Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1058/2021 03.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı Qusar rayonu Quxuroba bələdiyyəsinin sədri X2 iştirakı ilə, İddiaçı Qusar rayonu Quxuroba bələdiyyəsinin cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddiaçının Yasaboba kəndi ərazisində olan 90 ha örüş sahələıri barədə X4 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qusar rayonu Quxuroba bələdiyyəsi cavabdehlər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinəvə X4 daşınmaz ımlakın dövltə reyestrindən çıxarışların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh qismində DƏDRX-nin 5 saykl Xaçmaz Ərazi İdarəsinni saxlanılması, X1 3-xü şəxs qismində cəlb edilməsi və iddiaçının Yasaboba kəndi ərazisində olan 90 ha örüş sahələıri barədə X4 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bələdiyyənin heç bir qərarı və razılığı olmadan Yasaboba kəndində iddiaçının mülkiyyətində olan 162 ha kollu örüş sahələrinin 90.0 ha torpaq sahəsi X1 mülkiyyətinə keçmişdir. Verilmiş çıxarışların qanunsuz olması səbəbi ilə həmin çıxarışların ləğv edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı bələdiyyənin sədri N.İsmayılov iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədn xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin və üşüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bələdiyyənin sədrinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı mülkiyyət hüququnun təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindənşıxarışların lığv edilməsini tələb edir. Məhkəmənin sorğusuna əldə edilmiş sənədlərdən müəyyən edildi ki, sözügedən ərazidə torpaq sa hələri vətəndaşlar və X5 arasında bağlanmış alqı-satqı və bağışlama müqavilələrinin əsasında X1 mülkiyyətinə keçmişdir. Həmin əqdlər mülki-hüquqi xarakterli olduğundan, yəni mülki hüquq münasibətlərindən yarandığından inzibati məhkəmə icraatının predmeti deyildir və ümumi məhkəmədə mübahisələndirilməlidir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Qusar rayonu Quxuroba bələdiyyəsinin cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddiaçının Yasaboba kəndi ərazisində olan 90 ha örüş sahələıri barədə X4 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1058/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1058/2021
03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver