Məhkəmə qərarları › İş №2-1(118)-104/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-104/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-104/2020 20.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X1rşı “cavabdehin **********147492 nömrəli xx xxx 2019-cu il tarixli səyyar vergi yoxlaması nəticəsində tərtib olunmuş aktın və həmin akt əsasında xx xxxx 2019-cu il tarixli "Vergi ödəyicisinın vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********186787 nömrəli qərarın ləğv edilməsi”nə dair iddiasını inzibati məhkəmə icraatı qaydasında araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X1rşı “cavabdehin **********147492 nömrəli xx xxx 2019-cu il tarixli səyyar vergi yoxlaması nəticəsində tərtib olunmuş aktın və həmin akt əsasında xx xxxx 2019-cu il tarixli "Vergi ödəyicisinın vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********186787 nömrəli qərarın ləğv edilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırda aralarında olan mübahisənin məhkəmədənkənar həll olunduğunu və işə baxılmasına zərurət olmadığını, ona görə də iddia tələbindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X1rşı “cavabdehin **********147492 nömrəli xx xxx 2019-cu il tarixli səyyar vergi yoxlaması nəticəsində tərtib olunmuş aktın və həmin akt əsasında xx xxxx 2019-cu il tarixli "Vergi ödəyicisinın vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********186787 nömrəli qərarın ləğv edilməsi”nə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar