Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1065/2021 01.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X2 iddiaçıya məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 47, 42 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “X2 iddiaçıya məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 47, 42 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 28 avqust 2009-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X1 Sumqayıt şəhəri, 13cü mikrorayonda yerləşən 47 saylı evin 42 saylı mənzilini 40.050 (qırx min əlli) manata almışdır. 28 avqust 2009-cu il tarixli ******* nömrəli alğı-satqı müqaviləsinin 13-cii müddəasına əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Göründüyü kimi, X4 müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmalı idi. Lakin o, sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxmamışdır. Qeyd edir ki, həmin yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır və X4 bu mənzildə faktiki olaraq yaşamır. X2 həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq göndərilmiş məktubda qeyd olunmuşdur ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, X2 həmin yaşayış sahəsinə münasibətdə qeydiyyatına xitam verilməlidir. Çünki, onun həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüququma əsassız müdaxilə təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçının mülkiyyət sənədi tələb edilmiş, iddiaçı bildirmişdir ki, məhkəmədə iddia qaldırdıqdan sonra ünvan 1 ünvanında yerləşən evi başqa şəxsin satıbdırlar. İddiaçıya izah edilmişdir ki, bu iddia ilə məhkəməyə yeni mülkiyyətçi müraciət edə bilər. İddiaçı evi satdıqları adamın qarşısında öhdəlik götürdüklərini bildirmiş və iddiaya baxılmasını istəmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Belə ki, məhkəmə prosesində iş materiallarına hüquqmüəyyənedici sənədlərin əsilləri təqdim edilmədiyinə görə məhkəmə tərəfindən sənədlərin əsillərinin təqdim edilməsi iddiaçıdan tələb olunmuş, lakin iddiaçı bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evini başqa şəxsin adına özəlləşdirmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən mənzillə bağlı hazırki iddia tələbi üzrə də subyektiv hüququ qalmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinin sahibi inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, həmin şəxs məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1065/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1065/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver