Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1044/2025 30.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2004cü il tarixindən xx.xx.2008-ci il tarixədək Naxçıvan Qarnizonunun tabeliyində və təkib hissəsi olan N nömrəli hərbi hissənin tank taqım komandiri vəzifəsində xidmət etdiyi müddətdə dörd ilə yaxın müddətdə ödənilməyən ikiqat əmək haqqının indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1981-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixədək təqvimlə 22 il 2 ay Azərbaycan Ordusunda zabit X3 hərbi xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmətdə olduğu zaman xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixədək Naxçıvan Qarnizonunun tabeçiliyində və tərkib hissəsi olan N nömrəli hərbi hissənin tank taqımının komandiri vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissə xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixədək yəni iddiaçının həmin hərbi hissədə xidməti dövründə döyüş şəraitində olan hərbi hissələrin siyahısında idi və hər il yanvar ayında həmin hərbi hissələrin siyahısı Müdafiə nazirinin müvafiq əmri ilə təsdiq olunurdu. Hərbi hissə döyüş şəraitində olduğu üçün şəxsi heyətə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin 2-ci yarımbəndinə (Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır) əsasən əmək haqqı ikiqat hesablanaraq ödənilirdi. Sözügedən hərbi hissədə xidməti zamanı heç bir hüquqi əsas olmadan ona ikiqat pul təminatı ödənilməmişdir. Həmin dövr üçün qüvvədə olan “Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli hərbi qulluqçuların pul təminatı haqqında təlimatın təsdiq olunması barədə əmri”nin müvafiq maddələrinin tələblərinə əsasən döyüş şəraitində xidmət edən hərbi qulluqçuya yalnız müxtəlif səbəblərdən (məzuniyyət, ezamiyyət və hospital) hərbi hissədə olmadığı günlərin sayı qədər birqat pul təminatı ödənilir, qalan digər hallarda ikiqat pul təminatı ödənilməlidir. 2 aya yaxın müddət hospitalda müalicə aldığı müddət istisna olmaqla, məzuniyyətdə və ezamiyyətdə olmadığına görə hesab edir ki, heç bir hüqiqi əsas olmadan ona 4 (dörd) ilə yaxın müddət ikiqat əmək haqqı ödənilməmişdir. Bununla bağlı xx.xx.2021-ci il (poçt göndərişinin verilməsi haqqında xəbərnamə SS825157235AZ, qoşma №3) tarixdə ərizə ilə Müdafiə nazirinin müavini-X4 X2 rəisi general-polkovnik Kərəm Mustafayevə və həmin ərizənin surətini Müdafiə naziri generalpolkovnik Zakir Həsənova ünvanlayaraq yuxarıda qeyd olunan məsələ ilə bağlı müraciət edərək köməklik edilməsini xahiş etmişdir. Lakin Müdafiə nazirliyi onun müraciəti ilə bağlı heç bir əməli tədbir görməmişdir və bu günə qədər müraciəti ilə bağlı ona rəsmi xəbər verilmədiyindən ödəmə ilə bağlı boyun qaçırılması kimi qiymətləndirir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, qanuni hüquqları pozulmuşdur. Halbuki, Hərbi qulluqçuların statusu haqında Qanunun 10-cu maddəsinin 2-ci bəndinə əsasən Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, hərbi qulluqçuların pul təminatı 2004-2008-ci illərdə həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqınt Əsasnamə” ilə tənzimlənmişdir. Qeyd olunan Əsasnamədə hərbi qulluqçulara ödənilməli olan pul təminatı və əlavələr göstərilmiş, İddiaçı da Əsasnamədə nəzərdə tutulmuş pul təminatı əlavələrlə birlikdə tam həcmdə ödənmişdir. Hərbi qulluqçulara ikinci qat pul təminatının ödənilməsi “Hərbi qulluqçuların statu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanunu ilə tənzimlənir. Belə ki, həmin Qanunun 10-cu maddəsinin (Pul təminatı və maddi təminat hüquq 2ci bənində göstərilmişdir ki, “Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hə rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların döv hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarır minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqında az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulaı həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır". Qanunun tələbindən də göründüyü kimi yalnız döyüş şəraitində yerləşən hərbi hissələ hərbi qulluqçularına ikiqat pul təminatı hesablanır. İddiaçının 2004-2008-ci illərdə xidmət etdiyi N nömrəli hərbi hissə Naxçıvan Muxl Respublikasının Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsində dislokasiya olunan orada yerləşmiş və xidmət aparmışdır. N nömrəli hərbi hissə hər hansı bir döyüş şəraitində yerləşmədiyi üçün orada xidmət edən hərbi qulluqçuların pul təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq birqat ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixədək Naxçıvan Qarnizonunun tabeliyində və təkib hissəsi olan N nömrəli hərbi hissənin tank taqım komandiri vəzifəsində xidmət etdiyi müddətdə dörd ilə yaxın müddətdə ödənilməyən ikiqat əmək haqqının indeksləşdirilərək ödənilməsini istəyir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Aşağıda qeyd edilən normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 10-cu maddəsinə əsasən Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə ödənilir. Həmin Əsasnamənin 9-cu maddəsində qeyd olunur hərbi qulluqçuların pul təminatının ödənilməsi haqqında ərizələri və şikayətləri nəzərə alınır və Azərbaycan Respublikası Silahlı X1 müəyyən olunmuş qaydada həll edilir. Eyni tələblər xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 1.10 və 1.11-cu maddəsində qeyd edilmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçının xidmət etdiyi dövr ərzində qeyd edilən tələblə bağlı müraciəti olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati Prosessual Məcəllə 01 yanvar 2011-ci il tarixində qanuni qüvvəyə minmişdir. İddiaçının 2004-2008-ci illər ərzində ikiqat əmək haqqının ödənilməsini tələb etmək hüququ 2011-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1(bir) ay müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin, Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən ümumi iddia müddəti 10 ildir. Eyni zamanda Mülki Məcəllənin 551.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi iddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1044/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1044/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver