Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1067/2025 01.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional Cavabdehndə Qeydiyyat şöbəsinə qarşı “Laçın rayon Qarakeçdi icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1976-cı il tarixli 24 saylı doğum haqqında akt qeydində düzəliş edilərək soyadının Həsənov, adının Volodya, ata adının isə Həsən kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1976-cı ildə Laçın rayonu, Qarakeçdi kəndində anadan olmuş, doğum haqqında təkrar arayışın alınması üçün xx.xx.2024-cü ildə Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Cavabdeh Qeydiyyat şöbəsinə müraciət etmişdir. Cavabdehin 1 8.03.2024-cü il tarixli məktubu ilə Laçm rayon Qarakeçdi icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1976-cı il tarixli 24 saylı 7doğum haqqında akt qeydində “İddiaçı deyil “X1 adına tərtib olunmuş akt qeydi aşkar olunduğunu səbəb gətirərək müraciətindən imtina olunmuşdur. Bildirir ki, onun soyadım Həsənov, adı Volodya, ata adı Həsəndir. Bunu ona məxsus olan xx.xx.2012-c ildə Laçın RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi, hərbi bilet, diplom və digər sənədlər təsdiq edir. Hesab edir ki, Laçın rayon Qarakcçdi icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1976-cı il tarixli 24 saylı doğum haqqında akt qeydində düzəliş edilərək soyadının Həsənov, adının Volodya, ata adının isə Həsən kimi yazılması barədə qərar qəbul medilməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verdiyi imtina məktubdan görünür ki, iddiaçının müraciətinin həllindən imtina edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: 1 saylı Sumqayıt regional Cavabdehndə Qeydiyyat tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-9xx-xx/2024 nömrəli imtina məktubu, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktub, Doğum haqqında akt qeydinin təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surəti, iddiaçıya aid hərbi biletin surəti, məcburi köçkün vəsiqəsinin surəti, diplomun surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Laçın rayon Qarakeçdi icra nümayəndəliyi tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.1976-cı il tarixli 24 saylı doğum haqqında akt qeydində iddiaçı haqqında məlumat qrafasında adı “X3” olaraq qeyd edilmişdir. İş materiallarında olan digər sənədlərdə iddiaçının adı, soyadı və ata adı İddiaçı kimidir. İddiaçı adına olan doğum haqqında akt qeydində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Qeydiyyat şöbəsinə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan iddiaçıya aid hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçı uzun illərdir ki, müvafiq kimliyi daşımış və ona məlum olan akt qeydindəki yanlışlığı başqa qaydada düzəldə bilməmişdir. Ona görə də məhkəməyə müraciət edir. İşin araşdırılan hallarını nəzərə alan məhkəmə tələbin təmin edilməsini məqsdəmüvafiq hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Laçın rayon Qarakeçdi icra nümayəndəliyi tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.1976-cı il tarixli 24 saylı doğum haqqında akt qeydində İddiaçı soyadının, adının, ata adının “X3”dan - “İddiaçı”-na düzəliş olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional Cavabdehndə Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2-1(118)-1067/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1067/2025
01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver