Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1057/2022 07.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1, mənzil 115-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı ünvan 1 ünvanında yerləşən 60 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, ünvanında yerləşən 60 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A ünvanında yerləşən 60 nömrəli mənzil Sumqayıt ZDS İK Sumqayıt şəhər Mənzildəyişmə Bürosu tərəfindən verilmiş 1610 saylı xx.xx.1980-ci il tarixli orderə əsasən iddiaçının mərhum X1na ayrılmışdır. Həmin vaxtdan sözügedən mənzildə anası və qardaşları ilə birlikdə uzun müddət yaşamışdır. X1 11 noyabr 1992-ci il, qardaşı X8 isə 11 noyabr 2015-cı ildə vəfat etmişdir. Hazırki mənzilin miras əmlakın tərkib hissəsi kimi çıxış edə bilməsi üçün mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yaranmışdır. Mənzil üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməməsi istər əmlak, istərsə də digər hüquqlarınn, xüsusilə də vərəsəlik hüququnun həyata keçirilməsində maneə yaranmışdır. İddiaçı zəruri sənədləri təqdim etməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli, **********24 saylı cavab məktubu ilə mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, aparılan araşdırma zamanı ünvan 3 ünvanında yerləşən 60 saylı mənzilə dair təqdim edilmiş 1610 nömrəli orderin arxiv əsasları ilə bağlı Milli Arxiv İdarəsinə, Sumqayıt səhər Dövlət Arxivinə və Abşeron rayon Dövlət Arxivinə rəsmi sorğular ünvanlanmışdır. Lakin cavab olaraq X5 mənzil verilməsi barədə məlumat aşkarlanmadığı bildirilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan: - Sumqayıt şəhər ZDS İK Sumqayıt şəhər Mənzil İdarəsinin Mənzillərin dəyişmə bürosu tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli, 1610 saylı orderdən görünür ki, mənzildəyişmə bürosunun komissiyasının xx.xx.1980-ci il tarixli 39 saylı qərarına əsasən X4 ayrılmış Sumqayıt şəhəri, 29-cu məhəllə, 20/2 saylı evdə yerləşən 8 saylı mənzil X7 ayrılmış Xırdalan qəsəbəsi, 27-ci məhəllə, ev 1A ünvanında yerləşən 60 nömrəli ümumi sahəsi 30.5 kv m olan mənzildə dəyişdirilmişdir. -AZ-İ № 594292 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1992-ci ildə vəfat etmişdir. -AZ-İ № 777128 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 11 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 5 ünvanda yerləşən 8 saylı mənzil Sumqayıt şəhər 2-ci dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1994-cü il tarixli, 3M4/648 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında X3 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir.Sumqayıt şəhər 1-ci dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1994cü il tarixli, ЗМ-1018 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X9 mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir.Sonradan, xx.xx.2012-ci il tarixdə X9 idarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi çıxarışla əvəzlənərək xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2016-cı il tarixli, 4Ə-23 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil X2 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2016-cı ıl tarixli, 4Ə-135 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X6 adına qeydiyyata alınaraq xx.xx.2016cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş Sumqayıt Dövlət Arxivinin 21 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına 29.09. 2021-ci il tarixində daxil olmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/1797 saylı və **********624 saylı xx.xx.2021-ci il tarixli sorğularınıza cavab olaraq bildiririk ki, Sumqayıt şəhər XDS İK-nın xx.xx.1980-cı tarixli 59 saylı protokolu mövcud deyildir. Sumqayıt şəhər ZDS İK-nin 1980-ci ilin oktyabr, noyabr və dekabr aylarına dair iclas protokollarına baxılmış, vətəndaş X4 mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun : -1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mərhum X1na Sumqayıt şəhəri, 29-cu məhəllə 20/2 saylı evdə yerləşən iki otaqlı 8 saylı mənzil ayrılmışdır. Sumqayıt şəhər Mənzil İdarəsi Mnzildəyişmə bürosu komissiyasının xx.xx.1980-ci il tarixli 39 saylı qərarı ilə həmin mənzil X7 ayrılmış Xırdalan qəsəbəsi, 27-ci məhəllə, 1a saylı evdə yerləşən iki otaqlı 60 saylı mənzillə dəyişdirilmiş və S.Aslanovaya 1610 saylı xx.xx.1980-ci il ytarixli order verilmişdir. Məhkəmə qeyd edir ki, mərhum S.Aslanova məznili qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmişdir. Hazırda həmin mənzildə yalnız mərhumun oğlu İddiaçı qeydiyyatdadır. Məhkəmə hesab edir ki,iddiaçının həmin mənzili qanunla tanınmış özəlləşdirmək hüququ vardır. Cavabdeh dəfələrlə iddiaçıya müxtəlif məzmulu imtina bildirişləri vermişdir. Belə ki, bəzi cavablarında təqdim edilmiş orderin oxunaqlı vəziyyətdə olmadığını, bəzilərində isə mənzilin ayrılmasının arxiv əsaslarının aşkar olunmadığını bildirmişdir. Halbuki, orderin həm əsli, həm də kserosurətləri aydın və oxunaqlı vəziyyətdədir. Arxiv əsaslarının aşkar edilməsi ilə bağlı məhkəmə qeyd edir ki,Sumqayıt şəhər Mənzil İdarəsinin Mənzildəyişmə komissiyasının xx.xx.1980-ci il tarixli 39 saylı qərarı aşkar edilməsə də, digər mənzil, yəni mənzildəyişmə nəticəsində X3 əldə etdiyi mənzilin özəlləşdirmə sənədlərindən orderin həqiqi olduğu, həmin mənzlin artıq özəlləşdirildiyi və dəfələrlə özgəninkiləşdirçəyə məruz qaldığını müəyyən etmək mümkündür. Məhkəmə hesab edir ki, iddiaçının mənzil üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. “İnzibati icraat haqqında” Qanunun : -16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -17-ci maddəsinə görə Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, ünvanında yerləşən 60 nömrəli mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A, ünvanında yerləşən 60 nömrəli mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1057/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1057/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver