Məhkəmə qərarları › İş №2-1(118)-1039/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1039/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1039/2021 19.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh 132 saylı 03.11.2020-ci il tarixli rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 132 saylı 03.11.2020-ci il tarixli rəyinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, X2 qarşı nikahın pozulması, birgə nikahdan doğulmuş 03.07.2007-ci il təvəllüdlü X5 onun yanında saxlanılması və uşağın saxlanılması üçün alimentin tutularaq ona verilməsi barədə iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə uşağın kimin yanında saxlanılması barədə rəy alınması üçün Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin qəyyumluq orqanı işə səthi yanaşaraq uşağn anasının yanında saxlanılması barədə rəy vermişdir. Halbuki, uşaq israrla atasının yanında qalmaq istəyir. Bununla bağlı iddiaçı iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbinin bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh 03.11.2020-ci il tarixli 132 saylı rəyindən görünür ki, 03.07.2007-ci il təvəllüdlü X5, 07.02.2015-ci il təvəllüdlü X3 və 27.09.2018-ci il təvəllüdlü X6 anası X1 himayəsində saxlanılması məqsədəuyğun hesab edilmişdir. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 6/2011 saylı 28 oktyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığıa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyytilərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşğaın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmənin icraatında olan mübahisə ilə bağlı yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən mütəxəssis rəyinin alınması üçün işə cəlb edilmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iş üzrə verilmiş rəy mütəxəssis rəyi olmaqla, məhkəmə üçün qabaqcadan müəyyənləşdirilmiş heç bir məcburi qüvvəsi yoxdur. Hər bir halda məhkəmə iş materiallarında olan sübutları təhlil edərək iş üzrə müəyyən fikir formalaşdırmaqla öz daxili inam və hüquqi düşüncəsinə əsasən qərar qəbul edir. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş qəyyimliq və himayə orqanının rəyi inzibati akt deyildir və ondan şikayət qanunvericilikdə nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Həmin Qərarın 13-cü və 14-cü bəndlərində qeyd olunmuşdur ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi rəyi sübut kimi qəbul edib-etməmək mülki mühakimə icraatı qaydasında baxılan işə aiddir, həmin iş üzrə veriləcək qərardan iddiaçı razı qalmadıqda apellyasiya şikayəti vermək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh 132 saylı 03.11.2020-ci il tarixli rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar