıraraq, Qusar rayonu Urva bələdiyyəsinin xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsinə dair qərar qəbil edilməsini məhkəmədən xahiş etmişdir. Qusar rayonu Urva bələdiyyəsi iş üzrə icraata üçünçü şəxs kimi cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Qusar rayonun Urva kəndində ev tikmək məqsədilə etdiyi müraciət əsasında Qusar rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 1998- ci il tarixli 44 saylı sərəncamı ilə Urva kəndində fərdi yaşayış evi tikmək üçün ona 0.20 ha həyətyanı torpaq sahəsi ayrılmışdir. Sərəncama əsasən xx xxxxx 1998-ci il tarixdə torpağın alqı-satqısına dair akt tərtib olunmuş, buna görə 60.000 manat rusum ödəmiş və həmin tarixdə Qusar rayon Torpaq şöbəsinin əməkdaşları gəlib iddiaçıya ayrılmış torpaq sahəsinin naturada ölçüb sərhədlərini müəyyən edib göstərməklə plan tərtib edilməklə ona təhkim olunmuşdur. Bundan sonra etdiyi müraciətlə əlaqədar 0.20 ha torpaq sahəsinə dair ona Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin və Dövlət X8 İnstitutu tərəfindən həmin torpaq sahəsinin planı və sərhədləri təsdiq olunmuş, torpağın mülkiyyətinə verilməsi barədə JN-8011 seriyalı 30121018 saylı şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsində tikinti işi aparmaq istəyəndə Urva Bələdiyyəsinin sədr müavini Şirinbala Bədəlov torpaq sahəsinin bələdiyyənin torpaq sahəsinin olmasını bildirmişdir. Ona görə də torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 müraciət etmişdir. Həmin idarənin xx.xx.2017-ci il tarixli məktubu ilə müvafiq sənədlər təqdim olunduqdan sonra bu işə baxılacağı barədə cavab verildiyindən torpağın mülkiyyətinə verilməsinə dair müvafiq sənədləri xx xxxxxx 2017-ci il tarixdə həmin idarəyə təqdim etmiş, lakin sonra çıxarış verməkdən imtina edilmişdir. Bələdiyyədən iddiaçıya deyilmişdir ki, torpaq məsələsini 5 saylı X6 əməkdaşları ilə əlaqəyə girərək həll ediblər və iddiaçıya torpaq verilməyəcəkdir. Ona görə də iddiaçı bu məsələnin qanun yolu ilə həll edilməsi ilə əlaqədar Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ilə müraciət etmişdir. Bundan sonra həmin iddia tələbi ilə əlaqədar olaraq Sumqayıt Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyalarında çəkişmələr getmiş və bütün məhkəmə çəkişmələri proseslərində tərəf kimi Urva Bələdiyyəsi və 5 saylı X6 nümayəndələri iştirak etmişlər. Məhkəmə proseslərində iddiaçının haqlı olması sübuta yetirildiyindən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1 (105)- 614/2018 saylı Qərarı ilə Qusar rayonu Urva kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışının və texniki pasportunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 üzərinə qoyulması qət olunmuşdur. Qərardan narazı qalan 5 saylı X9 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verildi. Ali Məhkəmənin xx.xx.2019-cıı il tarixli 2-1 (102)- 935/2019 saylı qərarı ilə Sumqayət Apelyasiya Məhkəməsinin 13.1 1.2018-ci il tarixli 2-1 (105)-614/2018 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlanılmışdir. X4 Məhkəməsi həmin Qərarı xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə mindiyinə görə, qərar xx.xx.2019-cıı il tarixli 2-1 (85)- 539/2018 saylı məktubla icra edilməsi tiçiin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 göndərilmiş və bu barədə məhkəmədən iddiaçıya rəsmi məlumat verilmişdir. Qərarın icrasından bir ildən artıq müddət keçinəsinə baxmayaraq hal-hazıra kimi qərar icra olunmamışdır. Cavabdeh təşkilata gedərək qərarın icra edilib və iddiaçıya müvafiq sənədlərin verilməsini xahiş etsə də məhkəmə qərarını icra etməkdən qəti imtina etmişdirlər. Həmin idarənin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuş doğma kəndində özünə ev tikib yaşaya bilmir. Ona görə də dəfələrlə həmin idarənin rəisinin qəbulunda olmağa getmiş, müxtəlif bəhanələr gətirilməklə onu rəisin qəbuluna buraxmamışdırlar. Çox çətinlikdən sonra İdarənin hüquqşünasının qəbulunda olmuşdur. Onun sözlərindən məlum olmuşdur ki, iddiaçının mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsi üst-üstə düşməklə və Urva bələdiyyəsinin çıxarış verilmişdir. Lakin iddiaçıya verilmiş cavabında isə 0,20 ha torpaq sahəsinin Urva bələdiyyəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan sahəsi ilə kəsişir. Belə bir çıxarış vardısa onda nə üşün sənədlər məhkəməyə təqdim olumnamışdir. Bu da İdarənin Bələdiyyə ilə birgə gördükləri qanunsus işlərin nəticəsidir. Hal-hazira kimi Azərbaycan Respublikasının adından çıxarılmış qərar icrasiz qalmışdir. Bu da idarənin Konstitusiyada nəzərdə tutulmuş məhkəmə hakimiyyətinin müddəalarənm tələblərinə ziddir. Hazırda məhkəmənin Qanuni qüvvəsində olan qərar ƏN-nin Xaçmaz, rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hikmət Maqsudovun icraatındadır. İcra məmuru qərarı icra edə bilməməsini, 5 saylı X9 tərəfindən onlara verilmiş 01,04.2020-ci il tarixli **********62 saylı məktubunun surətini iddiaçıya verməklə, məhkəməyə bələdiyyəyə verilmiş çıxarışın ləğv edilməsi barədə iddia qaldırmasını bildirmişdir. Həmin məktubdan göstərilir ki, “0,20 ha torpaq sahəsi Qusar rayon Urva Bələdiyyəsinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reystr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir (üst-üstə düşür)” Həmin qərardan 5 saylı X10 tərəfindən kassasiya şikayəti verilmiş və kassasiva şikayətinə çıxarışın surəti əlavə edilərək məlumat vermişdir. Lakin AR Ali Məhkəməsi iddia predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması məsələsini nəzərə almamış xx.xx.2019-cu il tarixli, 2-1 (102)- 935/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya məhkəməsinin X1 13.1 1.201 8-ci il tarixli 2- 1 (105)-614/201 8 saylı qərarını dəyişdirilmədən saxlanılmışdir. 5 saylı X10 dövlət reystrindən çıxarışın ləğv edilməsi səlahiyyətinə malik deyildir. “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “ Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Həmin məktubun mətnindən görünür ki, iddiaçının verdiyi iddia tələbi ilə əlaqədar olaraq məhkəmə çəkişmələri getdiyi halda, məhkəmə prosesləri davam etdiyi və işə hələ nəticə verilmədiyi halda cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Ərazi İdarəsi və Qusar rayonu Urva bələdiyyəsinin vəzifəli şəxləri əlbir olaraq torpağa dair hüquqi sənədləri vermişlər. Məqsədləri torpağa dair çıxarışın iddiaçının adına verilməməsi olmuşdur. Bu da onların məhkəmə qərarlarına olan münasibətin açıq göstərişidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqinda” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarıdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə göstərilir ki, 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri. Binalar və qurğular, yaşayış və qeyri yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi, kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. Həmçinin həmin Qanunun 21.2-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reystrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Həmin məsələnin başqa yolla həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının. Azərbaycan Respublikasının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit olunmuş insan vo vətəndaş hüquqları və azadlıqları gözləmək və qorumaq qanunvericilik, icra və məşkəmə hakimiyyəti orqanlarının borçudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul nedilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətlərindən müdafıyəvə dair iddialara ( məcburctmə haqqında iddia) üzrə İnzibati-iqlisadı işlər üzrə məhkəmələr həayata keçirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.24-cü ma ddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və biləvasitə şəxsin hüquq və azadlıqnlarmı pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialara ( müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) üzrə İnzibati-iqtisadi işlər üzrə məhkəmələr həayata keçirir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburctmə haqqında iddia vasitəsi ilə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehdən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Yaqubov X2 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(105)-614/2018 saylı qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1 (105)-614/2018 saylı qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş 0.20 ha torpaq sahəsi Qusar rayon Urva bələdiyyəsinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir (üst-üstə düşür). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Cavabdeh məlumat üçün qeyd edir ki, həmin qərardan 5 saylı X9 tərəfindən kassasiya şikayəti verilmişdir və kassasiya şikayətinə çıxarışın surəti əlavə edilərək bu barədə məlumat verilmişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi iddia predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması məsələsini nəzərə almamış xx.xx.2019-cu il tarixli, 2-1 (102)-935/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1 (105)-614/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 dövlət reyestrindən çıxarışın ləğv edilməsi səlahiyyətlərinə malik deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Qusar rayonu Urva bələdiyyəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə əsaslıdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5rşı “Qusar rayonu, Urva kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati iş olmuş, məhkəmənin xx xxxx 2018-ci il tarixli, 2-1(85)- 539/2018 saylı qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-614/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin bu iş üzrə xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-935/2019 saylı, xx xxxx 2019cu il tarixli Qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(105)-614/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-614/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı əsasında verilmiş 2-1(85)-539/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Hazırki iş üzrə məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, 0.20 ha torpaq sahəsi Qusar rayon Urva bələdiyyəsinin daşınmaz əmlakın dövlət reystrində çıxarışına əsasən mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyi (üst üstə düşdüyü) üçün məhkəmə qərarının icrası mümkün olmamışdır. İcra sənədində göstərilən tələbin icrası ilə bağlı Azərbaycan Respiblikası Əmlak Məsəslələri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi idarəsinə xx.xx.2020- ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin olunması, əks halda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq göndərilmiş, Azərbaycan Respiblikası Əmlak Məsəslələri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xəbərdarlığa cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respiblikası Əmlak Məsəslələri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin dövlət reysterindən çıxarışın ləvğ edilməsi səlahiyyətinə malik deyildir. Odur ki, göstərilən səbəblərə görə icra sənədini bu günədək icra etmək mümkün olmamışdır. Habelə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sorğusuna Urva Bələdiyyəsi cavab məktubunda bildirmişdir ki, İddiaçı xx xxxxx 1998-ci il tarixində Urva kəndində fərdi yaşayış evi tikmək üçün 0.20 ha torpaq sahəsi Rayon İcra Hakimiyyətinin 44 saylı sərəncamı ilə almışdır. Aldığı yer, Urva kəndində mövcud idman meydançası olduğundan əhalinin narazılığına səbəb olmuşdur. Vətəndaşı həmin vaxt bələdiyyənin K.P.İ sahəsindən 0.20 ha torpaq sahəsi qaytarılmışdır. Torpaqların inventirizasiyası zamanı, vətəndaşa əvəz edilmiş, həmin 0.20 ha torpaq sahəsinə şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda vətəndaşın istifadəsindədir. Vətəndaş iddia etdiyi torpaq sahəsində 2019-cu ildə ev tikmək məqsədi ilə qazıntı işləri aparmışdır. Bu da kənd camaatının ciddi narazılığına səbəb olmuşdur. Bu məsələdən rayonun bütün əlaqədar təşkilatlarının xəbəri vardır. İdman meydançası bərpa edilmiş, hal-hazırda fəaliyyətdədir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin imtinası qanuni olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli “R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Göründüyü kimi İddiaçı Qusar rayonu, Urva kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi məhkəmə icraatının araşdırma predmeti olmuş və müvafiq qərarlar qəbul edilməklə, iddia təmin edilmişdir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-614/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-935/2019 saylı, xx xxxx 2019-cu il tarixli Qərarı preyudisial əhəmiyyət daşıyır. Bu halda iddiaçının müvafiq çıxarışı əldə edə bilməməsi onun konstitusion hüquqlarının məhdudlaşmasına səbəb olur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir və iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qusar rayonu Urva bələdiyyəsinin xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1030/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1030/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver