Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1064/2024 27.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavbdehdən onun xeyrinə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşən 2.2870 ha torpaq sahəsinin bazar qiyməti olaraq 130 min 244 manat (hər sotuna 569,5 manat olmaqla), digər istifadəyə yararsız vəziyyət düşmüş 0,41 ha torpaq sahəsinin bazar qiyməti olaraq 23 min 349 manat, torpağın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalınma qiymətinə əlavə haqq kimi 30 min 718 manat olmaqla, cəmi 184 min 311 manat, qiymətləndirmə şirkətinə ödədiyi 1100 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 352 manat, mütəxəssis rəyinin alınması üçün ödədiyi 95 manat pulun tutulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında 220 KV-luq yüksək gərginlikli elektrik xətləri üçün basdırılmış metal dayaqlarının, çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin, digər elektrik dirəklərinin və elektrik xətlərinin sökülərək torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki yararlı hala salınması vəzifəsinin cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətini, Cavabdeh2nə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəmndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmıdır ki, xüsusi mülkiyyət hüququ ilə tam payla ona məxsus olan, Abşeron rayonunun Pirəkeşkül kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 6,10 ha torpaq sahəsində (Çıxarış Seriya RX N: 0961040, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016) Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında ,,Azərelektrik tikinti quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 220 k.V-luq yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqlar basdırılmış, elektrik xətləri çəkilmişdir. Bundan əvvəl də Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən torpaq sahəmdə elektrik dirəkləri basdırılmış, elektrik xətləri çəkilmişdir. Mülkiyyətçi kimi torpaq sahəmdə görülən işlər barədə ona əvvəlcədən bildirilməmiş, razılığı alınmamış, müvafiq icra hakimiyyəti orqanlarının qərarı olmamış və müvafiq kompensasiya ödənişləri edilməmişdir. Nəticədə həmin ərazidə kənd təsərrüfatı təyinatlı torpaqların təşəkkül tapmış bazar qiymətləri ilə hesablanmaqla ona 200 min manatdan artıq maddi zərər vurulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz edərək bildirmidir ki, təmsil etdiyi təşkilatın iddiaçıya kompensasiya ödəmək niyyəti yoxdur.Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yüksək gərginlikli eletrik xətlərinin altında enerji təhcizatı idarəsinin razılığı əsasında kənd təsərrüfat işləri ilə məşğul olmaq olar. Nəzərə alınsa ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfat təyinatlıdı, o cümlədən iddiaçının mülkiyyət hüququna hər hansı bir maneə yaranmayıb bu halda kompensasiyanın ödənilməsi mümkün deyil. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, hazırkı iddia tələbinin predmeti iddiaçının mülkiyyətində olan torpaq sahəsində elektrik dirəklərinin yerləşdirilməsi ilə bağlı torpaq sahəsinə görə kompensasiyanın ödənilməsindən ibarətdir. İddia tələbinin inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində düşdüyü zərər görə kompensasiyanın ödənilməsindən ibarət olmasına baxmayaraq, mövcud məhkəmə təcrübəsinə görə torpağa dair mülkiyyət hüququna müdaxilə ilə bağlı olan mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı cavbdehdən onun xeyrinə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşən 2.2870 ha torpaq sahəsinin bazar qiyməti olaraq 130 min 244 manat (hər sotuna 569,5 manat olmaqla), digər istifadəyə yararsız vəziyyət düşmüş 0,41 ha torpaq sahəsinin bazar qiyməti olaraq 23 min 349 manat, torpağın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalınma qiymətinə əlavə haqq kimi 30 min 718 manat olmaqla, cəmi 184 min 311 manat, qiymətləndirmə şirkətinə ödədiyi 1100 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 352 manat, mütəxəssis rəyinin alınması üçün ödədiyi 95 manat pulun tutulması barədə qərar qəbul edilməsi tələbinə dair iddiası mümkün hesab edilməməlidir. İddiaçıya hazırkı iddia tələbi ilə bağlı torpaq sahəsinin yerləşdiyi yerin ümumi (şəhər, rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavbdehdən onun xeyrinə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşən 2.2870 ha torpaq sahəsinin bazar qiyməti olaraq 130 min 244 manat (hər sotuna 569,5 manat olmaqla), digər istifadəyə yararsız vəziyyət düşmüş 0,41 ha torpaq sahəsinin bazar qiyməti olaraq 23 min 349 manat, torpağın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalınma qiymətinə əlavə haqq kimi 30 min 718 manat olmaqla, cəmi 184 min 311 manat, qiymətləndirmə şirkətinə ödədiyi 1100 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 352 manat, mütəxəssis rəyinin alınması üçün ödədiyi 95 manat pulun tutulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1064/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1064/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver