Məhkəmə qərarları › İş №2-1(118)-1046/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1046/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1046/2021 13.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 10-cu mikr-n, ev 61, mənzil 43 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X3 (işləyən, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 36, mənzil 15-də yaşayan) Üçüncü şəxsin nümayəndəsi X7 (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə qarşı iddiaçının mərhum həyat yoldaşı X8 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş mərhum həyat yoldaşı X8 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı 1947-ci il təvəllüdlü X12 məlum hadisələrlə əlaqədar Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq Milli Orduya çağırılmış, o, N saylı hərbi hissədə xidmət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Qubadlı rayonunun Başarat kəndində yaralanmış və 18.09.1993-cü il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşının vəfatından sonra ona şəhid statusu verilmişdir. 25.06.1997-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsindən ididaçıya vəsiqə verilməklə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 saylı, 15.01.1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları'na əsasən şəhid ailəsi kimi güzəşt və imtiyazlardan istifadə etmişdir. Lakin 2007-ci ildə ona məlum olmayan səbəbdən mərhum həyat yoldaşının şəhidlik statusu ləğv edilmişdir. 23.11.2020-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə müraciət edərək mərhum həyat yoldaşının şəhidlik statusunun bərpa edilməsini xahiş etmiş və ərizəsinə N saylı hərbi hissənin Qubadlı rayonu Başarat kəndində yerləşən 3-cü Taborunun komandirinin, Qərargah rəisinin, Bölmə komandirinin və kənd sakinlərinin iştirakı ilə Qubadlı rayon İH Başarat Kənd Ərazi X6 tərtib edilmiş 25.08.1993-cü il tarixli Aktın və ölüm haqqında Şəhadətnamənin surətini əlavə etmişdir Həmin sənədlərdə mərhum həyat yoldaşımın nə vaxt, hansı səbəbdən və hansı şəraitdə həlak olması konkret olaraq göstərilmişdir. Lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X9 iddianı qəbul etmədi və izah etdi ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiq qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarının 4.1-ci bəndinin 4-cü abzasına uyğun olaraq Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatəti dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 16.12.2020-ci il tarixli 9/2-10930 nömrəli arxiv arayışında və Təşkilat- Səfərbərlik İdarəsindən Xidmətin aparatına təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatla əlaqədar itkin düşmüş əsgər və çavuşların siyahısf’nda 1947-ci il təvəllüdlü X8 18.09.1993-cü il tarxdə N nömrəli hərbi hissədə həlak olması barədə məlumat qeyd olunsa da, hansı səbab və şəraitdə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda) həlak olması göstərilməmişdir. X1 şəhid hərbi qulluqçu hesab edilməsi üçün qanuni əsas olmadığından iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Üçüncü şəxsin nümayəndəsi X13 iddianın həllini məhkəmənin mülahisəzinə buraxdı və izah etdi ki, şəhid ailəsi kimi müavinətin verilməsi Səfərbərlik və Hərbi Çağırışa üzrə Dövlət Xidmətinin məlumatı əsasında dayandırılmışdır. İş materiallarında olan: -Sumqayıt şəhər qeydiyyat (keçmiş VVAQ) şöbəsi tərəfindən verilmiş 16.08.1969-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 oölu və İddiaçı 16.08.1969-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Qubadlı rayon kənd sakinlərinin iştirakı ilə Qubadlı rayon İH Başarat kənd Ərazi X6 tərtib edilmiş 25.08.1993-cü il tarixli aktdan görünür ki, 21.08.1993-cü il tarixdə ermənilərin Qubadlı rayon Başarat kəndinə hücumu zamanı X4 könüllülərindən ibarət özünümüdafiə dəstəsinin tərkibində döyüş nöqtəsinə getmiş, ağır yaralanmış, iflic vəziyyətə düşərək yüksəlikdən yıxılaraq xəsarətlər almışdır. Daha sonra müalicəsinin davam etdirilməsi üçün Sumqayıta xəstəxanaya göndərilmişdir. - İİ Ж № 430962 seriyalı ölüm haqqlnda şəhdatənamədən görünür ki, X12 18.09.1993-cü ildə vəfat etmişdir. Ölüm səbəbi qrafasında “uremik koma, Qubadlı rayon Başarat kəndində gedən döyüşlərdə ağır yaralanmış və şəhid olmuşdur” göstərilmişdir. - Qubadlı rayon İcra Hakimiyyəti başçısının aparatının 05.03.2021-ci il tarixli məktubundan görünr ki, Qubadlı rayon şəhid statusunun verilməsi, şəhid adının əbədiləşdirilməsi, şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Naziklər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları əsasında aparılır. Əsasnamənin 1.2.6-cı bəndinə görə Azərbaycan azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissələrdə və va daxili işlər, xüsusi dövlət təhlükəsizliyi və xüsusi kəşviyyat orqanlarında döyüş tapşırığı və ya döyüş təminatı ijlə bağlı tapşırıqları yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunur. Ərizədən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət xidmətinin Sumqayıt şəhər İdarəsindən verilən 18 yanvar 2021-ci il 137 saylı cavab məktubunda mərhum həyat yoldaşının N saylı hərbi hissədə xidmət edərək həlak olması barədə məlumat qeyd olunsa da, hansı səbəb və şəraitdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrıında həlak olması göstərilmədiyi bildirilir. X8 hərbiçi olduğundan onun hansı səbəb və şəraitdə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda) həlak olması barədə arayışın verilməsi rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. - DSMF-nun 1 saylı Regional ərazi filialı tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, filial tərəfindən vətəndaş İddiaçı 01.01.2007-ci il tarixdən 30.09.2012-ci il tarixinə kimi şəhid ailə üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Müvafuiq materiallar filialın arxivində tapılmadığından müavinətin verilməsinin hansı səbəbə görə dayandırılması haqqında məlumatın verilməsi mümkün deyildir. - Məhkəmənin sorğusuna əsaəsn Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş 27 sentyabr 1993-cü il tarixli 1004 saylı ölüm haqqında akt qeydindən görünür ki, X12 18 sentyabr 1993-cü ildə vəfat etmiş, ölüm səbəbi uremik koma göstərilmiş, daha sonra onun Qubadlı rayon Başarat kəndində gedən döyüşlərdə ağır yaralanması qeyd edilmişdir. Həmin qeyd Sumqayıt şəhər hərbi komissarının 15 yanvar 1994-cü il tarixli məlumatına əsasən aparılmışdır. Sumqayırt şəhər hərbi komissarı tərəfindən verilmiş 15.01.1994-cü il tarixli məlumatdan görünür ki, X12 09.09.1993-cü il tarixdə Qubadlı rayonu Başarat kəndində döyüşərkən yaralanmış və 18.09.1993-cü uil tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. - Sumqayıt şəhər Hərbi Komissarı tərəfindən verilmiş 15.01.1994-cü il tarixli məlumatdan görünür ki, hərbi mükələfiyyətçi 1947-ci il təvəllüdlü X12 09.09.1993-cü ildə Qubadlı rayon Başarat kəndində döyüşlərdə yaralanmış və 18.09.1993-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli məktubdan görünür ki, Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş ‘Şəxsi heyətin qayıtmaz itkilərinin adlı siyahısı qövluğunda (əsas. 10.01 1994-30.11 1994. səh-313 sıra-39. məlumatda atasının adı Səfər yazılmışdır, həlak olma səbəbi və şəraiti göstərilməmişdir) qeyd edilmiş "Azərbaycan Respublikası Hərbi Qüvvələrinin Ermənistanla həmsərhəd bölgələrində 1994-cü ildə həlak olmuş zabit gizir, çavuş və sıravi əsgərlərin siyahısında" Sumqayıtdan çağırılmış 1947-ci il təvəllüdlü, N №-li hərbi hissədə xidmət etmiş X8 18.09.1993-cü il tarixdə Qubadlı rayonunda həlak olması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin avqust-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində X5 həlak olması barədə məlumat aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir (maddə 8). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. xx xxxxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1 Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə verilən güzəştlər haqqında” Azərbaycan Recpublikası Qanununun 1-ci maddəsinə dair xx.xx.2008-ci il tarixli Qərarına görə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxsləri n həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin möbcudluğunu şərtləndirir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum həyat yoldaşı X8 1993-cü ildə Qubadlı rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər aparan N saylı hərbi hissənin tərkibində yaralanması işin mübahisəsiz hallarına aiddir. Onun adı Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş ‘Şəxsi heyətin qayıtmaz itkilərinin adlı siyahısı qövluğunda qeyd edilmiş "Azərbaycan Respublikası Hərbi Qüvvələrinin Ermənistanla həmsərhəd bölgələrində 1994-cü ildə həlak olmuş zabit gizir, çavuş və sıravi əsgərlərin siyahısında" vardır. Lakin cavabdeh onun adının N №-li hərbi hissə komandirinin avqust-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində aşkar edilməməsini, həmçinin ölümünün səbəbi və şəraiti qeyd edilmədiyini əsas götürərək iddiaçıya imtina cavabı vermişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, işin hallarından mərhum Heydər Quliyevin 1993-cü ilin sentyabr ayının 09-da Qubadlı rayonunda yaralanması və 18.09.1993-cü il tarixdə Sumqayıt şəhərində xəstəxanada vəfat etməsi müəyyən edilir. H.Quliyev yaralandıqdan sonra Sumqayıt şəhərinə gətirildiyindən xidməıt etdiyi hərbi hissənin əmrlərində onun həlak olması və ya ölümünün səbəbi və şəraiti barədə məlumat ola bilməzdi. Məhkəmə qeyd edir ki, H.Quliyevin döyüşlər zamanı yaralanması nəticəsində vəfat etməsi ona şəhid statusunun verilməsi üçün əsas hesab edilməlidir. Cavabdeh yuxarıda göstərilən xüsusatları nəzərə almadan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X2 verilmiş şəhidlik statusunun bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X2 verilmiş şəhidlik statusunun bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar