Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-106/2020 27.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Quba rayonu Talabıqışlaq bələdiyyəsinə qarşı İddiaçı MMC-nin barəsində Talabıqışlaq bələdiyyəsinin xx xxxx 2019-cu il tarixdə və xx xxxx 2019-cu il tarixdə tərtib etdiyi protokol və protokolların 10 və 11 saylı qərarlarının ləğv edilməsi və əsassız hesablanmış 654.435 manat məbləğində mədən vergisinin silinməsinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC Quba rayonu Talabıqışlaq bələdiyyəsinə qarşı iddia qaldıraraq İddiaçı MMC-nin barəsində Talabıqışlaq bələdiyyəsinin xx xxxx 2019-cu il tarixdə və xx xxxx 2019cu il tarixdə tərtib etdiyi protokol və protokolların 10 və 11 saylı qərarlarının ləğv edilməsi və əsassız hesablanmış 654.435 manat məbləğində mədən vergisinin silinməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Talabıqışlaq Bələdiyyəsinin sədri X5 İddiaçı MMC-yə xx xxxx 2019-cu il tarixli 59 saylı məktubla müraciət edərək xx.xx.2019-cu il tarixə guya İddiaçı MMC-nin 654 435.00 manat mədən vergisi borcu yarandığını bildirmişdir. Məktubda xx xxxx 2019-cu il tarixli və xx xxxx 2019-cu il tarixli iclas protokollarına istinad olunaraq İddiaçı MMC-nin Talabıqışlaq bələdiyyəsinə olan mədən vergisi borcu barədə məsələlərə baxıldığı və qərarlar qəbul edildiyi və həmin 10, 11 saylı qərarları MMC-yə göndərildiyini bildirmiş və MMC-nin Talabıqışlaq bələdiyyəsinə olan mədən vergisi borcunu bələdiyyənin “Azərpoçt” Quba filialındakı xüsusi hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir. xx xxxx 2019-cu il tarixdə və xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş Protokol və protokolların 10 və 11 saylı Qərarları əsassız və qanunsuzdur. Belə ki, yuxarıda qeyd edilən xx xxxx 2019-cu il tarixli protokolun 10 saylı qərarında Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)- 119/2018 saylı hökmü əsasında təqdim edilmiş sənədlər və materiallar nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, 8 ay müddətində yaranmış 140 000,00 manat mədən vergisinin və həmin vergiyə görə hesablanmış digər vergi borcu ilə birlikdə cəmi 630 000,00 manat məbləğində borcun Vergi Məcəlləsinin 57,1, 59.1, və 59,2-ci maddələrinə uyğun olaraq 2017-ci ilin oktyabr ayında 2018-ci ilin iyun ayınadək 8 ay ərzində MMC tərəfindən bələdiyyə büdcəsinə faiz, maliyyə sanksiyası nəzərə alınmaqla 141 440,00 manat məbləğində mədən vergisi borcunu 10 gün müddətində ödənilməli olduğu bildirilmişdir. Bildirirlər ki, Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmü X2 barəsindədir. Həmin qərar əsas götürülərək MMC barəsində 2017-ci ilin oktyabr ayında 2018-ci ilin iyun ayınadək 8 ay ərzində mədən vergisi olaraq 141 440,00 manat məbləğində mədən vergisi borcu tələb edilə bilməz. Bundan başqa qeyd edilən qərarda digər vergi borcu ilə birlikdə cəmi 630 000,00 manat məbləğində borcun olduğundan bəhs edilir. Bu borc nə borcdur və nə zaman yaranıb o barədə qərarda bəhs edilmir. Bundan başqa bələdiyyənin xx xxxx 2019-cu il tarixli protokolunun 11 saylı qərarında da eyni qayda olaraq Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)- 119/2018 saylı hökmü əsas götürülərək 8 ay müddətində yaranmış 140 000,00 manat mədən vergisinin hesablandığını nəzərə alaraq hesablama aparıldığı təqdirdə MMC-nin son 3 il ərzində (36 ay) 63 000 m3 yəni 1 aya istehsal olunduğu 17500 m3-i (140000\8 ay) 36 aya vurulsa (17500 m3 x36 ay) 63 000 m3 istehsal edildiyini əsas gətirilmiş və nəticədə qalıq borc olaraq 630 000,00 faiz borcu olaraq 22 995,00 manat, maliyyə sanksiyası olaraq 1440 manat cəmi 654 435,00 manat məbləğində mədən vergisi ödənilməli olduğu bildirilmişdir. Hesab edirik ki, bələdiyyənin bu cür fərziyə ilə hesab aparması hər hansı bir əsasa o cümlədən qanunvericiliyə söykənmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il tarixli göstərişi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin “sənədlərin qüvvədə olması müddətinin dayandırılması”na dair xx xxxxxxx 2017-ci tarixli 01 l/ü saylı əmrinə əsasən MMC-nin ərazidə fəaliyyət göstərməsi rəsmi olaraq dayandırılmışdır. Cəmiyyətin fəaliyyəti olmadığından, fəaliyyəti rəsmən dayandırıldığı, bələdiyyəyə hər-hansı bir hesabat təqdim edilmədiyi halda Talabıqışlaq bələdiyyəsinin hansı əsaslarla və meyarlarla görə MMC-yə necə üç illik hesabat aparıla və mədən vergisi olaraq 654 435,00 manat hesablana bilər? Qeyd edilənlərdən göründüyü kimi Talabıqışlaq bələdiyyəsi mənbəyi bəlli olmayan məlumatlara istinad edərək, əsassız yerə hesablanmış həmin məbləğin bələdiyyənin hesabına köçürülmədiyini qeyd etmişdir. Talabıqışlaq bələdiyyəsinin hesablanmış mədən vergisinin qanunvericiliklə hansı qaydada aparılması barədə məlumatının olmamasından xəbər verir. Belə ki, Vergi Məcəlləsinin 50-1.1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə- material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqışı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqışı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqışı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Göründüyü kimi Talabıqışlaq bələdiyyəsi xx xxxx 2019-cu il tarixdə və xx xxxx 2019cu il tarixdə tərtib edilmiş Protokol və protokolların 10 və 11 saylı Qərarlarında bələdiyyə tərəfindən yuxarıda qeyd edilmiş vergi məcəlləsinin tələblərindən irəli gələn hərhansı bir rəsmiləşdirilmə aparılmamışdır. Talabıqışlaq bələdiyyəsi işin ədalətli araşdırılmasının tərəfdarı olsaydı onda ona məlum olardı ki, MMC-nin xx xxxxxxx 2017-ci ilə qədər və həmin ildən sonra rəsmi olaraq həmin daş-çınqıl karxanasında hər-hansı bir fəaliyyəti olmamışdır. Bundan başqa Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanunun 6.0.2,-ci maddəsinə əsasən bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) mədən vergisi tutula bilər. Hazırkı halda MMC-nin bələdiyyənin ərazisindən hər-hansı bir məhsul hasil etmədiyi və satış həyata keçirtmədiyi üçün Bələdiyyənin göstərdiyi kimi mədən vergisi hesablana bilməz. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Göründüyü kimi Talabıqışlaq bələdiyyəsinin vergi xidməti orqanı “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq vergi və digər qanunvericilik pozuntuları barədə AKT tərtib etməli olduğu və həmin aktın bir nüsxəsini bələdiyyənin sədrinə (yaxud onun müavininə), digər nüsxəsi isə iddiaçıya təqdim etməli olduğu halda bunları etməmişdir. Bunlar azmış kimi, Talabıqışlaq bələdiyyəsi qanunvericiliyin tələbinə əməl etməyərək əsasız yerə hesablamış olduğu məbləğin əldə olunmasına nail olmaq istəyir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 2.2-ci bəndinə əsasən ərazi, maliyyə imkanları, yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin sayı və digər meyarlardan asılı olaraq bir neçə bələdiyyə saziş əsasında onlara xidmət göstərən vergi xidməti orqanı yarada bilər. Talabıqışlaq bələdiyyəsinin qeyd edilən qərarından çıxarışda bələdiyyənin hansı statusdan çıxış etməsi və hansı əsasa görə mədən vergisinin hesablanması iddiaçıya aydın olmamışdır. Belə ki, xx xxx 2019- cu il tarixli 06 qərarda Talabıqışlaq bələdiyyəsinin vergi xidməti orqanı olduğu qeyd edilməmişdir. Həmin əsasnamənin 3.1.1-ci bəndinə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir. Həmin əsasnamənin 3.1.2-ci bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlara müəyyən edilmiş qaydada alınmasını təmin edir. Həmin əsasnamənin 5.1-ci bəndinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Həmin əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunlarının konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Həmin əsasnamənin 5.4-cü bəndinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Həmin əsasnamənin 5.5-ci bəndinə əsasən ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzürlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Həmin əsasnamənin 5.6-cı bəndinə əsasən Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin tələbindən də göründüyü kimi bələdiyyə sədri, onun müavinləri və ya üzvləri tərəfindən qərar qəbul edilməsi və ya hər-hansı akt qəbul edilməsi göstərilməmişdir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.10-cu bəndinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda bələdiyyə qulluğunda işləyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. Qanun tələbindən də göründüyü kimi yerli vergi ödənişlərinin yığılmasına və istifadəsinə nəzarət orqanların konkret dairəsi müəyyənləşdirilmişdir. Burda bələdiyyə sədri onun müavini və digər üzvlərinin vergilərin yığılması ilə bağlı hüquqları müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi Talabıqışlaq bələdiyyəsi tərəfindən tərtib edilən xx xxxx 2019-cu il tarixli və xx xxxx 2019-cu il tarixli edilmiş Protokol və protokolların 10 və 11 saylı Qərarları ləğv edilməli və Cəmiyyətimizdən tələb edilən əsassız yaradılmış 654 435,00 (altı yüz əlli dörd min dörd yüz otuz beş) manat məbləğində mədən vergisi silinməlidir. Talabıqışlaq bələdiyyəsinin xx xxxx 2019-cu il tarixdə və xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş 10 və 11 saylı Qərarları xx xxxx 2019-cu il tarixdə əldə edə bilmişlər. İddiaçının nümayəndəsi və vəkili X14 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Talabıqışlaq bələdiyyəsi iddiaçı "İddiaçı" MMC-nin Quba rayonu Talabıqışlaq bələdiyyəsinə qarşı vermiş olduğu iddia ərizəsini tamamilə əsassız hesab edir. Onların guya Talabıqışlaq bələdiyyəsinin xx xxxx 2019- cu il və xx xxxx 2019-cu il tarixli iclas protokollarında qəbul edilmiş 10 və 11 saylı qərarlarını əsassız hesab etmələri, həmin akt və qərara əsasən "İddiaçı" MMC-dən 654435.00 (altı yüz əlli dörd min dörd yüz otuz beş ) mədən vergisi tələb olunmasını qanunsuz və əsassız hesab etmələri doğru deyildir. "İddiaçı" MMC Talabıqışlaq bələdiyyəsi ərazisində 2011-ci ilin iyul ayından fəaliyyət göstərir. Dəfələrlə "İddiaçı" MMC-nin həm baş İdarəsinə, həm də ərazilərindəki daş-çınqıl karxanasının rəhbərliyinə hər ay üçün torpaq və mədən vergisi verməli olduqları barədə, çaydan götürülmüş hər kub xammal üçün 2015-ci ilin dekabr ayının 31-nə kimi 0,5 manat, 2015-ci ildən hal-hazıra kimi isə çaydan götürülmüş xammalın hər kubuna 1,0 manat mədən vergisi ödəməli olmaları barədə məlumat verilmişdir. Bütün vergi ödəyiciləri kimi "İddiaçı" MMC üçün də vergi hesabat dövrü təqvim ayıdır. Hesabat ayı üçün isə mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-sindən gec olmayaraq ödənilməlidir. Mədən vergisi ödəyicisi, yəni "İddiaçı" MMC vergi bəyannaməsini hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yəni yerli bələdiyyəyə təqdim etməlidir. Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir. Mədən vergisinin hesablanmamasına, vaxtında ödənilməməsinə və bəyannamələrin müəyyən edilmiş vaxtda verilməməsinə görə vergi ödəyiciləri və onların vəzifəli şəxsləri Azərbaycan Respublikası Vergilər Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Mədən vergisinin hesabatını və mədən vergisi üzrə öhdəliyin yaranmaması barədə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin, yəni bələdiyyə sədrinin (onun müavinin) qərarına əsasən maliyyə sanksiyası tədbiq edilir. Aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının, yəni bələdiyyənin qərarına əsasən maliyyə sanksiyası tədbiq edilir. Verginin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmışdırsa və yaxud gizlədilmişdirsə, habələ bələdiyyə büdcəsinə çatası vergi məbləğini hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış, gizlədilmiş və ya yayındırılmış vergi məbləğinin 50 %-i miqdarında maliyyə sanksiyası tədbiq olunur. Sərvətlərin və ya pul vəsaitinin 1000 (min ) manatdan çox məbləğdə uçotdan gizlədilməsi və ya uçota alınmamasına görə; -gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 ( min ) manatdan çox olan hissəsinə 5 % miqdarında, -il ərzində belə hallara təkrar yol verdikdə gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 ( min ) manatdan çox olan hissəsinə 10 % miqdarında maliyyə sanksiyası tədbiq edilir. Mədən vergisi üzrə Vergi Qanununda müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 %-i miqdarında faiz tutulur. Bunları dəfələrlə "İddiaçı" MMC-nin həm Bakı şəhərində olan rəhbərliyinə həm də daş-karxanasını işlədən rəhbərlərinə yazılı və şifahi qaydada bildirmişlər. "İddiaçı" MMC ərazilərində iyun 2011-ci ildən fəaliyyət göstərir xx.xx.2012-ci il tarixdə bələdiyyə tərəfindən 11 saylı məktubla, xx.xx.2012-ci ildə 38 saylı məktubla, xx.xx.2012-ci ildə 60 saylı məktubla, xx.xx.2014-cü ildə 49/2 saylı məktubla,xx.xx.2014-cü il tarixdə 70 saylı məktubla, xx.xx.2015-ci il tarixdə 8/1 saylı məktubla, xx.xx.2016-cı il tarixdə 06 saylı məktubla, xx.xx.2016-cı ildə 26 saylı məktubla, xx.xx.2017-ci ildə 14 saylı məktubla, xx.xx.2017-ci ildə 23 saylı məktubla, xx.xx.2017 -ci il tarixdə 29 saylı məktubla, xx.xx.2017-ci iltarixdə 33 saylı məktubla, xx xxxxxx 2018-ci ildə 06 saylı məktubla, xx xxx 2019-cu il taridə 28 saylı məktubla,xx.xx.2019-cu il tarixdə 34 saylı məktubla, xx.xx.2019cu il tarixdə 48 saylı məktubla, xx.xx.2019-cu il tarixdə 59 saylı məktublarla müraciət olunaraq mədən vergisini ödəməsini və bəyannamələrin verilməsini, bələdiyyə ilə üzləşmə aparılması barədə məlumatlar verilmişdir. Onlardan 2012-ci ildən hal-hazıra kimi, ümumiyyətlə Talabıqışlaq bələdiyyəsinə vergi barədə hər hansı məlumat verib-verməmələri, bələdiyyəyə mədən vergisi bəyannaməsi təqdim edib-etməmələri, bələdiyyə büdcəsinə pul ödəyib-ödəmədikləri soruşulmalıdır. Əgər belə bir şey varsa bələdiyyənin bundan xəbəri yoxdur. Varsa qoy hər hansı bir əsas təqdim etsinlər. Talabıqışlaq bələdiyyəsi mədən vergisini düz hesablamayıbsa, bəs onlar niyə vergidən yayınıb və mədən vergisini gizlədiblər? Buna görə onlar məsuliyyət daşımırlarımı? Onların fikrincə 2012-ci ildən bu günə kimi nə qədər Talabıqışlaq bələdiyyəsinə mədən vergisi ödənilməlidirlər. Ekspert dəvət olunaraq onların istifadə etdikləri çay sahəsi ölçülməli və onların nə qədər mədən vergisi ödəməli olduqları müəyyən edilməlidir. "İddiaçı" MMC iddia ərizəsində bələdiyyənin xx xxxx 2019-cu il tarixli protokolunun 11 saylı qərarında Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmü əsas götürülərək 8 ay müddətində yaranmış 140000.00 manat mədən vergisinin hesablandığını nəzərə alaraq hesablama aparıldığı təqdirdə "İddiaçı" MMC-nin son 3 il ərzində 654435.00 manat mədən vergisi ödəməli olduğu bildirilmişdir. "İddiaçı" MMC-nin bələdiyyənin bu cür fərziyə ilə hesab aparması hər hansı bir əsasa, o cümlədən qanunvericiliyə söykənmir. "İddiaçı" MMC Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmünü əsassız sayması bu özü qanunvericiliyə tabe olmamağın bariz nümunəsidir. "İddiaçı" MMC qeyd edir ki,Quba rayon məhkəməsinin 05.1.2018-ci tarixli 1(027)- 119/2018 saylı hökmü X3 barəsindədir. X3 "İddiaçı" MMC-nin Quba rayonun Talabaqışlaq bələdiyyəsi ərazisində yerləşən qum-çınqıl karxanasının sahə rəisi işləyir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi X4 və vəkili X12 və şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş və iddi ərizəsinə etirazı müdafiyə etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümükünlüyü ilə bağlı qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə aşağıdakıları qeyd etməyi vacib hesab edir. İddiaçı cavabdeh bələdiyyənin iki qərarını mübahiələndirir. Məhkəmə ilk növbədə bələdiyyənin xx xxxx 2019-cu il tarixli, 11 saylı qərarına münasibətdə qeyd edir ki, həmin qərar qanunsuz olmuşdur. Belə ki, həmin qərarla iddiaçıya əvvəlki üç il dövr üçün 654.435 manat məbləğində vergi hesablanmışdır. İddiaçı həmin dövrlərdə müəssisənin fəaliyyətinin olmadığını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı inzibati orqan tərəfindən həmin halların araşdırıldığı, müəssisənin fəaliyyətinin olub-olmaması, iddiaçının vergi öhdəliyi ilə bağlı hər hansı bir yoxlama keçirildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 2.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyələrin icra aparatının strukturunda yaradılır. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; Həmin Əsasnamənin 3.3-cü bəndinə əsasən bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriyakurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bələdiyyə üç illik dövrə görə vergi hesablayarkən Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmünü əsas götürmüş, həmin hökmlə müəyyən olunmuş 8 ay müddətində yaranmış 140000.00 manat mədən vergisinin hesablandığını nəzərə alaraq hesablama aparmışdır. Lakin Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmü ilə müəyyən edilmiş 8 aylıq müddətdən başqa dövrlərdədə müəssisənin fəaliyyətinin olması, həmin dövrlərdədə eyni istehal həcminin olması ilə bağlı inzibati orqan hər hansı bir sübut təqdim edə bilməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan əlavə cavabdeh bələdiyyə özünün xx xxxx 2019-cu il tarixli 10 saylı qərarı ilə hesabladığı vergini, xx xxxx 2019 cu il tarixli 11 saylı qərarı ilə təkrar hesablamışdır. Beləki, bələdiyyənin xx xxxx 2019-cu il 10 saylı qərarında Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmü əsas götürülmüş, həmin hökmlə müəyyən olunmuş 8 ay müddətində yaranmış 140000.00 manat mədən vergisi hesablanmışdır. Həmin hökmdə vergi öhdəliyinin müəyyən olunduğu dövr 2017-ci ilin oktyabr ayından 2018-ci ilin iyin ayınadək olan dövrü əhatə edir. Cavabdeh bələdiyyə xx xxxx 2019-cu il tarixli 10 saylı qərarı ilə həmin dövrlərə görə borc hesabladığı halda xx xxxx 2019-cu il tarixli 11 saylı qərarı ilə təkrar həmin dövrlərə görə borc hesablamışdır. Vergi qanunvericiliyinə əsasən isə eyni verginin təkrar tələb edilməsinə yolverilmir. Bundan əlavə cavabdeh xx xxxx 2019-cu il tarixli qərarında hesablamanı son 3 il dövrə görə aparmışdır. Halbuki bundan əvvəldə iddiaçı tərəfindən mədən vergisinə və digər vergilərə görə iddiaçıya vergi məbləği hesablanmış və iddiaçı bələdiyyənin həmin qərarının ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Belə ki, İddiaçı MMC cavabdeh Quba rayon Talabıqışlaq Bələdiyyəsinə qarşı iddiaçı barəsində cavabdehin xx xxxxxxxx 2017-ci il tarixli aktının, xx xxxxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsi və əsassız hesablanmış 3.500.000 manat məbləğində əmlak, torpaq və mədən vergisinin silinməsinin cavabdehə həvalə edilməsinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-347/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin həmin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Göründüyü kimi sözügedən məhkəmə qərarı ilə cavabdeh tərəfindən iddiaçıya 2017-ci ilin sentyabr ayında hesablanmış vergi məbləğinə hüquqi qiymət verərək cavabdehin qərarının ləğv edilməli olmasını qərara alsa da cavabdeh yenidən eyni dövrə görə iddiaçıya vergi borcu hesablamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Normanın mənasından göründüyü kimi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək həmin aktı qəbul etmiş orqanın vəzifəsidir. Lakin cavabdeh bələdiyyə xx xxxx 2019-cu il tarixli 11 saylı qərarının qanuni və əsaslı olduğunu sübut edə bilməmişdir. Məhkəmə cavabdehin xx xxxx 2019-cu il tarixli, 10 saylı qərarına münasibətdə qeyd edir ki, həmin qərar əsaslıdır və Quba rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(027)-119/2018 saylı hökmü əsasında müəyyən edilmiş hallara uyğun hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Bələdiyyənin xx xxxx 2019-cu il 10 saylı qərarında Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmünü əsas götürülmüş, həmin hökmlə müəyyən olunmuş 8 ay müddətində yaranmış 140000.00 manat mədən vergisi hesablanmışdır. Həmin hökmdədə vergi öhdəliyinin müəyyən olunduğu dövr 2017-ci ilin oktyabr ayından 2018-ci ilin iyin ayınadək olan dövrü əhatə edir. Həmin dövrlərə görə müəyyən edilmiş vergi öhdəliyinin hesablanmasının qanunvericiliyə uyğun olmaması müəyyən olunmur. Məhkəmə həmin qərarla bağlı iddiaçının dəlillərinidə əsaslı hesab etmir. Cavabdeh iddiasında qeyd edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmü X2 barəsindədir. Həmin qərar əsas götürülərək MMC barəsində 2017-ci ilin oktyabr ayında 2018-ci ilin iyun ayınadək 8 ay ərzində mədən vergisi olaraq 141 440,00 manat məbləğində mədən vergisi borcu tələb edilə bilməz. Məhkəmə qeyd edir Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (027)- 119/2018 saylı hökmü X1 cinayət məsuliyyətinə cəlb edilməsi barədə olsada, həmin şəxs İddiaçı MMC-nin vəzifəli şəxsi kimi məsuliyyətə cəlb edilmiş və həmin hökmlə iddiaçının 8 ay müddətində vergi öhdəliyinin yaranma əsasları müəyyən olunmuşdur. Qeyd olunanlar iddianın mübahisələndirilən xx xxxx 2019-cu il 10 saylı qərarı hissəsində əsaslı olmadığını göstərir, cavabdeh bələdiyyə həmin qərarın əsaslı olduğunu sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli 11 saylı qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Quba rayonu Talabıqışlaq bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli 11 saylı qərarı ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-106/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-106/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver