Məhkəmə qərarları › İş №2-1(118)-1053/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1053/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1053/2020 25.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Dövlət X4 Sumqayıt şəhər şöbəsinə qarşı “işlədiyi dövrlərə dair arayışlarına əsasən ona İ qrup əlil kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1959-ci il tarixdə Şəmkir rayonun Engelskənd kəndində anadan olmuşdur. xx.xx.1975-ci il tarixdən xx.xx.1976-ci il tarixə qədər Peşə Məktəbində təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Azərbaycan Sənaye Təsərrüfatı Tikinti Nazirliyində 3-cü dərəcəli suvaqçı işləmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 4-cü dərəcəli suvaqçı işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək 2-ci prup əlilliklə işdən çıxmışdır. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 4-cü dərəcəli suvaqçı işləmişdir. xx.xx.1986-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 5-ci dərəcəli suvaqçı işləmişdir. Beləliklə, onun 15 il 17 gün ümumi əmək stajı vardır.Bundan başqa ona Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X1 tərəfindən mənə 1 -ci (birinci) qrup əlillik dərəcəsi verilmişdir. O DSMF-nin Sumqayıt şəhər şöbəsinə əlilliyə görə əmək pesiyasının təyin edilməsi üçün müraciət etmiş, lakin, DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********7 saylı məktubla onun xahişini təmin etməkdən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmiş və iddia tələbinə dair etirazını bildirməmişdir. Qanunvericiliyin təlləbləri baxımından məhkəmə inzibati işə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümükün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Sumqayıt şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 saylı imtina məktubu, TSEK-in xx.xx.2019-cu il tarixli arayışı, ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti, xx.xx.1976-cı il tarixli 199 nömrəli Attestatın surəti, hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının az olması səbəbindən əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə xx xxxxxx 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı xx.xx.1975-ci il tarixdən xx xxxx 1976-cı ilədək Peşə məktəbində təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətlərinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının Peşə məktəbində təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.9-cü bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X1 tərəfindən verilən xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2019cu il tarixindən İ qrup əlildir. Məhkəmə hesab edir ki, iddiaçının tam fəaliyyət qabiliyyətli dövründə işlədiyi illər onun sosial stajına daxil edilərək ona İ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi qanunauyğundur. Çünki, “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 21.2.4-cü maddəsinə əsasən 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada işlədiyi müddətlər İ dərəcə əlilliyi olan şəxsin sosial sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmək Kitabçasına əsasən İddiaçı əmək stajı 15 il 10 aydan çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2019-cu ildə İ qrup əlilə əmək pensiyası təyin edilməsi üçün tələb edilən yaş həddi 60 il və lazım olan sosial sığorta stajı 15 il təşkil edir. İddiaçı İ qrup əlil olması və 15 ildən çox sosial sığortası olduğuna görə ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun tələblərinə görə Əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı Əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi illəri, təhsil müddətini və hərbi xidmət müddətlərini sosial sığorta stajına daxil edilərək, ona hüququn yarandığı, yəni İ qrup əlilliyə çıxdığı vaxtdan xx.xx.2019-cu ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi illəri, təhsil müddətini və hərbi xidmət müddətlərini sosial sığorta stajına daxil edilərək, ona İ qrup əlilliyə çıxdığı vaxtdan xx.xx.2019-cu ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar