Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-104/2023 13.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı iddiaçıya Ukrayna Respublikası Kiyev Milli İqtisadiyyat və Ticarət Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 N116295 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddiaçıya Ukrayna Respublikası Kiyev Milli İqtisadiyyat və Ticarət Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 N116295 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli aralıq qərardadı ilə iddiaçının təkrar müsahivədən keçirilməsi qərara alınmışdır. Hazırda cavabdeh məktubla məhkəməyə müraciət edərək İddiaçı Ukrayna Kiyev Milli Ticarət və İqtisadiyyat Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 N116295 nömrəli bakalavr diplomu üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərarın qəbul edildiyini və elektron şəhadətnaməmin ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunduğunu bildirmişdir. Məktuba əlavə edilmiş NS00010284 saylı şəhadətnamədən görünür ki, İddiaçı Ukrayna Kiyev Milli Ticarət və İqtisadiyyat Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 N116295 nömrəli bakalavr diplomu Azərbaycan Respublikasında tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır və iddiaçının diplomunun tanınmasına dair qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddiaçıya Ukrayna Respublikası Kiyev Milli İqtisadiyyat və Ticarət Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 N116295 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-104/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-104/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver