Məhkəmə qərarları › İş №2-1(118)-1046/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1046/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1046/2022 07.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 075 №li əmrinin ona aid hissəsində ləğv olunması vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə olunması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “onun xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli şikayət ərizələrinin cavablandırılmasında ifadə olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab olunması və 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 075 №li əmrinin ona aid hissəsində ləğv olunması vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmişdir. AR Müdafiə Nazirinin 01224 №-li, xx.xx.2021-ci il tarixli əmri ilə “polkovnikleytenant” hərbi rütbəsində N №-li hərbi hissədən “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. N №-li hərbi hissədə “Hərbi inspeksiyanın baş zabiti - inspektor” vəzifəsində xidmət edərkən birbaşa rəisi olan Hərbi inspeksiyanın rəisi, general-mayor Lənkəran Əliyevin təqdimatına əsasən N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, N №-li əmri ilə 2-ci məharət dərəcəsi 3-cü məharət dərəcəsinə endirilmişdir. Məharət dərəcəsinin 1 pillə aşağı salınmasını qanunsuz və əsassız hesab edir. Belə ki: 1) “Azərbaycan ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 37-ci maddəsində məharət dərəcəsinin endirilməsi şərtləri göstərilmişdir. İddiaçının məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, N №-li əmrində sadalanan şərtlər həmin Əsasnamənin 37-ci maddəsində göstərilən şərtlərə uyğun gəlmir. 2) İddiaçı xx.xx.2021-ci il tarixdə nümayəndəsi vasitəilə AR Müdafiə Nazirinə və N №-li hərbi hissə komandirinə təkrar şikayət ərizəsi ilə müraciət edərək general-mayor Lənkəran Əliyevin məni təhqir etdiyini, məharət dərəcəsini 1 pillə aşağı salınması haqqında raport yazacağı ilə hədələdiyini bildirmiş və onun iddiaçıya qarşı qanunsuz hərəkətlərinə və özbaşınalığına son qoyulmasını, məharət dərəcəsinin ləğv olunmasının və ona elan edilə biləcək əsassız inzibati cəzalarının qarşısının alınması barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmış və N №-li hərbi hissə komandirinin N №-li xx.xx.2021-ci il tarixli əmri ilə 2-ci məharət dərəcəsi 1 pillə aşağı endirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə yenidən nümayəndəsi vasitəsilə AR Müdafiə Nazirliyinə və N №-li hərbi hissə komandirinə ərizə ilə müraciət edərək 2-ci məharət dərəcəsinin 1 pillə aşağı salınmasının səbəbləri barədə ona məlumat verilməsini və N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması üçün göstəriş verilməsini xahiş etmişdir. Lakin bu müraciəti də bugünədək cavablandırılmamış və nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, qaldırdığı iddianın mübahisələndirmə haqqında iddia olduğu, həmin iddiaya iddia müddətinin tətbiq edildiyi, iddia müddətinin üzürlü səbəbdən ötürüldüyü halda müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmə hüququ izah edilmişdir. İddiaçı bildirmişdir ki, əmr ona elan olunmamışdır. Maaşının azalmasından məlumatı olsada, məharət dərəcəsinin aşağı salınmasından rəsmi olaraq məlumatı olmamışdır. Ona görədə iddiaçı hesab edir ki, iddia müddətini ötürməmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, ehtiyatda olan polkovnik-leytenant Ağayev X2 Ümumqoşun Ordunun Hərbi İnspeksiyasının baş zabiti-inspektor vəzifəsində xidmət etdiyi müddətdə xidməti vəzifə borclarının icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına və bir sıra intizam pozuntularına yol vermişdir. Belə ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı: xx.xx.2020-ci ildə N nömrəli hərbi hissənin komleks yoxlanılması zamanı Zenit- Raket Artilleriya batareyasını atəş hazırlığından qeyri-obyektiv qiymətləndirdiyinə görə inpeksiya rəisi tərəfindən “Töhmət”; xx.xx.2021-ci ildə N nömrəli hərbi hissənin idarə heyəti ilə keçirilən fiziki hazırlıq zamanı qeyri-obyektiv qiymətləndirmə apardığına görə inpeksiya rəisi tərəfindən “Şiddətli töhmət”; xx.xx.2021-ci ildə böyük rəislərin tutduğu iradlara məhəl qoymadığına və sözlə mübahisə etdiyinə görə İnpeksiya rəisi tərəfindən “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzaları verilmişdir. “Öz arzusu” ilə ehtiyata buraxılması üçün müraciət etmiş, lakin Vətən müharibəsindən sonra ixtisaslı kadrlara ehtiyac olduğundan onun ehtiyata buraxılması komandanlıq tərəfindən məqsədəuyğun hesab edilməmiş və bu barədə ona xidmət etidiyi hərbi hissənin (X6 Komandanlığının) vəzifəli şəxsləri tərəfindən məlumat verilmişdir. Buna baxmayaraq ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli, 44 nömrəli Qərarı ilə təsdiqlənmiş və icrası bütün hərbi qulluqçular üçün məcburi olan “Azərbaycan Respublikası Silahli Qüvvələrində xidməti yazışma və kargüzarlığın) aparılmasına dair Təlimatın 12-ci bəndində göstərilən “Silahlı Qüvvələr və qoşun növlərinin idarə və xidmətləri, eləcə də idarədaxili xidməti yazışmaların aparılması qadağandır” tələbini dəfələrlə pozaraq onunla eyni binada, eyni mərtəbədə birgə xidmət apardığı Hərbi İnspeksiyanın rəisinə poçt vasitəsilə məktub ünvanlamışdır. Əvvəlki müraciətində ona şjfahi qaydada belə hərəkətlərə yol verməməsi barədə xəbərdarlıq edilmiş, və məktubuna şifahi qaydada cavab verilmişdir. Lakin o, yenə də qeyd olunan təlimatın tələblərini bilərəkdən pozmuş, xidmətindən dönüş yaratmağa səy göstərməmişdir. Buna görə də, həmin vaxt Ordunun Hərbi İnspdksiyasının rəisi olmuş generalmayor Lənkəran Əliyevin 24 may 2021 -ci il tarixli raportu əsasında Müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.3-cü (Hərbi İntizam qaydaları kobud şəkildə pozulduqda) maddəsinə əsasən polkovnik-leytenant İddiaçı məharət dərəcəsi əsaslı olaraq 2-ci dərəcədən 3-cü dərəcəyə endirilmişdir. Əlavə olaraq bildirirlər ki, X4 (N nömrəli hərbi hissə) İdarə heyəti üçün əmrlərin çatdırılması şifahi qaydada həyata keçirilir. Hər həftənin cümə günləri xidməti müşavirədə əmrlər elan olunur və orada iştirak edən idarə, şöbə, xidmət və bölmə rəisləri orada elan olunmuş əmrləri müşavirədən sofıra öz tabeliklərində olan heyətə çatdırır. Əlavə olaraq hər həftənin şənbə günləri saat 18:00-da X4 (N nömrəli hərbi hissə) idarə heyətinə əmrlər müşavirə zalında elan olunur. Hərbi qulluqçulara əmrlər ümumi çatdırıldıqda fərdi qaydada çatdırılmasına və xüsusi izah olunmasına ehtiyac olmur, intizam cəzaları və ya məhafət dərəcələrinin endirilməsi kimi əmrlərdə cəzanın və ya məharət dərəcəsinin endirilməsinin səbəbi göstərilir. Əmrlər isə “məxfi” qrifli olduğundan həmin əmrlərin fərdi qaydada şəxslərə təqdim edilməsi və ya çoxaldılması yolverilməzdir. Əgər polkovnik-leytenant Tərlain Ağayev onun barəsində verilmiş əmrlə fərdi qaydada şəxsən tanış olmaq istəsəydi X1 zabiti kimi məxfi bölməyə müraciət edə və həmin əmrlə tanış ola bilərdi. Onun barəsində verilmiş əmrdən, yəni məharət dərəcəsinin bir pillə aşağı endirilməsi əmrindən məlumatı olmuşdur. Çünki, 2-ci məharət dərəcəsinə görə hərbi qulluqçulara ıpul əlavəsi ödənilir. 3-cü məharət dərəcəsinə görə isə həmin əlavə nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim olunan, N nömrəli hərbi hissənin maliyyə hissə rəisi tərəfindən verilmiş, 21 may 2022-ci il tarixli, polkovnik-leytenant İddiaçı əməkhaqqı barədə arayışdan aydın şəkildə görünür ki, ona 2021 -ci ilin yanvar, fevral, mart, aprel və may aylarına hər ay 2-ci məharət dərəcəsinə görə 120 manat 41 qəpik pul əlavəsi ödənilmişdir. İyun ayı da daxil olmaqla sonrakı aylarda həmin pul əlavəsi ödənilməmişdir. Burdan da belə nəticəyə gəlmək olar ki, onun aylıq pul təminatında 120 manat azalma olması onun diqqətindən yayına bilməzdi. Həmçinin, nümayəndəsi Azər Qasımovun vasitəsilə Azərbaycan respublikası Müdafiə nazirinə və N nömrəli hərbi hissə komandirinə ünvanladığı şikayət ərizəsində hazırda mübahisələndirilən N may 2021-ci il tarixli, 075 nömrəli əmrdən bəhs edilir. Beləliklə də məlum olur ki, xx.xx.2021-ci ildə artıq polkovnik-leytenant İddiaçı həmin əmrdən kifayət qədər məlumatı olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş və bildirmişdir ki, iddiaçı əmrin elan olunduğu tarixdən 3-5 gün ərzində sözügedən əmrdən məlumatı olmuşdur. Hərbi hissədə hər həftənin 5-ci günü xidməti müşavirələr olur. Müşavirədə əmrlər elan olunur. Hər həftənin 6-cı günü əmrlərin çatdırılması həyata keçirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnaməsində də nəzərdə tutulur ki, əmrlər şifahi və yazılı qaydada çatdırılır. Əmrin surətinin, çıxarışının iddiaçıya şəxsən təqdim edilməsi qadağandır. İddiaçının məharət dərəcəsinin endirilməsindən məlumatı olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hissəsinin 21 may 2022-ci il tarixli, N56 saylı arayışından da göründüyü kimi azalmalar iddiaçının nəzərindən yayına bilməzdi. May ayında iddiaçı əmək haqqını tam almış, iyun ayında isə azalma ilə almışdır. İş materiallarında Azər Qasımovun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şikayət ərizəsi var. Şikayət ərizəsində də qeyd edilir ki,məharət dərəcəsi endirilmişdir. İddiaçı əmrin tarixini bilmədiyi halda şikayət ərizəsində N may 2021-ci il tarixli əmr olduğu necə qeyd edilə bilərdi? Sonda cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Lakin hazırki iş üzrə iddiaçı 2-ci məharət dərəcəsinin 1 pillə aşağı endirilməsi haqqında N №li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 075 №li əmrinin ona aid hissəsində ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən əmrdən məlumatı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisələndirilən qərar cavabdehin də etirazında qeyd etdiyi kimi “məxfi” qrifli olduğundan həmin əmrlərin fərdi qaydada şəxslərə təqdim edilməsi və ya çoxaldılmasına yolverilmir. Cavabdeh qeyd edir ki, əgər polkovnik-leytenant İddiaçı onun barəsində verilmiş əmrlə fərdi qaydada şəxsən tanış olmaq istəsəydi X1 zabiti kimi məxfi bölməyə müraciət edə və həmin əmrlə tanış ola bilərdi. Onun barəsində verilmiş əmrdən, yəni məharət dərəcəsinin bir pillə aşağı endirilməsi əmrindən məlumatı olmuşdur. Çünki, 2-ci məharət dərəcəsinə görə hərbi qulluqçularaıpul əlavəsi ödənilir. 3-cü məharət dərəcəsinə görə isə həmin əlavə nəzərdə tutulmamışdır, Məhkəməyə təqdim olunan, N nömrəli hərbi hissənin maliyyə hissə rəisi tərəfindən verilmiş, 21 may 2022-ci il tarixli, polkovnik-leytenant İddiaçı əməkhaqqı barədə arayışdan aydın şəkildə görünür ki, ona 2021 -ci ilin yanvar, fevral, mart, aprel və may aylarına hər ay 2-ci məharət dərəcəsinə görə 120 manat 41 qəpik pul əlavəsi ödənilmişdir. İyun ayı da daxil olmaqla sonrakı aylarda həmin pul əlavəsi ödənilməmişdir. Burdan da belə nəticəyə gəlmək olar ki, onun aylıq pul təminatında 120 manat azalma olması onun diqqətindən yayına bilməzdi. Həmçinin, nümayəndəsi Azər Qasımovun vasitəsilə Azərbaycan respublikası Müdafiə nazirinə və N nömrəli hərbi hissə komandirinə ünvanladığı şikayət ərizəsində hazırda mübahisələndirilən N may 2021-ci il tarixli, 075 nömrəli əmrdən bəhs edilir. Beləliklə də məlum olur ki, xx.xx.2021-ci ildə artıq polkovnik-leytenant İddiaçı həmin əmrdən kifayət qədər məlumatı olmuşdur. Məhkəmə cavabdeh orqanın göstərdiyi dəlilləri əsaslı hesab edir. İş materiallarında olan iddiaçının nümayəndəsi X5 10 iyun 2021-ci il tarixli şikayət ərizəsində qeyd edilir ki, etibarnamə üzrə nümayəndəsi olduğu polkovnik-leytenant İddiaçı 2-ci məharət dərəcəsi onun rəisi olan general-mayor Lənkəran Əliyev tərəfindən verilmiş təqdimata əsasən N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci İl tarixli müvafiq əmri ilə bir pillə aşağı salınaraq 3-cü məharət dərəcəsinə endirilmişdir. Göründüyü kimi iddiaçının sözügedən əmrdən məlumatı olmuşdur. Habelə iddiaçı əmrin ona şəxsən təqdim edilmədiyini bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi əmr məxfi olmaqla əmrin ona şəxsən təqdim edilməsi mümkün deyildir. Buna baxmayaraq o, sözügedən əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə iddia qaldırmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar