Məhkəmə qərarları › İş №2-1(118)-1046/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1046/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1046/2023 15.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda yaşayan), Üçüncü şəxsin nümayəndəsi X7 (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı əlavə 12 kv m yaşayış sahəsi olan yeni 1 (bir) otaqlı mənzilin verilməsi və maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əlavə 12 kv m yaşayış sahəsi olan yeni 1 (bir) otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1726/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-583/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(118)-1726/2022 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birgə X10 yaşayış sahəsi 78 kv m olan binasında yaşamış, 05 fevral 2019-cu il tarixdə Şamaxı rayonunda baş verən güclü zəlzələ nəticəsində onları da qəzalı vəziyyətə düşmüş yaşadığı yataqxanadan çıxarıb, rayonda tikilən binadakı sahəsi əvvəlkindən xeyli az yaşayış sahəsinə malik olan (66,22 kv m) evlə təmin etmişlər. İddiaçı bundan narazılıq edib aidiyyəti dövlət orqanlarına çoxsaylı şikayətlər yazıb yeni evin darısqal olduğunu və faktiki olaraq sahəsi 12 kv m az olan mənzilə köçürüldüyüq bildirmişdir. Bir ildən çoxdur ki, dövlət orqanlarına müraciətlər etsə də məsul şəxslər müraciətlərini bir-birinin üstünə ötürür və nəticədə şikayətinə baxan yoxdur. X10 rəhbərliyi tərəfindən ona verilmiş 27 saylı 25 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, həmin Liseyin balansında olan onların yaşadığı xidməti binanın 11 nömrəli mənzilinin ölçüsü 78 kv metrdir. Çoxsaylı müraciətləri əsasında Şamaxı rayon İcra Hakimiyyətindən ona göndərilmiş Ş- 03-1868 saylı, 05 oktyabr 2021-ci il tarixli cavab məktubunda yazılmışdır ki, 05 fevral 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Azərbaycan Respublikasının Fövqəladə Flallar Nazirliyi tərəfindən Şamaxı şəhərində yaşayış binaları inşa olunmuş və vətəndaşlar yeni mənzillərə köçürülmüşlər. Mənzillər Fövqəladə Flallar Nazirliyinin tərtib etdiyi siyahı əsasında nazirliyin əməkdaşlarının iştirakı ilə vətəndaşların əvvəl yaşadıqları evlərin sahəsinə uyğun püşkatma yolu ilə paylanmışdır. Sonda püşkatma əsasında onlara Şamaxı şəhərində M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 9 saylı mənzilinin püşkatma yolu ilə verilməsi yazılmışdır. Müraciətlərinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən də ona 37/Q-00469 saylı, 04 mart 2021-ci il tarixli cavab göndərilmişdir. Bu cavabda da yuxarıda qeyd etdiyi eyni məlumatlar təkrarlanaraq onlara ünvan 3 ünvanında Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş, elektrik enerjisi, su və qazla təchiz olunmuş 110 mənzilli binada 2 otaqlı, 66,22 kv metr sahəsi olan mənzil verildiyi yazılmışdır. Bundan əlavə, mənzillərin bölüşdürülməsi prosesinin X13 rəhbərliyinin təsdiq etdiyi siyahılar əsasında Şamaxı Rayon İcra Hakimiyyəti keçirilməsi və buna görə müvafiq icra hakimiyyətinə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Yenidən Şamaxı RİH müraciət etsə də, ona müsbət cavab verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanlanmış etiraz ərizəsində bildirmişdir ki, iddiaçının istifadəsində olmuş yaşayış sahəsi peşə litseyi tərəfindən ona xidməti mənzil kimi verilmiş və həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ tanınmamışdır. Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayon ərazisində FHN-i tərəfindən yüksəkmərtəbəli yaşayış binası inşa edilərək qəzalı vəziyyətə düşmüş mənzilin sakinlərinin istifadəsinə verilmişdir. Qeyd olunan 3 blokdan ibarət yaşayış binasının balanssaxlayıcısı yoxdur. Mənzillərin bölgüsünə gəldikdə isə rəsmi sənədlərə malik sakinlərə müvafiq mənzillər paylanılmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti də mənzillərin bölgüsü zamanı atılmış püşkatmada iştirak etmişdir. Müvafiq yaşayış binasının hansı qurumun balansına verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmiş, lakin hələ həmin yaşayış binası Şamaxı rayon İcra Hakimiyyətinin balansına verilməmişdir. İddiaçıya əlavə yaşayış sahəsinin verilməsi faktiki olaraq Şamaxı rayon İcra Hakimiyyətinin səlahiyyətində deyildir. Sadəcə olaraq yerli İcra Hakimiyyətinin Əsasnaməsinin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binanın sakinləri yeni inşa edilmiş yaşayış binasına köçürülmüşlər. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən X4 iddianı qəbul etməmiş və idida ərizəsinə etirazda göstərilənləri müdafiə edərək iddianın rədd edilməsi barədə qərar çıxaılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında mənzillərin bölüşdürülməsi ilə bağlı hər hansı sənədləşmənin, o cümlədən püşkatmanın protokolunun belə olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 iddianı qəbul etməmiş və izah etmişdir ki, zəlzələdən zərər çəkən vətəndaşlara, o cümlədən İddiaçı yaşadıqları mənzilin əvəzinə başqa mənzilin verilməsi X10 təqdim etdiyi siyahılar əsasında Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. X3 əməkdaşları baxış zamanı qeyd edilən yaşayış binasının texniki vəziyyətinin qəzalı olduğöunu təsdiq etmişlər, mənzillərin bölüşdürülməsi Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olmamışdır və bununla bağlı hər hansı cavabdehlik daşıya bilməz. Mənzillərin bölüşdürülməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazilriyində hər hansı sənədləşmə yoxdur. İş materiallarına əlavə edilmiş : - X13 tərəfindən verilmiş 27 nömrəli, xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı yazılı sorğusuna əsasən yaradılan komissiyanın tərtib etdiyi akta göra yaşadığı mənzilin ölçüsü 78 kv m təşkil etmişdir. - X14 tərəfindən Şamaxı rayon İcra Hakimiyyətinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 40 saylı məktubundan görünür ki, 1981-ci ildə istifadəyə verilmiş liseyin balasnında olan 2 mərtəbəli 16 mənzilli xidməti yaşayış binasında 78 kv m ölçüdə olan 3 otaqlı mənzil dörd nəfər ailə üzvü ilə birlikdə İddiaçı ayrılmışdır. - **********55-05101-093006 nömrəli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, Şamaxı şəhəri, 8 Noyabr küçəsi,ev16-18, 20-22, sahəsi 63.10 kv m olan mənzil 9 (Yeni qaydalarla AZ 5600 Şamaxı rayonu Şamaxı şəhəri,8 Noyabr küçəsi,16, M3,m1) İddiaçı xüsusi mülkiyyətindədir. - Şamaxı rayon İcra Hakimiyyətinin 05 oktyabr 2021-ci il tarixli, 03-1868 nömrəli məktubundan görünür ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı şəhərində yaşayış binaları inşa olunmuş və vətəndaşlar yeni mənzillərə köçürülmüşlər. Mənzillər Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi siyahı əsasında nazirliyin əməkdaşlarının iştirakı ilə vətəndaşların əvvəl yaşadıqları evlərin sahəsinə uyğun püşkatma yolu ilə paylanılmışdır. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş X10 xidməti binasında yerləşən mənzilinizin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 9 saylı mənzili keçirilmiş püşkatmanın nəticəsinə əsasən verilmişdir . -FHN Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında şəhərdə yerləşən peşə liseyinin xidməti yaşayış binasına baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Baxış zamanı qeyd edilən yaşayış binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən edilmişdir. Peşə Liseyinin xidməti yaşayış binası X6 X1 siyahıya daxil edilmiş və qəzalı vəziyyətə düşmüş mənzilin əvəzində iddiaçıya ünvan 4 ünvanında Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş, elektrik enerjisi, su və qazla təchiz olunmuş 110 mənzilli binada 2 otaqlı, 66,22 km2 sahəsi olan mənzil verilmişdir.Mənzillərin bölüşdürülməsi prosesi X13 rəhbərliyinin təsdiq etdiyi siyahılar əsasında Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Məhkəmənin sorğusuna əsasən Şamaxı İcra Hakimiyyəti tərəfindən verilmiş 09 yanvar 2022-ci il tarixli cavab məktubundan görünür ki, 5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün dövlət vəsaiti hesabına fərdi yaşayış evləri ilə yanaşı 5 ədəd çoxmənzilli yaşayış binaları inşa olunaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən tərtib edilmiş siyahıya uyğun püşkatma yolu ilə vətəndaşlara paylanılmışdır. Həmin binalardakı mənzillər vətəndaşların mülkiyyətində olan qəzalı evlərin yaşayış sahələrinə uyğun olmaqla, humanizm prinsipləri və dövlətin vətəndaşa olan qayğısı nəticəsində mövcud imkanlar nəzərə alınaraq dövlət mülkiyyətində olan yaşayış sahəsində, o cümlədən X10 balansında olan xidməti yaşayış və yataqxana binasında müvəqqəti məskunlaşmış vətəndaşlara da paylanılmışdır.Qamət Qədirova X10 xidməti yaşayış binasında müvəqqəti yaşadığı mənzilin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binadan yaşayış sahəsi 66,22 kv.metr olan 2 otaqlı mənzil verilmişdir. Məhkəmənin sorğusuna əsasən Şamaxı İcra Hakimiyyəti tərəfindən verilmiş 20 aprel 2023cü il tarixli cavab məktubundan görünür ki, X10 balansında olan mənzilin əvəzinə İddiaçı müvafiq mənzilin verilməsi barədə məktubdan başqa rayon İcra Hakimyyətində həmin məsələ ilə əlaqədar heç bir sənəd mövcud deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinni izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, idida tələbinin maddi və mənəvi ziyanın vurulmasına görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsi ayrıca qərardadla mümkün sayılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X10 balansında olan xidməti yaşayış binasından 78 kv m ölçüdə 3 otaqlı mənzil 4 nəfər ailə üzvü ilə birlikdə İddiaçın ayarılmışdır. Həmin mənzilin onun istifadəsinə ayrılmasına dair liseyin məktubundan başqa hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Bununla yanaşı xx.xx.2019-cu il tarixdə baş verən zəlzələ nəticəsində həmin yaşayış binası qəzalə vəziyyətə düşmüş, iddiaçı digər sakinlərlə bərabər həmin binadan çıxarılmışdır. Daha sonra iddiaçı dövlət hesabına tikilmiş binadan 2 otaqlı, sahəsi 63.10 kv m olan mənzillə təmin edilmişdir. İddiaçı həmin mənzili xx.xx.2022-ci il tarixdə, yəni hazırki iş üzrə məhkəmə araşdırması zamanı özəlləşdirərək mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda çatışmayan 12 kv m əvəzində ona yeni 12 kv m sahəsi olan mənzilin ayrılmasını xahiş etmişdir. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunan göstərişlərə uyğun olaraq iddiaçıya verilmiş mənzilə dair hüquqmüəyyənedici sənədləri, mənzillərin hansı qaydada bölüşdürülməsi və püşkatmanın hansı əsaslarla aparılmasının müəyyən edilməsi məqsədi ilə araşdırma aparmışdır. İddiaçı ona ayrılmış iki otaqlı 63.10 kv m ölçüdə olan mənzili özəlləşdirmiş və ona müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport təqdim edilmişdir. Məhkəmənin Fövqəladə Halar Nazilriyinə və cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə dəfələrlə verdiyi sorğular nəticəsində müəyyən edilmişdir ki, mənzillərin bölüşdürülməsi və püşkatmanın əsaslarını müəyyən edən hər hansı sənədlər mövcud deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının əvvəllər yaşadığı mənzil üzərində hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır, olsa belə, həmin yaşayış binasının statusu “xidməti” olduğundan onu özəlləşdirmək hüququna da malik olmamışdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azəbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən, yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası... bu Məcəllə və Azəbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məjtəblilərə və başqa vətəndaşlara iş və təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin... birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiryyət tərəfindən order verilir. Bununla yanaşı iddiaçıya sonradan ayrılmış mənzili o, faktiki olaraq qəbul etmiş, ailə üzvləri ilə birlikdə oraya köçüb yaşamağa başlamış və məhkəmə araşdırması getdiyi zaman özəlləşdirmişdir. Əgər iddiaçı ona kompensasiya kimi verilmiş mənzillə razılaşmasaydı, onu faktiki olaraq qəbul edib özəlləşdirməzdi. Bundan başqa məhkəmə araşdırması zamanı ayrılan mənzilin yerləşdiyi binanın rayon İcra Hakimiyyətinin balansına aid olması öz təsdiqini tapmamışdır. Şamaxı rayon İcra Hakimiyyəti dövlət tapşırığı kimi qəzalı mənzillərin əvəzinə inşa edilmiş mənzillərin bölüşdürülməsi funksiyasını həyata keçirmişdir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra haqkimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar