Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1068/2022 31.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhər 26 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Mikayloviçin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddiaçının Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mətəbəsində ümumi sahəsi 44,90 kv m olan 1 otaqlı 102 saylı mənzilinə pasport qeydiyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Mikayloviç cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mətəbəsində ümumi sahəsi 44,90 kv m olan 1 otaqlı 102 saylı mənzilinə pasport qeydiyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mənzil tikintisi haqqında“ 20 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, 16-cı mkr İsmət Qavıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv m olan 1 otaqlı 102 saylı mənzilini 26 201 manata “BAKl-XXİ BM" MTK-dan satın almışdırt. "xxxx" MTK tərəfindən ona həmin mənzilin dəyərinin tam ödənilməsi barədə 20 noyabr 2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Hazırda o, həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə həmin evdə yaşayır. Odur ki, istifadə və sahibliyində olan mənzilə pasport qeydiyyatına alınması bərədə ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -20.11.2019-cu il tarixli Mənzilin tikintisi haqqında müqavilədən görünür ki, içraçı "xxxx" MTK Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv m olan 1 otaqlı 102 saylı mənzilini payçı İddiaçı satmışdır. - "xxxx" MTK tərəfindən verilmiş 01 saylı 20.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Sumqayıt şəhəri 16-cı mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində ümumi sahəsi 44.90 kv m olan 1 otaqlı 102 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. -"xxxx" MTK tərəfindən verilmiş 102 saylı 02.02.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı tSumqayıt şəhəri 16-cı mkr İsmət Qayıbov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 17/15-ci mərtəbəsi, 102 saylı mənzildə yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun” 5-ci maddəsinin 2-ci bəndinə əsasən yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasın şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan rədd edilməlidir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun” 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən mənzilə köçməsi və nəticə etibarı ilə qeydiyyata alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Mənzilin tikintisi barədə müqavilə və dəyərinini ödənilməsi barədə maliyyə arayışı qanunverici tərəfindən vətəndaşın qeydiyyata alınması üçün əsaslar sırasına daxil edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkəti qanuni hesab edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1068/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1068/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver