Məhkəmə qərarları › İş №2-1(118)-1063/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1063/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1063/2023 31.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2010-cu il tarixdə təlim vaxtı aldığı “Partlayış travması, sağ təpə nahiyəsinin küt travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, hər iki qulağın təbil pərdəsinin perforasiyası” diaqnozu ilə olan xəsarətinin səbəb əlaqəsinin "hərbi travmadır, hərbi xidməti vəzifələri yerinə yetirərkən alınmışdır” kimi təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia qaldıraraq “xx.xx.2010-cu il tarixdə təlim vaxtı aldığı “Partlayış travması, sağ təpə nahiyəsinin küt travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, hər iki qulağın təbil pərdəsinin perforasiyası” diaqnozu ilə olan xəsarətinin səbəb əlaqəsinin "hərbi travmadır, hərbi xidməti vəzifələri yerinə yetirərkən alınmışdır” kimi təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001 -ci ildən xx.xx.2005-ci ilədək H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursant kimi, xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilə kimi isə Azərbaycan Respublikası Silahlı X11 Mərkəzində dinləyici kimi xidmət etmişdir. xx.xx.2006-cı ildən isə Naxçıvan Muxtar Respublikasında yerləşən N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsində davam etdirmişdir. xx.xx.2014-cü il tarixdə isə Azərbaycan Respublikası Müdafiə nazirinin 0289 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “b" bəndilə ilə (xəstəliyə görə) hərbi xidmətdən istefaya buraxılmışdır. xx.xx.2010-cu il tarixdə saat 12:30 radələrində X15 Artilleriya Diviziyonunun döyüş atışlı taktiki təlimində D-44 topundan atış zamanı mərminin yaxın məsafədə (çaxmağın yanında) partlaması zamanı bir anlıq huşunu itirərək yıxılmışdır və başının topun sipərinə dəyməsi nəticəsində “Partlayış travması, Sağ təpə nahiyyəsinin küt travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Hər iki qulağın təbil pərdəsinin perforasiyası” diaqnozu ilə xəsarət almışdır. Bununla əlaqədar xidməti vəzifəsi ilə bağlı stasionar müalicə almasa da, dəfələrlə ambulator müalicələr almışdır. Yuxarıda qeyd etdiyi diaqnoz hərbi hissə komandirinin verdiyi xx.xx.2021-ci il tarixli 1880 nömrəli travma haqqında arayışda qeyd olunmuşdur. İddiaçı həmin travma haqqında arayışı MN Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edərək orada qeyd olunan xəsarətlərinin xx.xx.2014-cü il tarixli 657 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” yə əlavə edilməsini və hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsini xahiş etmişdir. Lakin MİN MHHK-sı xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir, imtinanın səbəbi kimi isə travma haqqında arayışın vaxtında təqdim edilməməsi göstərilmişdir. Belə ki, hərbi qulluqçuların statusu haqqında qanunun 4-cü maddəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Azərbaycan Respublikası Konstitusiyasının sosial təminat hüququndan bəhs edən 38-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hər kəsin sosial təminat hüquqi vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısının itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinin tələblərinə görə hər bir fiziki şəxs qanunla nəzərdə tutulmuş formada məhkəmədə özünü hüquq və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını gözləmək və qorumaq qanunvericilik icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinin tələblərinə əsasən hərbi-həkim komissiyası vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarətlərin, xəstəliklərin (yaralanmaların, travmalrın) hərbi xidmətlə səbəb əlaqəsini müəyyən edir. Odur ki, yuxarıda göstərilənlərə və “Hərbi Həkim Ekspertizası Haqqında Əsasnamənin” 7.1-ci və 7.2,-ci maddələrinin “c” bəndinə əsasən xx.xx.2010-cu il tarixdə təlim vaxtı aldığım “Partlayış travması. Sağ təpə nahiyyəsinin küt travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Hər iki qulağın təbil pərdəsinin perforasiyası” diaqnozu ilə olan xəsarətimin hərbi xidmətlə səöəb əlaqəsi Azərbaycan Respublikası MN MHHK-sı tərəfindən “Hərbi Travmadır, hərbi xidməti vəzifələri yerinə yetirərkən alınmışdır” kimi təyin edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, X1 Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xx.xx.2010-cu il tarixdə təlim vaxtı aldığı “Partlayış travması. Sağ təpə nahiyyəsinin küt travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət. Hər iki qulağın təbil pərdəsinin perforasiyası” diaqnozu ilə olan xəsarətinin səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 25.11,2022-ci il tarixli 2-1 (118)-3647/2022 saylı sərəncamı və vətəndaş F.Qəhrəmanovun iddia ərizəsi xx.xx.2022-ci il tarixdə MN MHHK-na daxil olmuş və araşdırılmışdır. Sumqayıt ŞHK-ğı tərəfindən 2001-ci ildə hərbi xidmətə çağırılmış X6 xx.xx.2014-cü ildə SQ Baş Klinik Hospitalın terapiya profilli hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “ İki tərəfli qarışıq tip ağır eşitmə. Hər iki qulağın təbil pərdəsinin quru perforasiyası. İki tərəfli koxlear nevrit, pıçıltı nitqi AD=AS=3m. Sağ gözün Hm 2,5 D hiperrnetropiyası nəticəsində görmə itiliyi 0,2 qədər azalması, korreksiya ilə 0,6 olmaqla. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Sağ gözün görmə itiliyi 1,0. Hər iki said, sol baldır və qarnın ön divarında bərkimiş dəri çapıqları ” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 15, 38“b” maddəsinin İİİ qrafasına əsasən “HƏRBİ UÇOTDAN ÇİXARİLMAQLA HƏRBİ XİDMƏTƏ YARARSİZDİR" sayılmış və ya xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR" Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHKsı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz . F.Qəhrəmanovun aldığı travmadan 12 il keçdikdən sonra təqdim etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1880 nömrəli travma haqqında arayış Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələblərinə uyğun olmadığından (“Travma haqqında arayış” zədələnmənin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir) həmin xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2010-cu il tarixdə təlim vaxtı aldığı “Partlayış travması, sağ təpə nahiyəsinin küt travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, hər iki qulağın təbil pərdəsinin perforasiyası” diaqnozu ilə olan xəsarətinin səbəb əlaqəsinin "hərbi travmadır, hərbi xidməti vəzifələri yerinə yetirərkən alınmışdır” kimi təyin olunmasını istəyir. Cavabdeh isə qeyd edir ki, F.Qəhrəmanovun aldığı travmadan 12 il keçdikdən sonra təqdim etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1880 nömrəli travma haqqında arayış Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələblərinə uyğun olmadığından (“Travma haqqında arayış” zədələnmənin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir) həmin xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, işin hallarından aydın olur ki, iddiaçı xx.xx.2014-cü ildə SQ Baş Klinik Hospitalın terapiya profilli hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “ İki tərəfli qarışıq tip ağır eşitmə. Hər iki qulağın təbil pərdəsinin quru perforasiyası. İki tərəfli koxlear nevrit, pıçıltı nitqi AD=AS=3m. Sağ gözün Hm 2,5 D hiperrnetropiyası nəticəsində görmə itiliyi 0,2 qədər azalması, korreksiya ilə 0,6 olmaqla. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Sağ gözün görmə itiliyi 1,0. Hər iki said, sol baldır və qarnın ön divarında bərkimiş dəri çapıqları ” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 15, 38“b” maddəsinin İİİ qrafasına əsasən “HƏRBİ UÇOTDAN ÇİXARİLMAQLA HƏRBİ XİDMƏTƏ YARARSİZDİR" sayılmış və ya xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır". Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 216 saylı Hərbi Hissəsinin 06 iyul 2021-ci il tarixli, 1880 saylı travma haqqında arayışdan görünür ki, baş leytenant X7 13 iyun 2010-cu il tarixdə saat 12:30 radələrində X15 Artileriya Divizionunun döyüş atışlı taktiki təlimində D-44 topundan atış zamanı mərminin yaxı məsafədə (çaxmağın yanında) partlaması anında bir anlıq huşunu itirmiş və yıxılıb başı topun sipərinə dəyməsi nəticəsində “Partlayış travması. Sağ təpə nahiyyəsinin küt travması. Keçirilmiş qapal kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. hər iki qulağın təbii pərdəsinin perforasiyası” xəsarəti almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Cavabdeh orqanın travma haqqında arayışın Təlimatla müəyyən edilmiş 3 ay müddət keçdikdən sonra-12 il sonra tərtib edilməsini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008- ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən : 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. ....Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27-ci maddəsinə əsasən 27.1. Hərbi qulluqçular və hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Hazırki işdə də iddiaçı təlim zamanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən travma almışdır. Bu Azərbaycan Respublikası Müdafiə Nazirliyi 216 saylı Hərbi Hissəsinin 06 iyul 2021-ci il tarixli, 1880 saylı travma haqqında arayışı ilə öz təsdiqini tapır. Arayışın vaxtında təqdim edilməmiş olması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. Hərbi Həkim Komissiyaları tərəfindən iddiaçının düzgün şəhadətləndirilməmiş olması “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 216 saylı Hərbi Hissəsinin 06 iyul 2021-ci il tarixli, 1880 saylı travma haqqında arayışın etibarlı sübut kimi hazırkı işə tətbiq edilməli, iddiaçının etimad hüququ qorunmalıdır. Beləliklə qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2010-cu il tarixdə təlim vaxtı aldığı “Partlayış travması, sağ təpə nahiyəsinin küt travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, hər iki qulağın təbil pərdəsinin perforasiyası” diaqnozu ilə olan xəsarətinin səbəb əlaqəsi "hərbi travmadır, hərbi xidməti vəzifələri yerinə yetirərkən alınmışdır” kimi təyin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2010-cu il tarixdə təlim vaxtı aldığı “Partlayış travması, sağ təpə nahiyəsinin küt travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, hər iki qulağın təbil pərdəsinin perforasiyası” diaqnozu ilə olan xəsarətinin səbəb əlaqəsinin "hərbi travmadır, hərbi xidməti vəzifələri yerinə yetirərkən alınmışdır” kimi təyin olunması vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar