Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1068/2023 01.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X8 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən mərhum X1nun adına verilmiş 16 sentyabr 2013-cü il tarixli 475733 nömrəli; 16 sentyabr 2013-cü il tarixli 475734 nömrəli; 16 sentyabr 2013-cü il tarixli 475735 nömrəli və 16 sentyabr 2013-cü il tarixli 475736 nömrəli X12 və Ölçülərində yol verilmiş səhvlərin, habelə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumatlar bazasında iddiaçının adında yol verilmiş səhvlərin aradan qaldırılması və həmin torpaq sahələrinə iddiaçının və mərhum X1nun adlarına mülkiyyət hüququna dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların verilməsi vəzifəsinin tapşırılmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon İcra Hakimiyyəti Başçısının 10 may 2013-cü il tarixi 31 nömrəli Sərəncamına əsasən iddiaçı və mərhum əri Aşurov Вeytulla Əligdər oğluna Qusar rayonunun Kirig kəndi ərazisindən 4(dörd) yerdən kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Qusar rayonunun Kirig kəndidə ləğv edilmiş sovxozun özəlləşdirilən torpaqlarından pay almaq hüququna malik subyektlərin adlı siyahısına uyğun olaraq bizə verilmişdir. Həmin torpaq sahələrinə bizim adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 16 sentyabr 2013-cü il tarixli 475733 nömrəli; 16 sentyabr 2013-cü il tarixli 475734 nömrəli; 16 sentyabr 2013-cü il tarixli 475735 nömrəli və 16 sentyabr 2013-cü il tarixli 475736 nömrəli X12 və Ölçüləri hazırlanaraq həmin torpaq sahələri bizim adlarımıza dövlət qeydiyyatına alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmış həmin X12 və Ölçülərində yalnız mərhum X1nun adı qeyd olunsa da həmin torpaq sahələri cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumatlar bazasında özəlləşdirilən torpaqlardan pay almaq hüququna malik subyektlərin adlı siyahısına uyğun olaraq həm iddiaçı, həm də ki, X1nun adına qeydə alınmışdır. X1 23 iyun 2010-cu il tarixdə vəfat etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq ləğv edilərək fəaliyyəti dayandırılmış, səlahiyyətləri isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2013-cü il tarixli 475733 nömrəli; 16 sentyabr 2013-cü il tarixli 475734 nömrəli; 16 sentyabr 2013-cü il tarixli 475735 nömrəli və 16 sentyabr 2013-cü il tarixli 475736 nömrəli X12 və Ölçülərində mərhum X1nun ata adı səhvən “Əlikdər oğlu” qeyd edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumatlar bazasında isə iddiaçının ata adı səhvən “Hörmət” qızı qeyd edilmişdir. Qeyd olunan yanlışlıqlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən yol verilmiş yanlışlıqlardır. Halbuki şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə X1nun ata adı “Əligdər oğlu”, iddiaçının ata adı isə “Hümmət qızı” qeyd edilmişdir. İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2013-cü il tarixli 475733 nömrəli; 16 sentyabr 2013-cü il tarixli 475734 nömrəli; 16 sentyabr 2013-cü il tarixli 475735 nömrəli və 16 sentyabr 2013-cü il tarixli 475736 nömrəli X12 və Ölçülərində və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumatlar bazasında yol verilmiş həmin səhvlərin aradan qaldırılması, onun və mərhum X1nun adlarına həmin torpaq sahələrinə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddianın nümayəndəsi X9 iştirak etmiş, məhkəmə suallarına cavabında vərəsəliklə bağlı sənəd təqdim etmədiklərini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən mərhum X1nun adına verilmiş 16 sentyabr 2013-cü il tarixli 475733 nömrəli; 16 sentyabr 2013-cü il tarixli 475734 nömrəli; 16 sentyabr 2013-cü il tarixli 475735 nömrəli və 16 sentyabr 2013-cü il tarixli 475736 nömrəli X12 və Ölçülərində yol verilmiş səhvlərin, habelə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumatlar bazasında iddiaçının adında yol verilmiş səhvlərin aradan qaldırılması və həmin torpaq sahələrinə iddiaçının və mərhum X1nun adlarına mülkiyyət hüququna dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların verilməsini istəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi X12 və ölçülərində yol verilmiş səhvlərin düzəldilməsini istəyir ki, cavabdeh inzibati orqanın belə bir səlahiyyəti mövcud deyil. Cavabdeh inzibati orqan yeni qaydalara uyğun olaraq hüquqların qeydiyyatını apara bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin mahiyyəti və məqsədi vətəndaş və dövlət orqanları arasında yaranmış mübahisənin həllindən ibarətdir. Şəxsin inzibati icraat qaydasında hüquq və qanuni maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməsi üçün ilk növbədə onunla inzibati orqan arasında mübahisənin yaranması, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində şəxsin hüququ və azadlıqlarının pozuntusu hallarının mövcud olması, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən əsassız olaraq imtina edilməsi və bu kimi digər şərtlərin yaranması zəruridir. Lakin hazırki işdə iddiaçının düzəliş edilməsini istədiyi plan-ölçü sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən deyil, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qəbul edilmişdir. Bundan əlavə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən vərəsəliklə bağlı sənədlər təqdim edilməmişdir. Bu isə subyektiv hüququn olmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, ilkin olaraq vərəsəliklə bağlı zəruri sənədləri əldə etməlidir. Eyni zamanda düzəliş edilməsini istədiyi sənədlərinin həmin şəxslərə məxsus olması ilə əlaqədar mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş fakt təsdiqi formasında hüquqi müdafiyə vasitəsindən istifadə edə bilər. Eyni zamanda əhəmiyyətli sayılmayan texniki səflərin inzibati orqan tərəfindən nəzərə alınmalı olduğu halda, hüquqların dövlət qeydiyyatı ilə bağlı inzibati orqanın qanunsuz hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Bunun üçün isə ilkin olaraq inzibati orqana qanunvericilkdə nəzərdə tutulmuş formada müraciət edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2yev
Məhkəmə qərarları › İş №2-1(118)-1068/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1068/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver