Məhkəmə qərarları › İş №2-1(118)-1032/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1032/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1032/2021 24.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X22 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı vəkili X17 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998ci il tarixli 14 saylı qərarın “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X4 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X7 və 126-cı X28 yazılmış hissəsində ləğv edilməsi, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavabdeh X3 adına verilmiş, 05.03.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və 02.2013-cü il il tarixli, **********492-10301 reyestr nömrəli, 87 inventar nömrəli, Texniki Pasportun etibarsız hesab edilməsi, həmin məlumatların Dövlət Reyestrindən çıxarılmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 14 saylı qərarın “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X4 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X7 və 126-cı X28 yazılmış hissəsində ləğv edilməsi, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavabdeh X3 adına verilmiş, 05.03.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və 02.2013-cü il il tarixli, **********492- 10301 reyestr nömrəli, 87 inventar nömrəli, Texniki Pasportun etibarsız hesab edilməsi, həmin məlumatların Dövlət Reyestrindən çıxarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 06 dekabr 1960-cı ildə Xaçmaz rayonu Yalama kəndində anadan olmuşdur. Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07 iyul 1995-ci il tarixli qərarı ilə Yalama sovxozun ərazisində yaşayan vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsinin ay rılmasma dair Yalama sovxozunun əmri təsdiq olunaraq, ümumi siyahıda iddiaçının adı 176-cı sıra nömrə ilə göstərilməklə Orta-oba kəndində adına ayrılan torpaq sahəsi 0,06 ha qeyd olunmuşdur. Xaçmaz rayon Aqrar İslahat komisyasının 26 dekabr 1998-ci tarixli 14 saylı qərarı ilə iddiaçının adına Orta-oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi 1995-ci ildə iddiaçıya yerində ölçülərək təhkim olunandan sonra orada yaşayış evin tikintisinə başlamış və 1996-cı ilin ortalarında evi tikib başa çatdırmışdır. Yəni evin damı vurulmuş, qapı-pəncərə qoyulmuş və otaqların döşəmələri vurulmuşdur, evi tikdiyi zaman ailəsi ilə birlikdə Dərbənd şəhərində yaşayırdı, lakin mütəmadi olaraq qeyri iş günləri Xaçmaz rayonu Yalama İOV-nin Orta-oba kəndində tikilən evin tikinti işlərinə nəzarət etmişdir. X1 Xaçmaz rayonu Ortaoba kəndində valideynləri ilə birlikdə yaşayırdı. O, 1995-ci ilin oktyabr ayında Qusar rayonunda yaşayan Natəvan adlı qadınla ailə həyatı qurmuşdur. İlk vaxtlar Natəvan valideynlərində normal münasibətdə olsa da müəyyən müddətdən sonra aralarında tez-tez mübahisələr baş vermiş və bu səbəbdən qardaşı Məzahir ailəsi ilə birlikdə valideynlərinin evindən çıxıb Yalama kəndində başqa evdə kirayə yaşamaq istəmişdir. Vəziyyətin bu cür alındığını görüb iddiaçı qardaşı Məzahirə təklif etmişdir ki, özünə torpaq sahəsi alıb ev tikənə qədər müvəqqəti olaraq təzə inşa etdirdiyi evə köçüb orada yaşasın. Belə də oldu. Qardaşı Məzahir ailəsi ilə birlikdə iddiaçının evinə köçərək orada yaşamağa başlamışdır. 2020-ci ilin yanvar ayında qardaşı Məzahirlə Natəvan məhkəmənin qətnaməsinə əsasən boşanmışlar. Məzahir yenidən valideynlərinin evinə qayıtmış, iddiaçıya məxsus evdə isə Natəvan yaşamaqda davam edir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Natəvan iddiaçının tikdiyi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə saxta yollarla adına mülkiyyət hüququna dair sənədlər düzəldirmişdir. Belə ki, o, həmin evə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 05.03.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX serialı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və 02.2013 -cü il tarixli, **********92-10301 reyestr nömrəli, 87 inventar nömrəli texniki pasport almışdır. Çıxarışda qeyd olunur ki, fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X5, evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsi özü və oğlu X16 ümumi birgə mülkiyyətidir. Qeyd edir ki, mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair iddiaçının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuş, cavabdeh hansısa yolla həmin şəhadətnaməni hazırda ləğv olunmuş DT və XK-nın Xaçmaz rayon şöbəsinin işçiləri vasitəsilə aradan götürüb adına saxta şəhadətnamə almaqla sonradan evə dair yuxarıda göstərilən saxta sənədləri əldə etmişdir. Həmin torpaq sahəsinə iddiaçının adına Şəhadətnamənin mövcud olması qonşu torpaq mülkiyyətçilərinin, yəni X10 adına olan JN-141 A KOD 30225038 və X21 JN-074A KOD 30225038 olan Şəhadətnamələri ilə təsdiq olunur ki, həmin sənədlərdə qonşu torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçının adı göstərilir. Bundan da əlavə iddiaçının adına 1995-ci ildə həyətyanı torpaq sahəsi ayrılarkən cavabdeh qardaşı Məzahirlə evlənməmiş, hələ də Qusar şəhərində pasport qeydiyyatında olmuş, torpaq sahəsi adına ayrılıb tərəfindən orada yaşayış evi inşa etdirdikdən sonra o, qardaşı Məzahirlə evlənərək valideynlərinin evinə gəlin köçmüşdür. Hazırki iddia ərizəsinin tərtib edilməsinə hazırlıq vaxtı Xaçmaz Rayon Dövlət Arxivindən aldığı 09.04.2021-ci il tarixli 395 saylı Arxiv arayışı aldıqdan sonra məlum olmuşdur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 14 saylı qərarında Xaçmaz rayonu "Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X6 adında faktiki 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur.Siyahıda 125-ci X11, 126-cı X28 qeyd edilmişdir. Belə çıxır ki, X8 yuxarıda göstərilən AİK-nın qərarında adının olmasından istifadə edərək qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində öz vəsaiti ilə inşa etdirdiyi evə hüquq müəyvənedici sənədləri əldə etmişdir. X30 tərəfindən evə dair sənədlərin öz adına alınmasının kökündə dayanan məhz AİK-nın müvafiq qərarı olmuşdur. Azərbaycan Respublikası İXM-nin 2.1 .-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə,inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2,-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında tsagıdakı iddialara baxılır: 2.2.1.şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara. Hesab edir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 4 saylı qərarında Xaçmaz, ravonıı “Yalama" sovxozunun AİK-nın Orta-oba kəndində / torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü nömrə ilə X6 adına 0,10 ha torpaq sahəsi mülkiyyətə verilməsi qeyd olunmaqla, orada 125-ci nömrə ilə X12 və 126-cı nömrə ilə X28 qeyd olunması tamamilə qanunsuzdur. Belə ki, Natəvan Gərəyxanova 1995-ci ilin oktyabr ayında qardaşı Məzahirlə ailə qurmuş və valideylərinin evinə gəlin köçmüşdür. Xaçmaz RPŞ tərəfindən verilmiş 05.04.2021-ci il tarixli 160-8152-124 saylı arayıdan da görünür ki, X8 28.07.2005-ci il tarixdən Xaçmaz rayonu Yalama kəndində pasport qeydiyyatındadır. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı torpaq sahələr və bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadəı hüququna dair sənədlərin hazırlanması,qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 5-ci maddəsinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Natəvan Qereyxanovanın iddiaçının ailə üzvü olmadığı, Yalama kəndində 2005-ci ildən pasport qeydiyyatına durduğu halda 1998 -ci ildə AİK qərarı ilə onun iddiaçının ailə üzvü kimi qəbul edilərək Mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ona da aid etməsi tamamilə qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X26 iştirak etmiş və iddianı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 14 saylı qərarın “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X4 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X13 və 126-cı X28 yazılmış hissəsində ləğv edilməsi, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavabdeh X3 adına verilmiş, 05.03.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və 02.2013-cü il il tarixli, **********492-10301 reyestr nömrəli, 87 inventar nömrəli, Texniki Pasportun etibarsız hesab edilməsi, həmin məlumatların Dövlət Reyestrindən çıxarılmasını məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçı müxtəlif tələblərlə məhkəməyə müraciət etmişdir. İnzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə müxtəlif orqanlara yönəlmiş tələblərə eyni icraatda baxılması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu kateqoriya iddialarla bağlı isə hazırda mövcud olan məhkəmə təcrübəsi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Göründüyü kimi digər şəxslərə aid sənədləri mübahisələndirməsi, iddianın uğurluluq ehtimalı baxımından həmin sənədlərin verilmə əsasının müəyyən edilməsindən və eyni zamanda uğurluluq ehtimalı yüksək iddianın seçilməsi məhkəmə praktikasına uyğun olaraq yuxarıda qeyd edilən mövqenin nəzərə alınmasındsan asılıdır. Məhkəmə hesab edir ki, iddiaçıda bu qərarda qeyd edilənləri nəzərə alaraq hansı hüquq müdafiə vasitəsini seçəcəyini müəyyən etməlidir. İddiaçı qeyd edir ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07 iyul 1995-ci il tarixli qərarı ilə Yalama sovxozun ərazisində yaşayan vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsinin ay rılmasma dair Yalama sovxozunun əmri təsdiq olunaraq, ümumi siyahıda iddiaçının adı 176-cı sıra nömrə ilə göstərilməklə Orta-oba kəndində adına ayrılan torpaq sahəsi 0,06 ha qeyd olunmuşdur. Xaçmaz rayon Aqrar İslahat komisyasının 26 dekabr 1998-ci tarixli 14 saylı qərarı ilə iddiaçının adına Orta-oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Ona aid olan torpaq sahəsinin digər şəxsə verildiyini iddia etdiyi şəxsin isə 0,18 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alındığını bildirir. Bu halda iddiaçı ilkin olaraq öz hüquqları ilə bağlı tələblər irəli sürə bilər və əldə etdiyi sənədlər əsasında özünün subyektiv hüququna uyğun olaraq inzibati orqanların qanunsuz qərarlarını və hərəkətləirni mübahisələndirə bilər. Eyni zmanda inzibati məhkəmə icraatında baxılması nəzərdə tutulmayan, müqavilə münasibətləri və ya digər mülki məhkəmə icraatının araşdırma predmetinə daxil olan hallar müəyyən edərsə, mülki məhkəmə icraatı qaydasında olan hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Konkret halda iddiaçı ona ayrılmış torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını tələb edə bilər. Bu halla bağlı məhkəmə mübahisəsi olarsa, inzibati orqanın onun qanuni istifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı hansı hərəkətlər etdiyini öyrənə bilər və yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarına uyğun hüquq müdafiə vasitəsi seçə bilər. İddiaçıya izah edilsin ki, qeyd edilən hüquq müdafiə vasitələrindən istifadə etməsi iddianın uğurluluq ehtimalı və prosessual qənaət baxımından əlverişli hesab edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 14 saylı qərarın “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X4 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X13 və 126-cı X28 yazılmış hissəsində ləğv edilməsi, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavabdeh X3 adına verilmiş, 05.03.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və 02.2013-cü il il tarixli, **********492-10301 reyestr nömrəli, 87 inventar nömrəli, Texniki Pasportun etibarsız hesab edilməsi, həmin məlumatların Dövlət Reyestrindən çıxarılmasına” dair iddiası mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2yev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar