Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1066/2020 17.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X5 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X6rşı “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 1640.0 m2 , tikintialtı sahəsi 1884.3 m2, həcmi 12348.0 m2 olan yeni tikilinin onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə" dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: X4 Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22.08,2015-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində 0.20 ha torpaq sahəsi və həmin sahənin üzərində 650.2 kvm əmlak kompleksi vardır. Həmin torpaq sahəsi və əmlak kompleksi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı- Sumqayıt şossesinin sağ tərəfində yerləşir. Abşeron rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı i! tarixli, 254 nömrəli sərəncamına əsasən torpaq sahəsində mövcud qeyriyaşayış obyektinin yenidənqurma və genişləndirmə işlərinin lahiyələndirilməsinə icazə verilmişdir. Obyekt tikintinin genişləndirilməsi barədə “xxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş eskiz lahiyədə nəzərdə tutulmuş qaydada yenidən qurulmuş və genişləndirilmişdir. Yeni obyekt 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 1.640.0 kvm, tikintialtı sahəsi 1.884.3 kvm, həcmi 1.2348.0 kvm-dən ibarətdir.Bundan sonra tikiliyə dair ekspertiza rəyinin verilməsi məqsədi ilə Abşeron RİHB tərəfindən Azərbaycan Respublikası FHN-in Təsisatdankənar Dövlət Ekspertiza Baş idarəsinə müraciət olunmuş və həmin idarə tərəfindən tikiliyə xx.xx.2017-ci il tarixdə 24122/23667 nömrəli müsbət rəy verilmişdir. Rəydə qeyd olunur ki, “Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı- Sumqayıt şossesinin sağ tərəfində ticarət mərkəzi (dəyişikliklə əlaqədar)”nin işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılışdırılır.Abşeron Rayon İcra hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 008 nömrəli sərəncamına əsasən tikinti obyektinin istismarına icazə verilmiş və tikili xx xxx 2020-ci il tarixdə istismara qəbul olunmuşdur.Müvafiq sənədlər iddiaçı tərəfindən hazırlandıqdan sonra yeni tikilinin dövlət refestrində qeydiyyata alınsması üçün ƏMDK yanında DƏDRX-in 4 saylı X9 müraciət olunmuşdur.Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla tikilini qeydiyyata almaqdan imtina etmişdir. İmtina məktubunda qeyd olunur ki, müəssisənin yerləşdiyi torpaq sahəsi Bakı-Sumqayıt yolunun mərkəzindən 24 metr məsafədə yerləş, həmçinin-0.0106 ha hissəsi telekomunikasiya keçən kabel xəttinin, əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 193 kvm hissəsi yolun, 387 kv.m hissəsinin isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşir. Cavabdeh təşkilat bu imtinanı ona göndərərkən əslində şəxsən özünün verdiyi xx.xx.2015-ci il tarixli, ******* nömrəli çıxarışı şübhə altına almışdır. Yəni, bu imtinadan belə nəticə çıxır ki, torpaq sahəsi Bakı-Sumqayıt yolunun mərkəzindən 24 metr məsafədə yerləşdiyi, həmçinin 0.0106 ha hissəsi telekomunikasiya keçən kabel xəttinin əmlak kompleksi kimi müəssisənin tikintıaltı sahəsinin 193 kvm hissəsi yolun, 387 kvm nissəsinin isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşdiyi üçün ona verilən çıxarış qanunsuzdur. Qeyd olunan qanunsuzluqlar nəyə görə çıxarış veriləndə aşkar olunmamışdı. İddiaçı imtinanın bu hissəsini qanunsuz və əsassız hesab edir, bu müraciətə verilməli olan cavab olmamalı idi. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi məktubla da müəyyən olunur ki, ona məxsus olan torpaq sahəsi arasında xxxxxxxxx MMC, KMTQ-nın balansında işlək kabel xət təsərrüfatı yoxdur.İmtina məktubunun ikinci əsası isə guya sözügedən daşınmaz əmlaka dair tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin sənəddə aktın verilmə tarixi, qeydiyyat nömrəsi, kod nömrələri mövcud deyil. İmtinanın bu hissəsi də əsassızdır. Belə ki, sənədin verilmə tarixi xx xxx 2020-ci il, qeydiyyat nömrəsi Ö/003700 qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılmış və 4 saylı X8 mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün əmlak kompleksinə müayinə baxışı keçirilərkən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin Bakı-Sumqayıt yolunun (birtərəfli gediş-gəliş yolunun) mərkəzindən 24 metr məsafədə yerləşdiyi, həmçinin 0.0106 ha hissəsinin telekommunikasiya keçən kabel xəttinin, əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 193 kv metr hissəsinin yolun, 387 kv metr hissəsinin isə Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir.Bundan başqa, aparılan araşdırma zamanı Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən yeni layihələndirilmiş əmlak kompleksi kimi müəssisənin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir.Həmçinin bildiririk ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyinə və "xxxxxx" ASC-yə məktub ünvanlanmışdır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3/02-2420 saylı xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi avtomobil yolunun hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən ən azı 30 m aralı məsafə olmalıdır. Digər orqanlardan məktubumuza cavab göndərilməmişdir.Nəzərinizə çatdırırıq ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlə yanaşı tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Mövcud əmlak kompleksi binası tikintisinə icazə tələb olunan tikinti obyekti hesab olunduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2. və 48.3.3.-cü maddələrinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir və layihəçi sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyanolunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habeləhüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir."Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikası avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 18 saylı qərarının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 298 saylı qərarının tələbləri pozulmuşdur. Həmin qərara əsasən respublika əhəmiyyətli avtomobil yollarında mühafizə zolağı yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci və 180.2-ci maddələrinə əsasən lazımi icazələr almadan və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X12 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinə etirazı bildirib, 4 saylı X8 iş üzrə imtinasının qanuni hesab edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edilir.Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Torpaq sahəsinə aid çıxarışın və plan və ölçünün surəti, FHN X1 Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2017-ci il tarixdə 24122/23667 nömrəli rəyi, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin istismarına dair xx.xx.2019-cu il tarixli, 008 nömrəli icazəsi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC KMTQ tərəfindən verilmiş xx.xx.2016-cu il tarixli, K-01/1056 nömrəli məktubu, “xxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-c il tarixli, 04/01- 5/4/14546 nömrəli məktubu, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxxxxxxxxxxx” ASC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 0-27 nömrəli məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X8 imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən,Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı özünə mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Ceyraban qəsəbəsi, Bakı-Sumqayıt şosesinin sağ tərəfində yerləşən 0.20 ha (2.000 m 2) torpaq sahəsinin üzərində inşa edilmiş 650.2 m 2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsini genişləndirilməsi məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş və Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 2016-cı il tarixli 254 saylı sərəncamı ilə İddiaçı mülkiyyətində olan 0.20 ha torpaq sahəsində mövcud olan qeyri-yaşayış obyektinin yenidənqurma və genişləndirmə işlərinin lahiyələndirilməsinə icazə verilmişdir. Qeyri-yaşayış obyektinin yenidənqurma və genişləndirmə işlərinin lahiyələndirilməsinə icazə verilməsi məqsədi ilə Azərbaycan Respublikası FHN-nin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2017-ci il tarixli ********** saylı rəyi alınmış və həmin rəyə əsasən X2 qeyri-yaşayış obyektinin genişləndirilməsinə razılıq verilmişdir. Müvafiq fəaliyətlə məşğul olmaq üçün Lisenziyası olan “xxxxxxxxxxx” MMC X14 tərəfindən qeyri-yaşayış obyektinə ediləcək dəyişikliklərlə bağlı eskiz lahiyəsi tərtib edilmiş və həmin lahiyə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. Hazır ki, iddia tələbi üzrə mübahisə predmeti olan qeyriyaşayış obyektinin inşası tərtib edilmiş eskiz lahiyəsinə uyğun olaraq inşa edilmiş və tikinti işlərinin aparılması xx xxxx 2018-ci ildə başa çatmışdır. Tikilinin razılaşdırılmış qaydada həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyi tərəfindən 003700 saylı “İstismara hazırlıq” aktı ilə rəsmiləşdirilmişdir. Sonra prosedur qaydalarına uyğun olaraq Abşeron rayon İcra Hakimiyyəti tərəfindən “Tikinti obyektinin istismarına” 008 saylı xx xxxxxx 2019-cu il tarixli “İcazə” verilmişdir. Qeyd olunan icazə sənədində tikinti altı sahəsinin 1814.08 m 2 olması, ümumi tikinti sahəsinin 1607.33 m 2 olması qeyd olunmuşdur, lakin həmin “İcazə”də olan “İstismara hazırlıq aktının verilmə tarixi və qeydiyyatı”,o cümlədən “Tikintilərin dövlət reyesteri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafaları boş saxlanılmışdır. Hal hazırda İddiaçı xüsusi mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan qeyri yaşayış obyektinə edilmiş dəyişiklərin dövlət reyesterində qeydiyyata alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin tikiliyə edilmiş əlavələrin qeydiyyata alınmasından imtina edir. Cavabdeh təşkilatın imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Abşeron rayonu,Ceyraban qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin Bakı-Sumqayıt yolunun mərkəzindən 24 metr məsafədə yerləşməsi 2) Həmin torpaq sahəsinin 0.0106 ha hissəsinin altından telekommunikasiyaya keçən kabel xəttinin mövcud olması 3) Əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 193 m2 hissəsinin avtomobil yolunun mühafizə zolağında yerləşməsi 4) Əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsinin 387 m2 hissəsinin Ceyranbatan su kəmərinin mühafizə zolağında yerləşməsi 5) Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş “Tikinti obyektinin istismarına” 008 saylı xx xxxxxx 2019-cu il tarixli “İcazə” sənədinin “İstismara hazırlıq aktının verilmə tarixi və qeydiyyatı”, o cümlədən “Tikintilərin dövlət reyesteri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafaları boş saxlanılması. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən qeyd olunan nöqsanlar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmır. Belə ki, cavabdeh təşkilat mübahisə predmeti olan qeyri yaşayış obyektinin maqistral yolun mərkəzindən 24 metr məsafədə yerləşməsini bildirməsinə baxmayaraq, buna dair məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Cavabdeh təşkilat məhkəməyə ünvanladığı etirazında qeyri yaşayış obyektinin altında olan torpaq sahəsinin maqistral yolun mərkəzindən hansı məsafədə yerləşməsini, o cumlədən tikinti altınnda olan 193 m2 sahəsinin avtomobil yollarının mühafizə zolağında yerləşib-yerləşməməsinin dəqiqləçdirilməsi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərdiyini, lakin həmin sorğuya cavab ala bilməməsini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı tərəfindən torpaq sahəsinə deyil, həmin torpaq sahəsinin üzərində yerləşən qeyri yaşayış obyektinə dəyişiklik edilmişdir. Qeyd olunan 0.20 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ xx.xx.2015-ci ildə dövlət reyesterində qeydiyyata alınmış və tikilidə aparılmış dəyişiklər torpaq sahəsindən kənara çıxmamışdır. Başqa sözlə desək, həmin torpaq sahəsinin yerləşdiyi sahə 2015-ci ildən əvvəl inşa edilmiş maqistral yolun kənarında yerləşir. Bununla belə məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində bəlli olmuşdur ki, İddiaçı mülkiyyətində olan 0.20 ha torpaq sahəsi avtomobil yollarının mühafizə zolağında yerləşmir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxxxxxxxxxxx” ASC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 0-27 nömrəli məktubundan görünür ki, mübahisə predmeti olan qeyri yaşayış obyekti avtomobil yolunun mühafizə zolağında yerləşmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri” nin təstiq edilməsi haqqında xx xxxxxxxx 2015-ci il tarixli, 298 saylı Qərarının 1.1-ci yarımbəndinə əsasən respublika əhəmiyyətli avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının eni 30 metr təşkil edir. Qeyd olunan Qərarın 1.1-cı yarımbəndi belə anlam verir ki, həmin mühafizə zolağında nəinki tikililər, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahələri mövcud ola bilməz. Lakin İddiaçı mülkiyyət hüququ ilə məxsus olan 0.20 ha torpaq sahəsi nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hüquqi sələfi olmuş Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxxxxxxxxxxx” ASC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən, nədə ki, hal hazırda yolların mühafizəsinə nəzarət edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mübahisələndirilməmişdir. Bu isə bir daha özü özlüyündə qeyd olunan 0.20 ha torpaq sahəsinin avtomobil yollarının mühafizə zolağında yerləşməməsini sübut edir. Belə olduğu tədqirdə cavabdeh təşkilat tərəfindən etirazda göstərlən 1-ci və 3-cü arqumentlərin heç bir hüquqi əsası olmur. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci və dördüncü arqumentləri araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan arqumentlər də heç bir hüquqi sənədə əsaslanmır. Belə ki,iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC KMTQ tərəfindən verilmiş xx.xx.2016-cu il tarixli, K-01/1056 nömrəli məktubdan və məhkəmənin sorğusuna əsasən “xxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-c il tarixli, 04/01-5/4/14546 nömrəli məktubdan görünür ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus 0.20 ha torpaq sahəsinin altında xxxxxxxxx MMC-nin, X10 Qovşağının balansında olan işlək kabel xət təsərrüfatı yoxdur və Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən obyekt Ceyranbatan maqistral su kəmərinin mühafizə zolağında yerləşmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın etirazında göstərdiyi 2-ci və 4-cü arqumentlərində heç bir hüquqi əsası yoxdur. Cavabdeh təşkilatın etirazında göstərdiyi sonucu, yəni beşinci arqumenti araşdıraraq, məhkəmə hesab edir ki, qeyd olunan arqumenti əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Əvvəla nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazır ki, iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən mülkiyyətində olan tikiliyə edilmiş dəyişiklik müvafiq icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasıda həyata keçirilib və FHN tərəfindən möhürlə təstiqlənmiş istismara hazırlıq aktı tərtib edilib. Nəzərə alınmalıdır ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 008 saylı icazə sənnədində formal xəta olan “hazırlıq aktının tarixi və qeydiyyatının göstərilməməsi” tikilmiş qeyri yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, 008 saylı icazə sənədində doldurulmamış tikinti obyektinin kod nömrəsi dövlət reyesteri tərəfindən verilir və həmin orqanın özü tərəfindən veriləcək kod nömrəsinin 008 saylı icazə sənədində göstərilməməsi səbəbindən qeyri yaşayış obyektinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Yəni tələb edilən kod nömrəsi qeydiyyat orqanının özü tərəfindən də müəyyən edilə bilərdi. Belə ki,Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Göründüyü kimi qeyd olunan dəyişiklər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi tədqirdə inzibati orqan tərəfindən edilmiş formal xətalar cavabdeh təşkilat tərəfindən imtina üçün bəhanə gətirilir. Halbu ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X6rşı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci tarixli, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.20 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 1640.0 m2 , tikintialtı sahəsi 1884.3 m2, həcmi 12348.0 m2 olan yeni tikilinin onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1066/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1066/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver