Məhkəmə qərarları › İş №2-1(118)-1067/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1067/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1067/2020 19.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Cavabdeh ASC nin hərəkətsizliyinin aradan qaldırılması, cavabdeh idarənin Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 7 a, otaq 86,88 saylı mənzilə 733,25 manat, 88 saylı mənzilə isə 701,19 manat ayrı-ayrı ünvanlar kimi cəmi: 733,25 manat-701,19 manat=1434,44 manatın qanunsuz və səhv hesablanmış borc kimi silinməsi və cavabdeh idarənin üzərinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 7a , otaq 86,88-ə vahid bir ünvan (bir yaşayış sahəsi kimi) kimi X2 adına yeni düzgün hesablanma aparılması öhdəliyinin qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Cavabdeh ASC-nin hərəkətsizliyinin aradan qaldırılması, cavabdeh idarənin Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 7 a, otaq 86,88 saylı mənzilə 733,25 manat, 88 saylı mənzilə isə 701,19 manat ayrı-ayrı ünvanlar kimi cəmi: 733,25 manat-701,19 manat=1434,44 manatın qanunsuz və səhv hesablanmış borc kimi silinməsi və cavabdeh idarənin üzərinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 7a , otaq 86,88-ə vahid bir ünvan (bir yaşayış sahəsi kimi) kimi X2 adına yeni düzgün hesablanma aparılması öhdəliyinin qoyulması”-na dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 7a, otaq 86.88 mən. İddiaçı istifadəsi və sahibliyindədir. Yaşayış sahəsinin iki nömrəsi və iki ayrı-ayrı otaqları olmasına baxmayaraq bu yaşayış sahəsi vahid bir ünvan ( bir yaşayış sahəsi) sayılır. Bu yaşayış sahəsində iddiaçı və oğlu qeydiyyatda olsa da oğlunun ailəsi də onunla birgə yaşayır. Əvvəllər bu ünvana tək yaşayış sahəsi kimi hər ay 10 man su pulu borcu yazılırdı. Son 5-6 il onların yaşadığı bu yaşayış sahəsinə Sumqayıt şəhəri X8 borc bildirişləri gəlməmişdir. Bir neçə dəfə isə iddiaçının yaşadığı 86.88 saylı yaşayış sahəsinə həmin yataqxanada yerləşən 89 saylı mənzilin su borcu səhv olaraq hesablanmışdır. Yaşayış sahəsi 86.88 kimi göstərilsə də bir ailəyə məxsusdur. Hal-hazırda isə bir mənzilə cavabdeh idarə tərəfindən səhv və yanlış olaraq 1 mənzil kimi deyil. 86.88 adı altında iki mənzilin hesabı aparılmışdır. Su borcunun hesablanması barədə cavabdeh idarənin abonent kartından da görünür ki. iddiaçının yaşadığı mənzilə 88 saylı mənzil kimi 30623219 müqavilə nömrəsi ilə müqavilə tarixi xx.xx.2005-ci il olmaqla, 3 nəfər ailə üzvündən ibarət X1 adına xx.xx.2020-ci il tarixli bildirişlə 701.19 manat borc hesablanmışdır. Hansı ki, su borcunun hesablanması barədə cavabdeh idarənin digər abonent kartından isə görünür ki, X1 yaşadığı 89 saylı mənzilə 30260770 müqavil nömrəsi ilə müqavilə tarixi xx.xx.2005-ci il olmaqla, 1 nəfər ailə üzvündən ibarət olmaqla, xx.xx.2020-ci il tarixli bildirişlə 604,42 manat borc hesablanmışdır. İddiaçının adına isə digər mənzillərdən ayrı 86 saylı mənzil kimi, 31065515 müqavil nömrəsi ilə, müqavilə tarixi xx.xx.2005-ci il olmaqla, 4 nəfər ailə üzvündən ibarət xx.xx.2020-ci il tarixli bildirişlə 733,25 manat borc hesablanmışdır. Bu abonent kartlarından məlum olur ki, iddiaçının istifadəsində olan 88 saylı yaşayış sahəsinə X1 adına ayrı-ayrı mənzillər kimi borc hesablanmışdır. Cavabdeh idarə iddiaçıya Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 7a, otaq 86.88 saylı mənzilə İddiaçı adına vahid bir ünvan ( bir yaşayış sahəsi) kimi deyil, 2 yaşayış sahəsi kimi, yəni ayrı-ayrı ünvanlar kimi su pulu borcu hesablamışdır. Onda belə çıxır ki, iddiaçı 86 saylı mənzilə 733,25 manat, 88 saylı mənzilə isə 701,19 manat ayrı-ayrı ünvanlar kimi cəmi: 733.25 manat + 701.19 manat= 1434.44 manat borc hesabı ilə ödəniş etməlidir. 22 saylı Mənzil Kommunal Sahəsinin ailə tərkibi haqqında arayışlarından da göründüyü kimi Sumqayıt şəhəri. 41-ci məhəllə. Bakı küçəsi, yataqxana 7a. otaq 86.88 saylı, vahid bir ünvan kimi İddiaçı istifadəsi və sahibliyindədir və oğlu X4 onunla birgə bu yaşayış sahəsində qeydiyyatdadır. 22 saylı Mənzil Kommunal Sahəsinin ailə tərkibi haqqında digər arayışından isə görünür ki, 89 saylı mənzildə X3 2 nəfər ailə üzvü ilə qeydiyyatdadırlar. Həmin, arayışlardan da göründüyü kimi bu yaşayış sahələri ayrı-ayrı ünvanlardır. Cavabdeh orqan 86.88 saylı yaşayış sahəsini ayrı-ayrı yaşayış sahəsi kimi ayr-ayrı şəxslərin adına qeydiyyata almaqla hər birinə ayrılıqda borc hesablamışdır. Hansı ki, iki yaşayış sahəsinə görə deyil, idiaçı tək bir yaşayış sahəsinə otaq 86.88 saylı yaşayış sahəsinə görə ödəniş etməlidir, Cavabdeh idarənin hesablamalarından belə çıxır ki, iddiaçının iki yaşayış sahəsi vardır. Cavabdeh orqanın belə hesablama aparması isə idiaçının bir istehlakçı kimi hüquqlarını pozmuşdur. Cavabdeh idarə səhv etdiyini başa düşməsinə baxmayaraq bu ziddiyyəti və səhvi aradadn qaldırmaqdan yayınmışdır. Baş vermiş bu yanlışlıqlarla əlaqədar Cavabdeh ASCyə dəfələrlə müraciət etmiş olsa da, mübahisəli vəziyyətin aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bununla əlaqədar iddiaçı cavabdehin bu hərəkətsizliyinə görə məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının cavabdeh qismində qoyduğu Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxs olmalı və mübahisə həmin şəxsin inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Hazırkı işdə mübahisənin yaranma əsası tərəflər arasında sudan istifadə zamanı yaranmış mülki hüquq münasibətləridir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh ASC-nin hərəkətsizliyinin aradan qaldırılması, cavabdeh idarənin Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 7 a, otaq 86,88 saylı mənzilə 733,25 manat, 88 saylı mənzilə isə 701,19 manat ayrı-ayrı ünvanlar kimi cəmi: 733,25 manat-701,19 manat=1434,44 manatın qanunsuz və səhv hesablanmış borc kimi silinməsi və cavabdeh idarənin üzərinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 7a , otaq 86,88-ə vahid bir ünvan (bir yaşayış sahəsi kimi) kimi X2 adına yeni düzgün hesablanma aparılması öhdəliyinin qoyulması barədə iddiası mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, hazırkı mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar