Məhkəmə qərarları › İş №2-1(118)-1056/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1056/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1056/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "xxxx" X6 Cəmiyyətinə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 2 mərtəbəli köhnə mehmanxana binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X6 Cəmiyyətinə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 2 mərtəbəli köhnə mehmanxana binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X6 Cəmiyyətinə məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 2 mərtəbəli köhnə mehmanxana binası 10 iyul 2000-ci il tarixdə İddiaçı 19 500 000 manata satılmışdır. İddiaçı əmlakın dəyərini tam şəkildə ödəmiş və uzun illərdir ki, həmin bina onun faktiki sahibliyində və istifadəsindədir. İddiaçı qeyd edilən əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh özünün 19 yanvar 2022-ci il tarixli **********50 saylı cavab məktubu ilə hüquqlarının qeydə alınmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, guya əmlak iddiaçıya satılarkən əmlakın inventarizasiyası və qiymətləndirilməsi həyata keçirilməmişdir. Halbuki, cavabdehə müraciət edərkən təqdim edilən sənədlərdən də aydın görünür ki, əmlak iddiaçıya satılarkən tərəflər əmlakın dəyəri ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Bundan başqa cavabdeh öz imtina məktubunda “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin 144.1ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddi hüquq normalarına istinad etməklə iddiaçının müraciətinə imtina verilməsi tamamilə əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Ərazi idarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon H.Məmmədov adına təsərrüfatın balansında olmuş mehmanxana binasının inventarlaşdırılması və qiymətləndirilməsi aparılmadan borc əvəzinə "xxxx" X6 Cəmiyyətinə verilmişdir. Həmin əmlakın üzərində müəssisənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan 10 iyul 2000-ci il tarixdə tərtib olunmuş akt əsasında iddiaçıya satılmışdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin balansında olan əmlaklar onların inventarlaşdırılması və qiymətləndirilməsi aparıldıqdan sonra bölgüyə və ya satışa çıxarıla bilərdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144,1. Daşınmaz əmlakın dövlət leyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən mehmanxana binasının alqı-satqısına dair hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün İddiaçı müraciətinin icrası mümkün olmamışdır. İş materiallarında olan : - Şamaxı rayonu N.Məmmədov adına təsərrüfat yerli AİK və "xxxx" ATSC tərəfindən tərəfindən tərtib edilmiş 08 iyun 2000-ci il tarixli aktdan görünür ki, 1965-ci ildə tikilmiş bərpa dəyəri 160.000.000 manat olan və 34 il istifadə edildiyi üçün faktiki köhnəlməsi 88 faiz təşkil edən, qalıq dəyəri 19.500.000 manat təşkil edən “Yeməkxana və mehmanxana” adlanan bina təsərrüfatın ATSC-yə olan kredit borcu hesabına verilmişdir. - "xxxx" ATSC və X2 tərəfindənm imzalanmış 10 iyul 2000-ci il tarixli aktdan görünür ki, "xxxx" ATSC Şamaxı rayon H.Məmmədov adına təsərrüfatdan borc əvəzinə götürdüyü iki mərtəbəli dəyəri 19.500.000 manat olan mehmanxana binasını İddiaçı satmışdır. -xx.xx.2000-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Şamaxı Təchizat ATSC–nin hesabına mehmanxana binaının satışına görə 19.500.000 manat ödəmişdir. -Şamaxı rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şamaxı rayon N.Məmmədov adına Kənd təsərrüfatı istehsal kooperativinin X5 komissiyasının sənədlərində 08 iyun 2000-ci il tarixli akt aşkar olunmamışdır. - DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 19 yanvar 2022-ci il tarixli **********50 saylı bildirişdən görünür ki, Şamaxı Rayon H.Məmmədov adına təsərrüfatın balansında olmuş mehmanxana binasının inventarlaşdırılması və qiymətləndirilməsi aparılmadan iddiaçıya satılmışdır. Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən köhnə mehmanxana binasına dair ilkin sənədlər qanunamüvafiq qaydada tərtib edilmədiyi üçün müraciətin icrasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən mehmanxana binası Şamaxı rayon H.Məmmədov adına tsərrüfatın balansında olmuş, torpaq islahatları aparılan zaman həmin əmlak təsərrüfatın yerli aqrar-islahat komissiası tərəfindən borc əvəzinə "xxxx" ATSC-yə verilmişdir. Daha sonra həmin bina "xxxx" ATSC tərəfindən 10 iyul 2000-ci il tarixli akta əsasən İddiaçı satılmışdır. Hazırda Nümayəndə mehmanxana binası üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Cavabdeh inzibati orqan isə əmlakın inventarizasiya və qiymətləndirilməsi aparılmadan və qanunvericiliklə müəyyən edilmiş qaydaya riayət edilmədən iddiaçıya satılmaması səbəbindən imtina cavabı vermişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə əmlakın sahibi əmlak üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onun üzərində sərəncam vermək hüququna malik olur. Hazlrki iş üzrə isə müəyyən edildi ki, əmlakın satıcısı olan "xxxx" ATSCdaşınmaz əmlakı İddiaçı satarkən onun həmin əmlak üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh propekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar