Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-105/2020 27.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı iddiaçıların Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tam həcmdə qeydə alınmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, iddiaçıların Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tam həcmdə qeydə alınmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra DƏDRX) 14 saylı X13 müraciət edərək onlara (48 ha - İddiaçı1 və 34 ha - İddiaçı2) məxsus olan, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun DƏDRX tərəfindən qeydə alınmasını xahiş etmişdir. Həmin tarixdə, ehtimal edir ki, heç bir araşdırma aparılmadan və əsassız olaraq yuxarıda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Eyni gündə həm sənədləri araşdırmaq, eyni zamanda elektron daşıyıcılar üzərində qeyd edilmiş məlumatları toplamaq və analiz etmək və torpaq sahəsinə baxış keçirmək (xx xxxx 2019-cu il tarixli, **********22 saylı DƏDRX 14 saylı X11 məktubunda qeyd edildiyi kimi) fiziki olaraq mümkün deyil. Belə məlum olur ki, imtina əsassızdır. Şamaxı rayon X3 xx.xx.1998-ci il tarixli qərarı ilə DTXK-nın Şamaxı rayonu şöbəsi tərəfindən verilmiş JN-158A (kod 41003005) nömrəli Şəhadətnamə əsasında İddiaçı1 0.48 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Şəhadətnamədə İddiaçı1 məxsus olan torpaq sahəsi 0.48 ha göstərilsə də, Ərazi İdarəsinin elektron bazasında torpaq sahəsi səhvən əksik olaraq 0.38 ha olaraq qeydə alınmışdır. Şamaxı rayon X3 xx.xx.1998-ci il tarixli qərarı ilə DTXK-nın Şamaxı rayonu şöbəsi tərəfindən verilmiş JN-367A (kod 41003005) nömrəli Şəhadətnamə əsasında İddiaçı2 0.24 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Daha sonra xx.xx.2005-ci il tarixdə 07 saylı qərari ilə Şamaxı rayonu, Qızmeydan Bələdiyyəsi tərəfindən T. Namazovaya 0.10 ha torpaq sahəsi satılmışdır. Şəhadətnamədə ümumi olaraq Namazovaya məxsus olan torpaq sahəsi 0.34 ha göstərilsə də, Ərazi İdarəsinin elektron bazasında torpaq sahəsi səhvən əksik olaraq 0.24 ha olaraq qeydə alınmışdır. Ərazi İdarəsi iddiaçıların mülkiyyətlərini təsdiq edən sənədləri və həmin sənədlərdə göstərilən torpaq sahələrinin həcmini də nəzərə almamışdır. Hüquqlarını müdafiə etdiyi İddiaçı1 2001-ci il tarixində Şamaxı rayon Astraxanova kəndi (indiki Qızmeydan kəndi) ərazisindən ümumi sahəsi 0,48 hektardan ibarət torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. Adı gedən ərazidəki tikilinin 34.3 kv\m yan sahəsi, ümumilikdə isə 57.6 kv\m olmaqla Şamaxı rayon Dövlət Texniki inventarlaşdırma va Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən xx xxxxxxxx 2001-ci il tarixində İddiaçı1 mülkiyyət hüququ əsasında qeydə alınmışdır. (33 saylı reyestr və 149 saylı inventar xx xxxxxx 2005-ci il tarixinda isə Şamaxı r-n X3 xx xxxxxx 1998-ci il tarixli 16 saylı qərarı əsasında torpağın mülkiyyəti verilməsinə dair Şəhadətnamə (JN-158A/ KOD 41003005) tərtib edilmişdir. Eləcə də, digər iddiaçı, İddiaçı2 isə xx xxxx 1992-cu il tarixində Şamaxı rayon Qızmeydan kəndi ərazisindən yaşayış sahəli ümumi sahəsi 0.24 hektardan ibarət torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Əlavə olaraq 0,10 ha torpaq sahəsi də Qızmeydan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı ilə N.Tünzalə Kamal qızının mülkiyyətinə verilmşdir. Daha sonra adı gedən ərazidəki tikilinin 22.4 kv\m yaşayış sahəsindən ibarət iki otaqdan va 22.4 kv\m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi Şamaxı rayon Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən İddiaçı2 mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 2005-ci il tarixində isə Şamaxı rayon X8 xx xxxxxx 1998-ci il tarixli 16 saylı qərarı və Qızmeydan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı əsasında ümumilikdə 0.34 hektar təşkil etməklə torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə (JN-158A/ KOD 41003005) tərtib edilmişdir. X4 hər iki iddiaçıya (mülkiyyətçiyə) münasibətdə bunu iddiaçıların günahı imiş kimi təqdim etməsi anlaşılan deyil. Əgər torpaq sahəsi yanlış qeydə alınıbsa bu iddiaçıların deyil, cavabdehin və bu işlə əlaqədar qurumların bilavasitə işə laqeyd yanaşmasının nəticəsidir. xx xxxx 2019-cu il tarixli, **********22 saylı DƏDRX 14 saylı X11 məktubunda qeyd edilənlər həqiqəti əks etdirmir. X16 elektron məlumat bazasında yanlışlıq varsa bu Ərazi İdarəsinin problemidir və bu hal heç də vətəndaşın mülkiyyət hüququnun qeydə alınmasından imtina ilə nəticələnə bilməz. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, inzibati orqanın qəbul etdiyi qərar (mülkiyyət hüquqlarının qeydə alınmasından imtina haqqında) iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulması kimi başa düşülməlidir. Çünki iddiaçıların əlində olan ilkin sənədlərlə DƏDRX Ərazi İdarəsinin elektron məlumat bazasında olan məlumatlar arasında ziddiyyət varsa və cavabdehin iddia etdiyi kimi bu ziddiyyət ölçü fərqidirsə, torpaq sahələri qonşu payla üst-üstə düşürsə buna iddiaçılar məsuliyyət daşımamalıdırlar, ona görə ki, iddiaçıların həmin elektron məlumat bazasına müdaxilə etmək imkanları məhduddur. İddiaçıların nümayəndəsi və vəkili X15 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, X7 iddiaçılara və digər qonşu torpaq sahiblərinə qarşı qaldırdığı iddialarlada iddiaçıların torpaq sahəsinə hüquqlarının qanuni olması müəyyən edilmişdir. X5 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən “məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Şamaxı rayon X3 xx xxxxxx 1998-ci il tarixli qərarına əsasən ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən İddiaçı1 adına tərtib olunmuş JN-158A (kod 41003005) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.48 ha göstərilsə də, Ərazi idarəsinin elektron baza məlumatlarında 0.38 ha qeyd olunmuşdur. İddiaçı2 Şamaxı rayon X3 xx.xx.1998-ci il tarixli qərarı ilə həyətyanı məqsədilə 0.24 ha torpaq sahəsi verilmiş və ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən ona JN-367A (kod 41003005) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Şamaxı rayonu Qızmeydan Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci ildə 07 saylı qərar ilə İddiaçı2 əlavə 0.10 ha torpaq sahəsi satılmışdır. Şəhadətnamədə ümumi sahə 0.34 ha qeyd edilsə də, Ərazi idarəsinin elektron baza məlumatlarında həmin sahə 0.24 ha kimi qeyd edilmişdir. Hər iki torpaq sahəsi bir çəpər daxilində yerləşir. Çəpər daxilində yerləşən ümumi torpaq sahəsinin ölçüsü 0.768 ha təşkil edir. Faktiki istifadə olunan çəpər daxilində yerləşən torpaq sahəsinin 0.023 ha hissəsi Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən qonşu pay torpaq sahəsi ilə üst-üstə düşür. Qeydiyyat üçün təqdim olunan sənədlərdə qeyd olunan məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığı üçün, 0.48 ha və 0.34 ha ümumilikdə 0.82 ha torpaq sahələrinin üzərində iddiaçıların mülkiyyət hüquqlarınının dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X13 qarşı iddiaları əsassız olduğu üçün rədd olunmasını Sizdən xahiş edirik. Cavabdehin nümayəndəsi X1 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş iddiaya etirazı müdafiyə etmiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianı mümükünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslığı ilə bağlı məhkəmə hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən həmdə əsaslıdır. Beləki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Şamaxı rayon X3 xx xxxxxx 1998-ci il tarixli, 16 saylı qərarı əsasında İddiaçı1 Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 0,48 ha həyətyanı torpaq sahəsinə JN-158A saylı, kodu 41003005 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Eyni zmanda Şamaxı rayonu Qızmeydan bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 07 saylı və Şamaxı rayon X3 xx xxxxxx 1998-ci il tarixli, 16 saylı qərarı əsasında İddiaçı2 Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 0,34 ha həyətyanı torpaq sahəsinə onun adına JN-367H saylı, kodu 41003005 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istədikləri torpaq sahələri ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Belə ki, X7 cavabdehlər Şamaxı rayonu Qızmeydan bələdiyyəsinə, İddiaçı2, İddiaçı1 və digərlərinə qarşı “Torpağa mülkiyyət hüququna dair dövlət aktlarının etibarsız sayılması, dövlət aktında göstərilən Şamaxı rayon X3 qərarı ilə cizgidə göstərilən sərhəd daxilində torpaq sahəsinin yerində ölçülüb onun istifadəsinə verilməsinə dair iddiası üzrə Şamaxı rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə iddiaçının tələbi qismən təmin edilərək iddiaçı X7 və onun ailə üzvlərinə Şamaxı rayon X3 xx xxxx 2003-cü il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı istehsalı üçün verilmiş 14,56 ha torpaq sahəsinin mülkiyyət hüququna dair JN 0266 nömrəli, 41003018 kodlu Dövlət Aktına uyğun cizgilərdə göstərilən sərhədlər daxilində torpaq sahəsinin naturada ölçülərək iddiaçı X2 təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə icra edilmiş və Şamaxı rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan başqa iddiaçı X7 cavabdehlər İddiaçı1, İddiaçı2 və digərlərinə qarşı cavabdehlərə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsinə dair Şamaxı rayon Məhkəməsində iddia qaldırmış və həmin Məhkəmənin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qismən ləğv edilməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçılara məxsus torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinası əsaslı olmamışdır. Belə ki, cavabdehin imtinasının əsasını iddiaçılara məxsus torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşməsi və elektron baza məlumatlarında tam olaraq öz əksini tapmaması göstərilmişdir. Halbuki işə əlavə olunmuş məhkəmə qərarlarından görünür ki, qeyd edilən torpaq sahələrinə dair mülki məhkəmə mübahisələri olmuşdur. Məhkəmə qərarları ilə sözügedən torpaq sahələrinin üst-üstə düşməsinə münasibət bildirilmiş, iddiaçıların başqa şəxslə üst-üstə düşən torpaq sahələrinin həmin şəxsə deyil məhz onlara məxsus olması müəyyən edilmişdir. Beləliklə cavabdehin iddiaçıların müraciətinin təmin edilməsindən imtinasının əsası kimi göstərdiyi hallara məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş və həmin qətnamə ilə müəyyən edilmiş halların yenidən mübahisələndirilməsi qanunvericiliklə qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “X9” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh tərəfindən iddiaçıların sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Bunlardan başqa məhkəmə hazırki iş üzrə qərar qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. «X12rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşür. «Önər Yıldız Türkiyəyə qarşı» məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilkdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli maneələr üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Göründüyü kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində olan mülkiyyət hüququ anlayışını daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmayan, daha geniş qavram kimi başa düşülməli olduğunu vurğulamışdır. Məhkəmə bu mövqeyini digər işlərdədə inkişaf etdirmişdir. Hazırkı işdədə iddiçılar torpaq sahəsindən qanunsuz istifadə etməmiş, müvafiq orqanların verdiyi mülkiyyət sənədi əsasında torpaq sahəsindən istifadə etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınmaması «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı1 və İddiaçı2 Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən müvafiq olaraq 0.48 ha və 0.34 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən müvafiq olaraq 0.48 ha və 0.34 ha həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-105/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-105/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver