Məhkəmə qərarları › İş №2-1(118)-1031/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1031/2025

26.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1031/2025 26.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X19, (qərarın elanında iştirak etməmişlər) Üçüncü şəxs X5 nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayon X13rşı “Qusar rayon Qalacıq Bələdiyyəsinin 07 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanunvericiliyə əsasən bələdiyyələr birləşmə yolu ilə yenidən təşkil olunmuşdur. Hazırkı iddia tələbində göstərilmiş Qalacıq Bələdiyyəsi birləşmə yolu ilə X20 birləşdirilmişdir. Ona görə də məhkəmə cavabdeh qismində Qusar rayon X24 qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Gican kəndində qeydiyyatda olan İddiaçı onun anasıdır. Azərbaycan Meliorasiya və X26 Səhmdar Cəmiyyətinin 03/13- 153 saylı xx.xx.1997-ci il tarixli məktubuna əsasən X21 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X21 İdarəsinin xx.xx.1997-ci il tarixli 19a saylı əmrinə əsasən həmin ASC-nin hesabında olmaqla Qusar rayonu Langu qəsəbəsinin ərazisində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı təhkim edilmiş, 03 fevral 2000-ci il tarixli təhkim aktı ilə torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmişdir.Bundan sonra 2000-ci ildə həmin torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmiş və Qusar rayonu Langu qəsəbəsinin aid olduğu Qusar rayon İHBnın Qalacıq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin Langu qəsəbəsi üzrə Təsərrüfatbaşma kitabında İddiaçı adına şəxsi hesab nömrəsi 628 olan təsərrüfat açılmışdır. Fərdi yaşayış evi inşa edildiyi vaxtdan etibarən İddiaçı özünün ailə üzvləri ilə, o cümlədən X9 birlikdə həmin evdə yaşamışdır. Həmin ev müvafiq qaydada işıq xətti ilə təchiz edilmiş və İddiaçınm adına sayğac quraşdırılmışdır. Bu yaxınlarda isə onlara məlum olmuşdur ki, Qusar rayonu Qalacıq bələdiyyəsi əvvəlcə həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini bələdiyyənin mülkiyyətinə daxil etməklə müvafiq Çıxarış əldə etmiş, daha sonra isə həmin torpaq sahəsini X3, bu barədə Vüsalə Ələskərova ilə bələdiyyə arasında 15 noyabr 2023-cü il tarixli 4Ə-3110 nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsi bağlanmışdır. Eyni zamanda məlum olmuşdur ki, Qusar rayon Qalacıq bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olan yaşayış məntəqəsi torpaqlarından fərdi yaşayış evinin tikintisi məqsədi ilə hərrac və müsabiqədən kənar, bilavasitə satılması nəzərdə tutulmuş 0.12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmasına dair, rəylərin alınması üçün aidiyyəti qurumlara müraciət olunması qərara alınmışdır. Hesab edir ki, Qusar rayonu Qalacıq bələdiyyəsinin həmin qərarı “bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir, eyni zamanda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət kimi qiymətləndirilməli olan əmlak hüququnu pozmuşdur. Çünki, yuxarıda qeyd etdiyi kimi, bələdiyyə tərəfindən satılan torpaq sahəsi hələ Azərbaycan Respublikasında bələdiyyələr təşkil olunmamışdan əvvəl fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilmiş və 2000-ci ildə sonuncu tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən qanunsuz qərar qəbul edildiyindən ləğv edilməlidir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, sözügedən bələdiyyə qərarı qəbul edilərkən, iddiaçının nümayəndəsi ilə üçüncü şəxsin nümayəndəsinin ailə münasibətlərində olduğunu bilməmişdir. Ona görə də müvafiq qərarı bələdiyyə qnunvericiliyinə uyğun qəbul etmişdir. Hal-hazırda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etiraz edən üçüncü şəxs bildirmişdir ki, iddiaçı torpaq sahəsinin Qusar rayonu X10 İstismar İdarəsinə məxsus olduğu və özünə, yəni İddiaçı təhkim olunduğu bildirmişdir. Onlar da bu barədə Qusar rayon X11 İstismar İdarəsinə, Qalacıq bələdiyyəsi tərəfindən ona ayrılmış həyətyanı torpaq sahəsinin, Qusar rayon X10 İstismar İdarəsinin nəzdində olmaqla, İddiaçı adında olub-olmaması barəsində müraciət etmişdir. Müraciətinə əsasən Qusar rayonu X10 İstismar İdarəsi tərəfindən bizə xx.xx.2025-ci il tarixində 123 nömrəli arayış təqdim edilmiş, həmin arayışda da İddiaçı adına torpaq sahəsinin təhkim olunmaması qeyd edilmiş və həmin arayışa əlavə olaraq torpaq verənlərin siyahısı da əlavə edilmişdir. Ərizədə yazdıqlarını və əlavə edəcəyi qoşma vərəqələrində yazdıqlarını nəzərdən keçirməklə AR-sı qanunları çərçivəsində ədalətli qərar verməyini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X5 nümayəndəsi X17 izahat verərək bildirmişdir ki, iddiaçı X5 mülkiyyətində olan torpaq sahəsinə dair saxta sənədlər məhkəməyə təqdim etmişdir. Sözügedən torpaq sahəsini bələdiyyədən alqı-satqı yolu ilə əldə etmiş və qanuni əsaslarla mülkiyyət hüququ əldə etmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qusar rayon Qalacıq Bələdiyyəsinin 24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu, Qusar rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv çıxarışı, xx.xx.2000-ci il tarixli təhkim aktının surəti, X21 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubun surəti, Qusar rayon İHB-nın Qalacıq kənd İƏD Nümayəndəliyinin təsdiqlədiyi Akt, "xxxx" ASC-nin abonent haqqında məlumatlar, Qusar rayon Qalacıq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı qərarınından çıxarışın surəti, Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarışın surəti, AN-İ ******* nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surəti, Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, **********85-10301 reyestr nömrəli çıxarışın surəti, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi, ADSEA X23 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Qusar rayon Qalacıq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı qərarından məlumatlı olduğu vaxtdan yaranmış olur. X16 iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar həmin bələdiyyənin sələfi olmuş Qalacıq Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə X24 hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Qalacıq Bələdiyyəsi tərəfindən qəbul edilmiş mübahisəli qərarı barədə iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli məktub vasitəsilə məlumatlı olunmuş və Sumqayıt İnzibati Məhkəməsində xx.xx.2024-cü ildə iddia tələbi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Quba Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Qusar rayonu, Langu qəsəbəsi ərazisində Azərbaycan Meliorasiya və X26 Səhmdar Cəmiyyətinin 03/13- 153 saylı xx.xx.1997-ci il tarixli məktubuna əsasən 0.10 ha torpaq sahəsi təhkim edilmiş, X21 İdarəsinin xx.xx.1997-ci il tarixli, 19 nömrəli əmri ilə ayrılmış və iddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. Bundan başqa sözügedən ərazidə Qusar rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv çıxarışından da görünür ki, Qusar rayon İHB-nın Qalacıq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin Langu üzrə Təsərrüfatbaşına kitabında İddiaçı adına şəxsi hesab nömrəsi 628 olan təsərrüfat açılmışdır. Qusar rayon İHB-nın Qalacıq kənd İƏD Nümayəndəliyinin təsdiqlədiyi xx.xx.2024cü il tarixli Aktdan görünür ki, iddiaçının nümayəndəsi X9 ilə üçüncü şəxs X5 nümayəndəsi X17 əvvəllər ailə münasibətlərində olmuş, sonradan boşanmışlar və 2020-ci ildə X9 uşqaları ilə bərabər yaşamışdır. Həmçinin, həmin aktda və işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı Suvarma idarəsi tərəfindən torpaq verilmiş və həmin mübahisəli torpaq sahəsində İddiaçı tərəfindən mənzil inşa edilmişdir. Belə ki, "xxxx" ASC-nin abonent haqqında məlumatlar vədəvəlindən də görünür ki, mübahisəli mənzildə iddiaçının adına sayğac quraşdırılmışdır.Nəzərə almaq lazımdır ki, cavabdehin nümayəndəsi X19 ifadəsindən də görünür ki, mübahisəli bələdiyyə qərarı qəbul edilərkən, X9 ilə X17 arasında ailə münasibətlərində olmasına dair məlumatlar olmamışdır. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair bələdiyyə qərarından məlumatlı olduqdan sonra həmin qərarın qanunsuz olduğu qənaətinə gələrək bələdiyyə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Qusar rayon Qalacıq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı iclas protokolunun 01 saylı qərarını araşdıraraq hesab edir ki, qeyd olunan qərarın bələdiyyə tərəfindən qəbul edilməsi qanunamüvafiq deyil. Belə ki, məhkəmə tərəfindən ekspertiza təyin edilərək mütəxəssis rəyi alınmış və DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən də məlum olmuşdur ki, “X21 idarəsinin xx.xx.1997-ci il tarixli 19a nömrəli əmrinə əsasən Qusar rayonu, Langu kəndində İddiaçı fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0.10 hektar torpaq sahəsinin faktiki koordinatları ilə Qusar rayon Qalacıq Bələdiyyəsininin 07 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə ayrılmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.106 hektar torpaq sahəsinin koordinatları 0.10 hektar ölçüdə üst-üstə düşür.(Yerquruluşu planından sxem əlavə olunmuşdur) Qeyd: Mübahisələndirilən 0,10 hektar torpaq sahəsinə X8 adına torpaq sahəsini 0.106 hektar ölçüdə mülkiyyətinə verilməklə, **********85-10301 reyestr nömrəli çıxarış və fərdi yaşayış evinin texniki pasportu işlənib verilmişdir”.Göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsinə dair bələdiyyə tərəfindən qəbul edilmiş qərarla ayrılmış torpaq sahəsi üst-üstə düşür. Qalacıq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı iclas protokolunun 01 saylı qərarı əsasında bələdiyyənin mülkiyyəti daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış və daha sonra digər şəxsin adına özəlləşdirilmişdir. Bu səbəbdən iddiaçının mülkiyyət hüququ pozulduğuna görə sözügedən bələdiyyə qərarı ləğv edilməlidir. Nəzərə almaq lazımdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Həmin Siyahının 2.3-cü bəndində göstərilmişdir ki, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. Göründüyü kimi, Qusar rayonu Qalacıq X1 satdığı torpaq sahəsi İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi olmaqla həmin şəxsin əvəzsiz mülkiyyətinə verilməli olan torpaq sahəsi olduğundan həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi hər hansı şəxsə satıla bilməzdi. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Qalacıq Bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndində formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, mübahisə predmeti olan Quba Bələdiyyəsinin qərarı qanunsuz inzibati akt olduğundan ləğv olunmalıdır. “İnzibati İcraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Qalacıq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı iclas protokolunun 01 saylı qərarı qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Qalacıq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı iclas protokolunun 01 saylı qərarı İddiaçı hüquqlarını pozduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Qusar rayon Qalacıq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 07 saylı iclas protokolunun 01 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar