Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1064/2022 23.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X20 Ramiz qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı X5, X10, X15, X17, X2, X4, X11, X12, X13, X16, X18 mülkiyyətində olan ünvan 2-dən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X5, X10, X15, X17, X2, X4, X11, X12, X13, X16, X18 mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, ev 72, mənzil 20-dən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X14, X22, X29, X33, X7, X8, X23, X1 Aydan İslam qızı, X30 və X34 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 72 saylı evdə yerləşən 20 saylı mənzili əldə etmişdir. İddiaçı mənzilə mülkiyyət əldə etdikdən sonra ona məlum olmuşdur ki, aldığı evin sahibinin özü və ailə üzvləri həmin evdə pasport qeydiyyatında qalmışlar, o , həmin evdə qeydiyyatda olan şəxslərin evdən qeydiyyatdan çıxmağı təklif etmiş, onlar müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaq istəmirlər, onların iddiaçının evində qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarımı həyata keçirməyə maneçilik törədir, ona görə də evidə qeydiyyatda olan X5 və qeyrilərinin qeydiyyatdan çıxarılması zərurəti yaranmışdır. O, qeyd olunan şəxslərin mülkiyyətində olan evin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir. Lakin qeyd olunan təşkilat ona cavab verməmişdir. Tərəflər və şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -AN-İ № ******* seriyalı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X3 şəhəri, Nəriman Nərimanov küçəsi, ev 72-də yerləşən 20 saylı mənzili İddiaçı satmışdır. -**********09-05101-093003 reyestr nömrəli reyestr nömrəli çıxarışdan görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 72 saylı evdə yerləşən 20 saylı mənzildə İddiaçı xüsusi mülkiyyətindədir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X14, X22, X29, X33, X7, X8, X23, X24, X25, X30 və X6 şəhəri, N.Nərimanov küçəsi, ev 72, mənzil 20 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 018-5631-1222 saylı məktubundan görünür ki, X14 xx.xx.2009-сu il tarixdən, X41 oglu xx.xx.2010-cu il tarıxdən, X22 xx.xx.2001-ci il tarixdən, X7 29.04 1979-cu il tarixdən, X9 xx.xx.1979-cu il tarixdən, X23 xx.xx.2016-cı il tarixdən, X28 xx.xx.2003-cu il tarixdən, X25 xx.xx.2016-cı il tarixdən, X30 xx.xx.2016-cı ıl tarixdən, X34 xx.xx.2016-ci il tarixdən, X31 isə xx.xx.2013-cu il tarixdən hazıradək Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev 72 mənzil 20-də yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin sorğusuna əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 72 saylı evdə yerləşən 20 saylı mənzil X10 mülkiyyətində olmuşdur. xx.xx.2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X22 həmin mənzili İddiaçı satmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. Həmin Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun yaranmaması müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X5, X10, X15, X17, X2, X4, X11, X12, X13, X16, X34 İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 72 saylı evdə yerləşən 20 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X5, X10, X15, X17, X2, X4, X11, X12, X13, X16, X34 İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 72 saylı evdə yerləşən 20 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1064/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1064/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver