Məhkəmə qərarları › İş №2-1(118)-1035/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1035/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1035/2021 19.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X5, X2, X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X5, X2, X1 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 15.11.2001-ci il tarixdən onun şəxsi mülkiyyətindədir. Cavabdehlərdən X7 onun doğma bacısıdır, digər cavabdehlər X6, X4 bacısının qızlarıdır. 2020-ci ildə cavabdehləri qeydiyyat almış, lakin bir gün də olsa mənzilində yaşamayıblar. Cavabdehlər mənzildə yaşamır, sadəcə mənzildə qeydiyyatdadır. O həmin şəxslərə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. İşə baxan məhkəmə iddia tələbini rədd etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə cavabdehlərin ona mənzildə istifadə hüquqları yoxdur, istifadə hüququ əldə etməyiblər. Məhkəmə hesab etmişdir ki, ümumiyyətlə mövcud olmayan hüquqa xitam verilməsi qanunverciliyin tələbinə zidd olmaqla mümkünsüzdür. Ona görə də iddia tələbi rədd olunmuşdur. Ona izah olunmuşdur ki, həmin şəxslərinin pasport qeydiyyatından çıxarılması üçün ilk olaraq Azərbaycan Respublikaısnın Daxili İşlər Nazirliyi Sumqayıt şəhərt Polis İdarəsinə müraciət etsin. Ona görə də o ilk olaraq cavabdeh orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmadı. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxslər X7, X6, X4 bildirdilər ki, ünvan 1 ünvanında formal olaraq qeydiyyatdadırlar və faktiki olaraq həmin ünvanda yaşamırlar. Eyni zamadan müvafiq ünvandan qeydiyyatdan çıxarılması üçün notarial qaydada razılıq ərizələrini məhkəməyə təqdim edirlər. Qeyd edilənləri nəzərə alaraq ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını məhkəmədən xahiş etdilər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli 123-10349 Ə- 3221 nömrəli imtina məktubu, X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış, üçüncü şəxslər tərəfindən verilmiş razılıq ərizələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırki iddia tələbi üzrə 3-cü şəxslər - X7, X6, X4 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar və həmin mənzildən qeydiyyatdan çıxarılmasına heç bir etirazları yoxdur. Belə ki, iddiaçının inzibati orqanda verdiyi razılıq ərizəsi əsasında 3-cü şəxslər ona məxsus olan mənzilə pasport qeydiyyatına düşmüşdürlər. Beləliklə, məhkəmə hesab edir ki, X5, X2, X1 Sumqayıt şəhəri, məhəllə 7-8-12, ev 11A, 39 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5, X2, X1 İddiaçı məxsus Sumqayıt şəhəri, 7-8-12, ev 11 A, 39 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar