Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-106/2021 29.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı X1 (işləməyən, ünvan 4 ev 5 a mənzil 52-də yaşayan) iştirakı ilə, İddiaçılar X1 və İddiaçı1 Cavabdehnə qarşı sifarişçisi olduqları və podratçı "xxxx" MMC tərəfindən Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv m,yaşayış sahəsi 18,47 kv m olan 47 saylı birotaqlı mənzilə dair və 5-A saylı binada ümumi sahəsi 68,69 kv m və yaşayış sahəsi 33,84 kv m olan 52 saylı ikiotaqlı mənzilə dair texniki pasportun hazırlanması, Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv m, yaşayış sahəsi 18,47 kv m olan 47 saylı birotaqlı mənzil üzərində İddiaçı1 və 5-A saylı binada ümumi sahəsi 68,69 kv m və yaşayış sahəsi 33,84 kv m olan 52 saylı ikiotaqlı mənzil üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar X2 və İddiaçı1 cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, sifarişçisi olduqları və podratçı "xxxx" MMC tərəfindən Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv m,yaşayış sahəsi 18,47 kv m olan 47 saylı birotaqlı mənzilə dair və 5-A saylı binada ümumi sahəsi 68,69 kv m və yaşayış sahəsi 33,84 kv m olan 52 saylı ikiotaqlı mənzilə dair texniki pasportun hazırlanması, Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv m, yaşayış sahəsi 18,47 kv m olan 47 saylı birotaqlı mənzil üzərində İddiaçı1 və 5-A saylı binada ümumi sahəsi 68,69 kv m və yaşayış sahəsi 33,84 kv m olan 52 saylı ikiotaqlı mənzil üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Abşeron rayonu Masazır kəndində inşa ediləcək çoxmənzilli binalarda mənzillərin sifarişçisi olaraq müqavilə əsasında birotaqlı və ikiotaqlı mənzil əldə etmişlər. Binaların tikintisi başa çatdıqdan sonra mənzillər onlara təhvil verilmiş, 2013-cü ildən birotaqlı mənzildə, 2017-ci ildən isə ikiotaqlı mənzildə yaşayırlar. 2019-cu ilin aprel ayında komendantlıq tərəfindən çıxarışların verilməsinə başlandığı bildiriləndən sonra qanunvericilikdə nəzərdə tutulmuş hüquqtəsdiqləyici sənədləri toplayaraq mənzil üzərində hüquqlarının ilkin dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi və texniki pasportun hazırlanması üçün 30.12.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişlər. Qanunla nəzərdə tutulan 20 iş günü keçəndən sonra 30 yanvar 2020-cı ildə çıxarış və texniki pasportu almaq üçün cavabdehə orqana müraciət etmişlər. Bu vaxt onlara hazırlanmasını gözlədikləri sənədlər əvəzinə 13.01.2020-ci il tarixində imzalanmış, ancaq göndərilməmiş **********67 saylı cavab məktubu təqdim edilmişdir. Cavabda imtinaya səbəb olaraq sahibi olduqları mənzillərin yerləşdiyi çoxmənzilli binaya 01.04.2019-cu il tarixdə "X7” MTK-nın mülkiyyət hüququnun qevdiyyata alınması göstərilir. Cavabdeh maddi hüquq normalarını düzgün tətbiq etmir, bununla da onların konstitusiya ilə qorunan mənzil və mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçı Ş.Hasilov iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyöun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qəgrar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki iddiaçıların müraciətinə DƏDRX-nin 4 saylı Ərazi idarəsinə müraciətlərinə verilmiş cavablar imtina kimi qiymətləndirilə bilməz. Belə ki, Abşeron rayonu, Masazır kəndində "X7” MTK tərəfindən inşa edilmiş "Yeni ünvan 2 ünvanında yerləşən 52 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar X1 müraciətinə və Abşeron rayonu, Masazır kəndində “X7” MTK tərəfindən inşa edilmiş “Yeni ünvan 3 ünvanında yerləşən 47 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar İddiaçı1 müraciətinə 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır.Aparılan araşdırma zamanı, “X7” MTK-nə məxsus, ünvan 4 ünvanda inşa edilən 5A nömrəli çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ 01.04.2019-cu il tarixdə və “X7” MTK-nə məxsus, ünvan 4 ünvanda inşa edilən 2F nömrəli çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququnun 06.04.2019-cu il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq ərizəçilərə bildirilmişdir ki, “X7” MTK tərəfindən verilən mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri (Kooperativ üzvlərinin ümumi yığıncaq protokoldan çıxarış, maliyyə arayışı, mənzilin planı) idarəyə təqdim ediləcəyi təqdirdə sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq şəkildə baxıla bilər. İş materiallarında olan: -Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.02.2008-ci il tarixli 168 nömrəli sərəncamından görünür ki, "xxxx" MMC-yə dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışla Masazır bələdiyyəsi ərazisində 13,0 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir . -11 mart 2008-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilə sifarişçı "xxxx" MMC ilə podratçı “İlin dörd fəsili “ MMC arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının "xxxx" MMC-yə məxsus Masazır bələdiyyəsi ərazisində torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilməsinə dair 25.02.2008-ci il tarixli 168 nömrəli sərəncamına əsasən Masazır bələdiyyəsi ərazisində 13.0 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin tikintisinin aparılması üçün tikinti müddətinə sifarişçi və baş podratçı funksiyaları “podratçı”ya veri, podratçı isə həmin funksiyaları yerinə yetirməyi öz öhdəsinə götürür. -“X7” MMC tərəfindən verilmiş 08.12.2008-ci il tarixli əmrdən görünür ki, “X7” MMC-nin Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi çoxmərtəbəli yaşayış evlərindən ibarət yaşayış kompleksinə “Yeni Bakı” adı verilmişdir. -31.01.2015-ci il tarixli 007 nömrəli istismara qəbul aktından görünür ki, "xxxx" MMCyə məxsus inşası başa çatmış binalar istismara qəbul edilmişdir. -24.11.2017-ci il tarixli tikinti obyektinin istismarına icazə aktından görünür ki, Abşeron rayon Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binalarının isitsmarına icazə verilmişdir. -YB/2F-47/2 nömrəli 20.05.2013-cü il tarixli mənzil müqaviləsindən görünür ki,həmin müqavilə satıcı “X7 MMC” ilə alıcı İddiaçı1 arasında “X7” MMC-nin Abşeron rayon Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarında yerləşən bina 2F,blok 2,7-ci mərtəbə 47-ci mənzilin satılması barədədir. -“X7 “MMC tərəfindən verilmiş 272 nömrəli 20.05.2013-cü il tarixli arayışdan görünür ki,İddiaçı1 tərəfindən Abşeron rayonu Masazır kəndində inşa edilən yaşayış binalarının 2F korpusundakı 47 nömrəli 1 otaqlı mənzilin haqqı ödənilmişdir. -“X7 “MMC tərəfindən verilmiş 79 nömrəli 14.02.2017-ci il tarixli arayışdan görünür ki, X4 tərəfindən Abşeron rayonu Masazır kəndində inşa edilən yaşayış binalarının 5A korpusundakı 52 nömrəli 2 otaqlı mənzilin haqqı ödənilmişdir. -YB/5A-52 nömrəli 14.02.2017-ci il tarixli mənzil müqaviləsindən görünür ki,həmin müqavilə satıcı “X7 MMC” ilə alıcı X2 arasında “X7” MMC-nin Abşeron rayon Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarında yerləşən bina 5A,blok 2, 6-cı mərtəbə 53-ci mənzilin satılması barədədir. -Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 15.10.2019-cu il tarixli məktubdan görünür ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “X7” MMC tərəfindən inşa olunmuş yaşayış kompleksinə dair hər hansı məlumat tikintilərin dövlət reyestrində tədim edilməmişdir. -Məhkəmə sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş H319 saylı 18.10.2021-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 09 fevral 2015-ci il tarixdə təsdiq edilmiş qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin istismara qəbul edilməsi haqqında 007 №-li 31.01.2015-ci il tarixli aktı arxivdə aşkar edilməmişdir. Abşeron rayon İcra hakimiyyətinin 2017-ci ilin sənədləri mühafizə edilməsi üçün Abşeron rayon Arxiv İdarəsinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçı Ş.Hasilovun izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Həmin Qanunun 10.2.1-ci madddəsində vurğulanır ki, hüquqların dövlət qeydyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar Ş.Hasilov və RəHasilova mübahisə obyekti olan mənzilləri “X7” MMC iləı müqavilələr bağlayaraq əldə etmişlər. Mənzillərin dəyəri tam ödənildikdən sonra mənzillər onlara təhvil verilmişdir. İşin hallarından müəyyən edilir ki, mənzillərinh yerləşdiyi yaşayış binaları istismar üçün qəbul edilmişdir, mənzillərin satışı "xxxx" MMC ilə “X7” MMC arasında bağlanan müqaviləyə əsasən sonuncu MMC tərəfindən həyata keçirilməli olmuşdur. Lakin cavabdeh göstərilən halları nəzərə almayaraq hər dəfə başqa əsaslarla iddiaçılara imtina cavabları vermişdir. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın üzərinə iddiaçıların müraciətinə “İnzibati icraat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri çərçivısində yenidən baxılması öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2-cü və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X1 və İddiaçı1 Cavabdehnə qarşı sifarişçisi olduqları və podratçı "xxxx" MMC tərəfindən Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv m,yaşayış sahəsi 18,47 kv m olan 47 saylı birotaqlı mənzilə dair və 5-A saylı binada ümumi sahəsi 68,69 kv m və yaşayış sahəsi 33,84 kv m olan 52 saylı ikiotaqlı mənzilə dair texniki pasportun hazırlanması, Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv m, yaşayış sahəsi 18,47 kv m olan 47 saylı birotaqlı mənzil üzərində İddiaçı1 və 5-A saylı binada ümumi sahəsi 68,69 kv m və yaşayış sahəsi 33,84 kv m olan 52 saylı ikiotaqlı mənzil üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışların verilməsinə dair müraciətlərinə yenidən baxılması öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə (Sumqayıt Məhkəmə Kompleksi) verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-106/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-106/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver