Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1044/2020 11.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 1 saylı Regional ərazi filialına qarşı ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxx 1958-ci ildə anadan olmuşdur. O, üçuşaqlı ana kimi hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx xxxx 2018ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin həmin orqanın xx xxxx 2018ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1958-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. xx.xx.1982-ci il tarixdə ailə həyatı qurmuş, üç övlad anasıdır. xx.xx.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif yerlərdə işləməklə xx.xx.1994-cü il tarixədək 19 il 3 ay 10 gün sığorta stajı toplamışdır. Azərbaycan Respublikası “X4” Qanunun 8.1 maddəsinin tələblərinə uyğun olaraq 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təmin edilməsi üçün və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə müraciət etmişdir. Lakin məsələ müsbət həllini tapmamış və ona heç bir əsas olmadan imtina cavabı verilmişdir. Onun 51 yaşı xx.xx.2009-cu ildə tamam olmuş, üç övladını doğub səkkiz yaşadək tərbiyə etmiş və 19 il 3 ay 10 gün sığorta stajına malik olmuşdur. Həmin zaman Azərbaycan Respublikası “X4” Qanunun 8.1 maddəsinə əsasən 3 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların əmək pensiyası hüququ vardır. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bütün şərtlər tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası “X4” Qanunun 8.1 maddəsində dəyişiklik xx xxxxxx 2010-cu il tarixdə baş vermişdir.Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinin ərizəsinə verdiyi imtina cavabı əsassızdır. Ondan tələb olunan şərtlər xx.xx.2010-cu il tarixədək tam şəkildə ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclaslarında iştirak etmiş iddianı müdafiyə etmiş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, Azərbaycan Respublikasının “X4” Qanununun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda iddiaçının 2009-cu ilin mart ayında çox uşaqlı ana kimi əmək pensiya hüququ yarandığından çoxuşaqlı qadının yaşa görə əmək pensiyası təyin edilsə belə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödəniş edilir. Belə ki, Azərbaycan Respublikasının “X4” qanununun 32.1-1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “X4” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının ““X4” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli, 03/2020 saylı qərardadına əsasən, “X4'' azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üc il üçün ödənilməklə" müddəası penisya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından da göründüyü kimi, iddiaçıya yalnız müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il ödənilməsi qanuna müvafiqdir. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaya etirazaları müdafiyə etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 1199 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, 48-ci məhəllə ev 8b, mənzil 22-də yaşayan vətəndaş İddiaçı ailə üzvləri aşağıdakılardır: 1951-ci il təvəllüdlü, həyat yoldaşı X1 1983-cü il təvəllüdlü, oğlu X5 1985-ci il təvəllüdlü, oğlu X6 1987-ci il təvəllüdlü, oğlu X7 Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və həmin iddianın qaldırılması üçün qanunvericilikdə prosessual müddətlər nəzərdə tutulmamışdır. İddiaçı pensiya təyinatı ilə bağlı xx xxxx 2018-ci il tarixdə inzibati orqana müraciət etmiş, xx xxxx 2018-ci il tarixdə inzibati porqan tərəfindən imtina edilmişdir. İddianı mümkünsüz edən başqa hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona üç uşaqlı ana kimi 51 yaşının tamam olduğu xx xxxx 2009-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. “X4” Qanunun 8-ci maddəsinin xx.xx.2010-cu il tarixə qədər qüvvədə olan mətninə əsasən 5 il sığorta stajı olan, 3 uşağı səkkiz yaşınadək tərbiyə etmiş qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 51 yaşının tamamına qədər o üç uşaq doğub səkkiz yaşına qədər tərbiyyə etmiş və eyni zamanda həmin dövrdə 5 ildən artıq sosial sığorta stajına malik olmuşdur.(ailə tərkibi haqqında arayış, doğum haqqında şəhadətnamələr, əmək kitabçası, cavabdehin təqdim etdiyi aktlar.) Məhkəmə hesab edir ki, iddiaçının çoxuşaqlı ana kimi pensiya hüququ “X4” Qanunun 8-ci maddəsinə edilmiş dəyişiklikdən əvvəl, 2009-cu ildə yarandığından və o, hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 3 uşaq doğub, 8 yaşınadək tərbiyə etməklə 5 il sosial sığorta stajına malik olduğundan, ona əvvəlki qanunvericilik tətbiq edilməklə çoxuşaqlı ana kimi pensiya təyin edilməli, lakin pensiya təyin edilərkən hazırda qüvvədə olan X4 Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi nəzərə alınmalıdır. X4 Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «X4» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadına əsasən «X4» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüququ 51 yaşının tamamında, xx xxxx 2009-cu il tarixdə yaransada, inzibati orqana xx xxxx 2018-ci ildə müraciət etdiyinə görə, ona pensiya xx xxxx 2015-ci ildən hesablanmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xx xxxx 2015-ci il tarixdən yaşa görə əmək pensiyası ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 1 saylı Regional ərazi filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cumaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx xxxx 2015-ci il tarixdən yaşa görə əmək pensiyası ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 1 saylı Regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1044/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1044/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver