Məhkəmə qərarları › İş №2-1(118)-1046/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1046/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1046/2020 09.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı işlədiyi illərin pensiyaya hesablanması iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçınıniddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə və “Azərkimya” İB-nin Etilien-Polietilien zavoduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 1977-ci ildən 2002-ci ilin dekabr ayınadək olan illər üçün pesniyann yenidən hesablanması və ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsinin geri qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,İddiaçı cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı işlədiyi illərin pensiyaya hesablanması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 45.4, 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsinə və “Azərkimya” İB-nin Etilien-Polietilien zavoduna qarşı işlədiyi illərin pensiyaya hesablanması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddanonun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt ApellyasiyaMəhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar