Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1054/2022 11.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 6/173 saylı, 19.01.2022-ci il tarixli razılığı ilə mülkiyyətində olan torpaq sahəsində inşa edilən 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin mərtəbələrinin sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsi, bununla bağlı sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 6/173 saylı, 19.01.2022-ci il tarixli razılığı ilə mülkiyyətində olan torpaq sahəsində inşa edilən 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin mərtəbələrinin sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsi, bununla bağlı sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-in 4 saylı Abşeron rayon Ərazi İdarəsinin 16.07.2019-cu il tarixli, ********** saylı qeydiyyatına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətçisidir. Eyni zamanda DƏDRX-in 4 saylı Abşeron rayon Ərazi İdarəsinin 16.09.2020-ci il tarixli, ********** saylı qeydiyyatına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətçisidir. Bununla yanaşı onun torpaq sahəsinə bitişik 0,22 ha torpaq sahəsi atası X1 məxsusdur və həmin torpaq sahəsini də o, istifadə etmək üçün iddiaçıya verib, ərazidə hər hansı iş görməyinə etiraz etmir. Bütün bunları nəzərə alıb, mülkiyyətində olan həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün Cavabdehnə müraciət etmiş, cavabdehin 1/6/659 saylı, 11.03.2021-ci il tarixli razılığı ilə mülkiyyətində olan sahədə 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra iddiaçı tikinti işlərinə başlamış və qeyd edilən 3 mərtəbəni inşa etmişdir. Daha sonra iddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək 3 mərtəbəli yaşayış evinin mərtəbə sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Cavabdehin 6/173 saylı, 19.01.2022-ci il tarixli cavabında göstərilmişdir ki, “qaldırdığı məsələ rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir və tikintisi nəzərdə tutulan binanın Arxitektura və Şəhərsalma Komitəsindən uyğunluq rəyi rayon İcra Hakimiyyətinə daxil olduqdan sonra müraciətimə baxılacaqdır”. cavabdehin 6/173 saylı, 19.01.2022-ci il tarixli cavabını əsassız hesab edir. Belə ki, başqa bir bəhanə tapılmadığı üçün imtina cavabında hər hansı tutarlı səbəb göstərilməmişdir. Yuxarıda qeyd edilən və istifadəsində olan ərazi kifayət qədər geniş olduğu, şəhərsalma tələblərinə cavab verdiyi üçün orada standartlara uyğun infrastruktur və şəraitin yaradılması mümkündür. Şəhərsalma qanunvericiliyinə əsasən həmin ərazi hətta 16 mərtəbəli yaşayış evinin tikintisinə imkan verir. Bu səbəbdən cavabdehin imtina cavabı absurddur. Rayon İcra Hakimiyyəti qaldırdığı məsələnin onun səlahiyyətləri xaricində olması ilə bağlı hər hansı mötəbər sənədə və məsələnin Arxitektura və Şəhərsalma Komitəsi ilə hansı əlaqəsinin olmasını mötəbər sənədə istinad etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından tikintisinə razılıq tələb edilən əmlakın eskiz lahiyəsi və həmin tikilin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququ haqqında sənəd Cavabdehnə təqdim edildikdən sonra tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikasının Arxitektura və Şəhərsalma Komitəsindən uyğunluq rəyi alındlqdan sonra rayon icra hakimiyyəti tərəfindən müvafiq tikiliyə razılıq verilməsinə baxılması mükün olur. Hazırkı iddia tələbi üzrə iddiaçı qanunvericiliyin tələblərinə əməl etmədən birbaşa Cavabdeh tərəfindən həmin tikiliyə razılığın verilməsini tələb edir. Bu səbəbdən də cavabdehin nümayəndəsi iddiaçının iddia tələbini mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il № 695 saylı Fərmanının 4.7-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin birinci cümləsində qeyd olunan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Bakı şəhəri istisna olunmaqla digər inzibati ərazilərdə yerli icra hakimiyyətləri həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsanamənin 8.20-3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək Komitənin vəzifəsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.5.1-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini təmin edir. Göründüyü kimi 2018-ci ilin dekabr ayından sonra respublika ərazisində aparılan tikililərin qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməsi, o cümlədən inşa edilən tikililərə aid olan sənədlərin tələblərə uyğunluğunun müəyyən edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Hazırkı, iddia tələbinə əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçıya qeyriyaşayış binasının əlavə mərtəbələrin inşası üçün Cavabdehnə müraciəti cavabdeh qurumun səlahiyətləri çərçivəsində olmadığına görə 6/173 saylı, 19.01.2022-ci il tarixli məktubu ilə müraciəti təmin edilməmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasınının mərtəbələrinin sayının artırılması və müvafiq uyğunluq rəyinin verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Yəni müvafiq uyğunluq rəyinin razılaşdırılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aiddir ki, bu səbəbdən də Cavabdeh iddiaya cavab verməli olmadığına görə ona qarşı verilmiş iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 6/173 saylı, 19.01.2022-ci il tarixli razılığı ilə mülkiyyətində olan torpaq sahəsində inşa edilən 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin mərtəbələrinin sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsi, bununla bağlı sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1054/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1054/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver