Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1043/2025 29.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3rşı “torpaq üzərində mülkiyyət hüququnun dövlət reyestrində tanınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 25 mart 2003cü il tarixli 4-Ə-66,69 17 oktyabr 2005-ci il tarixli 4-Ə-867-880 N-li alqı-satqı müqavilələri və Qusar Rayon Məhkəməsinin 20 iyul 2005-ci il tarixli qətnaməsinə əsasən Quba rayonu İ Nügədi kəndi ərazisindən 4,76 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun və əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 25 mart 2003-cü il tarixli 4-Ə-66,69 17 oktyabr 2005-ci il tarixli 4- Ə-867-880 N-li və Qusar Rayon Məhkəməsinin 20 iyul 2005-ci il tarixli qətnaməsinə əsasən Quba rayonu İ Nügədi kəndi Ərazisindən 13,78 ha torpaq almışdır və adına mülkiyyətini təsdiq edən JN-2379 Kod 30319018 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” verilmişdir. Dövlət Aktında qeyd edilən torpağın bir hissəsinə çıxarış almışdır, lakin həmin aktda qeyd edilən torpağın 4,76 ha hissəsinə çıxarış ala bilməmişdir və çıxarışı ala bilməməyinə səbəb 4,76 ha hissə torpağa dair alqı-satqı müqavilələrinin aşkar edilməməsidir. 4.76 ha torpağın Dövlət Aktları iddiaçıdadır, həmin şəxslər iddiaçının yaxın qohum və tanışlarıdır, istənilən vaxt torpaqlarının satılmaları təsdiq edə bilərlər və bu ərizəsi üzrə müayinə aparılarsa 4,76 ha torpaqlara sahiblik edirək istifadə etməyi təsdiq oluna bilər. İddiaçı cavabdeh təşkilata müraciət edib, qeyd etdiyi torpaq sahəsinə çıxarışın verilməsini tələb etmişdir. Cavabdeh təşkilatın 21 iyul 2023-cü il tarixli cavab məktubunda JN-2379 nömrəli Kod 30319018 seriyalı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeyddiyatı kitablarında qeydə alınmadığını, arxiv materialları əsasında aparılmış araşdırma nəticəsində JN-2379 nömrəli Kod 30319018 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na aid hər hansı bir məlumat aşkar edilmədiyini, bu səbəbdən sözügedən torpaq sahəsi üzərində mükiyyət hüququnuzn qeydiyyata alınması mümkün olmamasını, AR MPM-nin 4.1-ci maddəinə əsasən bütün fiziki və şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduğuu bildirmişdir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi cavabdehin 21 iyul 2023-cü il tarixli cavab məktubundan aşkar olur ki, qeyd olunan torpaq sahəsinə çıxarışın verilməsinə imtina edilmişdir. İddia ərizəsinə əlavə etdiyi ləğv edilmiş DTXK-nin 12 may 2006-ci il tarixli qərarı ilə JN-2379 KOD ******* nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktın”dan aşkar olur ki, ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Quba rayonu İ Nügədi kəndi ərazisindən 13,78 ha torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-ci il 10 avqust tarixli ,113 nömrəli Fərmanın 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “Qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-ci il iyulun 6-dək daşınmaz əmlaka hüquqların aytrı-ayrı qeydiyyat orqanları tələfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci madddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar birbirinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsanamənin 4,10,11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları,torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrinin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanılır.Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçrilİr.“Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-ci il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanaları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidir. Beləliklə torpaq üzərində hüquqlara dair Dövlət Aktlarının hazırlanması, verilməsi və qeydiyyata alınması iddiaçıya sənəd verilən dövrdə keçmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyatı kitablarda, yaxud elektron baza xəritə məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Ona görə də hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. Cavabdehin imtinasında qeyd edilmişdir ki, arxiv materialları əsasında aparılmış araşdırma nəticəsində JN 2379 nömrəli KOD 30319018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına aid hərhansı məlumat aşkar edilməmişdir. Bu səbəbdən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, imtinanı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş JN 2379, KOD 30319018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba DNK-nın 25.03.02 tarixli 4ə/66, 69, 17.10.05 tarixli 4ə/867—880 saylı müqavilələri və Qusar rayon Məhkəməsinin 20.07.05 tarixli 2-372a saylı qətnaməsi ilə 13.78 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Qusar rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Qusar rayon Məhkəməsinin 2005-ci il üzrə arxivində 2-372a/2005 saylı mülki iş mövcud deyildir. Bu səbəbdən xx.xx.2005-ci il tarixli qətnamənin və ya hərhansı bir digər sənədin verilməsi qeyri-mümkündür. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 05 avqust 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində JN-2379 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər, eləcə də JN-1659, JN-1660, JN-1661, JN-1662, JN- 1664, JN-1665, JN-1666, JN-1667 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları”nın arxiv nüsxələri aşkar edilməmişdir. Arxivdə saxlanılan JN-1659, JN-1660, JN-1661, JN-1662, JN-1664, JN-1665, JN-1666, JN-1667 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları”nın tərtib edilməsinə əsas olmuş mövcud sənədlərin (adlı siyahıdan çıxarışlar) təsdiq olunmuş surəti təqdim edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 03 oktyabr 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, JN-2379 nömrəli dövlət aktının cizgiləri elektron məlumat bazasında öz əksini tapmamışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olub kənd təsərrüfatına yararlı torpaq sahəsidir (çoxillik əkmə kimi istifadə olunur). Lakin iddiaçı tərəfindən faktiki istifadə olunan və mübahisə predmeti olan 4.7866 ha torpaq sahəsinin 4.5278 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-1667N, JN-1666N, JN-1665N, JN-1665N, JN- 1664N, JN-1664N, JN- 1663N, JN-1662N, JN-1661N, JN-1660N və JN-1659N saylı Dövlət Aktlarının cizgiləri ilə üst-üstə düşür. Baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) ümumi sahədə azalma mövcuddur. Elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) vətəndaşın faktiki istifadəsində olan 4.7866ha torpaq sahəsinin 0.2588ha hissəsi yaşayış məntəqələri torpaqları kimi göstərilib.Tərəfimizdən mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin 12 yanvar 2026-cı il tarixli məktubu ilə 2006-cı ildə 4Ə-867, 4Ə-868, 4Ə-869, 4Ə-870, 4Ə-871, 4Ə-872 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işlərinin surəti təqdim edilmiş, arxivə təhvil verilmiş Quba rayon dövlət notariat ofisində 2002-ci ildə 4Ə-66, 4Ə- 69, 2006-cı ildə təsdiq edilmiş 4Ə-873, 4Ə-874, 4Ə-875, 4Ə-876, 4Ə-877, 4Ə-878, 4Ə- 879, 4Ə-880 reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İş materiallarına əlavə edilmiş JN 2379, KOD 30319018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba DNK-nın 25.03.02 tarixli 4ə/66, 69, 17.10.05 tarixli 4ə/867—880 saylı müqavilələri və Qusar rayon Məhkəməsinin 20.07.05 tarixli 2-372a saylı qətnaməsi ilə 13.78 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı verilmişdir. İddiaçı Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 25 mart 2003cü il tarixli 4-Ə-66,69 17 oktyabr 2005-ci il tarixli 4-Ə-867-880 N-li alqı-satqı müqavilələri və Qusar Rayon Məhkəməsinin 20 iyul 2005-ci il tarixli qətnaməsinə əsasən Quba rayonu İ Nügədi kəndi ərazisindən 4,76 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun və əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, arxiv materialları əsasında aparılmış araşdırma nəticəsində JN 2379 nömrəli KOD 30319018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına aid hərhansı məlumat aşkar edilməmişdir. Bu səbəbdən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar rayon Məhkəməsinin 2005-ci il üzrə arxivində 2-372a/2005 saylı mülki iş mövcud deyildir. Arxivə təhvil verilmiş Quba rayon dövlət notariat ofisində 2002-ci ildə 4Ə-66, 4Ə-69, 2006-cı ildə təsdiq edilmiş 4Ə-873, 4Ə-874, 4Ə-875, 4Ə-876, 4Ə-877, 4Ə-878, 4Ə-879, 4Ə-880 reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 05 avqust 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində JN-2379 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Bundan əlavə JN-2379 nömrəli dövlət aktının cizgiləri elektron məlumat bazasında öz əksini tapmamışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olub kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Lakin iddiaçı tərəfindən faktiki istifadə olunan və mübahisə predmeti olan 4.7866 ha torpaq sahəsinin 4.5278 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-1667N, JN-1666N, JN-1665N, JN-1665N, JN-1664N, JN-1664N, JN- 1663N, JN- 1662N, JN-1661N, JN-1660N və JN-1659N saylı Dövlət Aktlarının cizgiləri ilə üst-üstə düşür. Baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) ümumi sahədə azalma mövcuddur. Elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) vətəndaşın faktiki istifadəsində olan 4.7866ha torpaq sahəsinin 0.2588ha hissəsi yaşayış məntəqələri torpaqları kimi göstərilib. Dövlət Notariat Arxivinin 12 yanvar 2026-cı il tarixli məktubu ilə 2006-cı ildə 4Ə- 867, 4Ə-868, 4Ə-869, 4Ə-870, 4Ə-871, 4Ə-872 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işlərinin surəti təqdim edilmişdir. Təqdim edilən sənədlərdən müəyyən edilir ki, həmin müqavilələr torpaqların elektron kadastr uçotu informasiya sistemində iddia edilən torpaq sahəsinin üst-üstə düşdüyü JN-1667N, JN-1666N, JN- 1665N, JN-1665N, JN-1664N, JN-1664N, JN- 1663N, JN-1662N, JN-1661N, JN-1660N və JN-1659N saylı Dövlət Aktları barəsində bağlanmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən JN 2379, KOD 30319018 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını məhkəmə mötəbər sənəd qismində qəbul etmir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən mötəbər hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1043/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1043/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver