Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1032/2022 16.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X19 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mərhum anasına məxsus olan 0,09 ha torpaq sahəsinin qardaşı oğlu X12 adına keçirilməsi barədə sənədin ləğv edilməsi tələbinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X15 mərhum anaları X5 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Ə. Sabir küçəsində yerləşən 5/1 saylı fərdi yaşayış evinin 0.09 ha torpaq sahəsinin sənədini gizli yolla əldə edərək, bacısı X6 və İddiaçı xəbəri olmadan qeyri-qanuni yolla saxtakarlıq və dələduzluq edərək bir qrup hüquqi şəxslər vaistəsilə həmin sənədin Dövlət reyestri (**********2) nömrəli üstünə X12 adına razılıqları olmadan 0.09 ha torpaq sahəsinin çıxarışını qeydiyyata salmışdır. İddiaçı **********21 reyestr nömrəli çıxarışın ləğv edilməsini istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Ə.Sabir küçəsi ünvanında yerləşən X7 məxsus 5/1 saylı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 03 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin X8 paylı mülkiyyət hüququ ilə məxsus olduğu, arxiv əsaslarında keçidlərin tam təmin olunmadığı, yerləşdiyi torpaq sahəsinin **********21 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bundan başqa sözügedən fərdi yaşayış evi barəsində mübahisə olduğu, arakəsmə divarlarla daxilində dəyişiklik olunduğu müəyyən edilmişdir. Bildirirlər ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,09 ha torpaq sahəsi üzərində X9, X3, X2, X13, X12, X14 ümumi birgə mülkiyyət hüququ JN- 777A, KOD 30800027 "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında **********21 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X17 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı Mərhum anasına məxsus olan 0,09 ha torpaq sahəsinin qardaşı oğlu X12 adına keçirilməsi barədə sənədin ləğv edilməsini tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Məhkəmə tərəfindən müvafiq sorgular edilmiş, zəruri sənədlər əldə edilmiş, iddiaçıya izah edilmişdir ki, ilkin olaraq mübahisələndirməli olduğu sənədi müəyyən edib, həmin həmin sənədin ləğvi ilə bağlı inzibati orqana müraciət edilməlidir. Lakin iş materiallarından görsənir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti məlumat xarakterli olub, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin X10 məxsus olub-olmaması ilə bağlı olmuşdur. Belə ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, təqdim edilmiş sənədləri nəzərə alaraq, müvafiq sənədlərin ləğvi tələbi ilə inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə eyni tələblə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1032/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1032/2022
16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver