Məhkəmə qərarları › İş №2-1(118)-1054/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1054/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1054/2021 31.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və X2 məxsus olan ünvan 1 ünvanından qeydiyyatından çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququna əsasən iddiaçıya məxsusdur. Həmin evə dair Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı Sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Reyestr N-31583 və İnventar iş N-4765 saylı Qeydiyyat Vəsiqəsi (Çıxarış) almışam. X11 evin ona məxsus olması və evə dair bütün xüsusatlar göstərilmişdir. Həmin ev onun xüsusi mülkiyyətindədir. Lakin sonradan bir nəfər dostluq etdiyi yaxın tanışı ondan xahiş edərək qardaşı arvadı X3 mülkiyyətində olan evə qeydiyyata salmağını xahiş etdi. O, iddiaçıya demiş ki, bu qeydiyyat müvəqqətidir və tezliklə yer tapıb qardaşı arvadını qeydiyyatdan çıxardacaqdır. İddiaçı onun sözünə inanıb onun qardaşı arvadının iddiaçının mülkiyyətində olan evə qeydiyyata düşməsinə razılıq verdmişdir. Hal-hazırda həmin şəxs, yəni X4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evdə qeydiyyatdadır. Bu şəxsin onun evinə qeydiyyata düşməsinə vaxtı ilə iddiaçı razılıq vermişdir. Bu şərtlə ki, başqa yer tapıb tezliklə onun evindən qeydiyyatdan çıxsın. Lakin xeyli vaxt keçməsinə baxmayaraq həmin şəxs ona məxsus evdən hələdə qeydiyyatdan çıxmamışdır. Onun olduğu yeri və telefon əlaqələrini də bilmir. Eşitdiyinə görə Rusiya Federativ Respublikasında yaşayır. Həmin şəxs onun mülkiyyətində olan evdə yaşamamış və bu gündə yaşamır. Onun iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması formal xarakter daşıyır və etibarsızdır. X1 evində qeydiyyatda qalması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, iddiaçı onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də, onun mənzilində qeydiyyatda qalması iddiaçının həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Hal-hazırda həmin mənzillə bağlı müəyyən hüquqi hərəkətlər etmək istəsə də həmin şəxsin orada qeydiyyatda olması onun üçün əlavə problemlər yaradır Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Reyestr N-31583 və İnventar iş N-4765 saylı Qeydiyyat Vəsiqəsinin surəti, texniki pasportun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırki iddia tələbi üzrə 3-cü şəxs-X10 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır və faktitki olaraq Rusiya Federasiyasında yaşayır. Belə ki, iddiaçının inzibati orqanda verdiyi razılıq ərizəsi əsasında 3-cü şəxs ona məxsus olan mənzilə 30.12.2008-ci il tarixdə pasport qeydiyyatına düşmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs-X5 Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 11-ci küçə, 181 saylı evin üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. 3-cü şəxs-X5 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 11-ci küçə, 181 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinə üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar