Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1050/2020 15.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı MMC-nin direktoru X1 (Sumqayıt şəhəri, Corat qəsəbəsi 187 A saylı evdə yaşayan), Cavabdehin nümayəndəsi X3 (2 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx xxxx 2020-ci il tarixli **********6919600 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMCcavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu il üçün əlavə hesablanmış mənfəət vergisi üzrə 2524.98 manat borsun və 20.16 manat faiz borcunun, cəmi 2545.14 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçi MMC-nin direktoru F.Məmmədov iddia tələbinin dəqiqlədirilməsi barədə ərizə verərək xx xxxx 2020-ci il tarixli **********6919600 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı MMC-nin direktoru X2 iddia tələbini müdafiə edərək izah etdi ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib olunmuş və iddiaçı müəssisənin elektron poçt ünvanına göndərilmiş xx.xx.2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildrişdə müəssisənin həmin tarixə olan vergi borcunun 1170.19 manat olduğu göstərilmişdir. MMC-nin vergi şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, vergi orqanı tərəfinfən xx.xx.2020-ci il tarixdə mənfəət vergisi üzrə kameral qaydada 2524.98 manat əlavə vergi və 20.16 manat faiz hesablanmış, lakin vergi orqanı tərəfindən bu verginin hansı üsullarla hesablanması barədə heç bir açıqlama və məlumat verilməmişdir. Bundan əlavə həmin borcun ödənilməsinin təmin edilməsi üçün vergi orqanı tərəfindən MMC-nin bank hesablarına sərəncam qoyulmuşdur. Cavabdehin əlavə zəuri sənədlərin tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq iddiaçı tərəfindən təhviltəslim aktının surəti və bank ödəniş tapşırığının surəti təqdim edilmişdir. Bununla bağlı iddiaçı müəssisənin direktoru iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədi və izah etdi ki, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilmiş cəmi xərclərin cəmi məbləği ilə (135762.16 manat), əvvəlki il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 N-lb Əlavəsinin cari il ərzində əldə edilmiş eqaimə fakturaların məbləği (121619,56 manat) və cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləği və qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin cəmi məbləğlərin müqayissəi nəticəsində baza məlumatlarına əsasən 14142.60 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, bəyannamədə əks olunn xərcəri təsdiq edən sənədlrin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Bununla bağlı kameral vergi yoxlaması aparılaraq 2019-cu il mənfəət vergisi bəyannaməsi üzrə 2828.52 manat kameral qaydada vergi məbləği hesablanmış və vergi ödəyicisinə qərar göndərilmişdir. İş materiallarına əlavə edilmiş : -Azərvaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. -xx xxxx 2020-ci il tarixli **********701700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, iddiaçı tərəfindən 2019-cu il üçün mənfəət vergisi xx xxxxxx 2020-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. -xx xxx 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixdə 2019cu ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsinə əlavə etmişdir. -xx.xx.2020-ci il tarixli ərizəyə əlavə edilmiş təhvil-təslim aktından görünür ki, “xxxxx” MMC tərəfindən bir ədədi 34.92 manat olmaqla, 14142.60 manat dəyərində 405 ədəd həyət üçün zibil qutuları İddiaçı MMC-yə təhvil verilmişdir. -xx.xx.2020-ci il tarixli ərizəyə əlavə edilmiş bank ödəniş tapşırığından görünür ki, xx.xx.2019-cu il tarixdə iddiaçı MMC tərəfindən “xxxxx” MMC-nin hesabına 13968 manat məbləğində ödəniş edilmişdir. -xx xxxx 2020-ci il tarixli **********919600 saylı qərardan görünür ki, 2019-cu ilin mənfəət vergisi kimi iddiaçıya 2788.71 manat vergi borcu hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göstərilən Məcəllənin 37.2-1-ci maddəsinin tələblərinə görə kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. İlk növbədə qeyd olunmalıdır ki, qanunvericilik vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq vergi yoxlamasının müddətini Vergi Məcəlləsinin 37.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müdətdə icra olunmalıdır. Həmin müddətdən kənar aparılan vergi yoxlaması və onun nəticələri qanuni sayıla bilməz. Kameral vergi yoxlaması üçün xəruri olan sənədlərin (məlumatların) tələb edilməsi kameral vergi yoxlaması üzrə vergi orqanının tətbiq etdiyi tədbirlərə aiddir və həmin ədbir də qanunla müəyyən edilmiş 30 günlük müddət çərçivəsində icra olunmalıdır. Kameral vergi yoxlamasının keçirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra vergi orqanı vergi ödəyicisindən kameral vergi yoxlamasının məqsədləri üçün sənəd (məlumat) tələb etməkdə haqlı deyildir. Cavabdehin göstərilən bəyannamənin təqdim olunduğu gündən 30 gün müddətində iddiaçının fəaliyyətini kameral qaydada yoxlamaq imkanının olmasına baxmayaraq cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin yoxlamanı keçirməmiş, bəyannamə təqdim edildikdən ən azı bir aydan sonra iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, kameral vergi yoxlaması zamanı vergi orqanının “Vergilərin hesablanması barədə” qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyinə görə qanuni hesab edilməməli və ləğv edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 59-cu maddələrinin tələblərinə uyğun tərtib edilməmiş, habelə həmin Məcəllənin 61.1-ci və 61.2-ci maddələrinin tələblərinə uyğun əsaslandırılmamışdır. Belə ki, həmin Qanunun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Göstərilən Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə əsasən yazı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Mübahisələndirilən qərarda isə yalnız təqdim edilmiş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlvə vergi məbləğinin hesablandığı qeyd edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə sadalanan hüquq normalarını əsas tutaraq belə qənatə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********919600 saylı qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1050/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1050/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver