Məhkəmə qərarları › İş №2-1(118)-1072/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1072/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1072/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 (işləməyən, Bakı şəhəri, X13, ev“D”, mənzil 13 ünvanında yaşayan ) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun qeydiyyat vəsiqəsinin əvəzinə yeni ümümi çıxarış ilə əvəz edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildə Azərbaycan Respublikası Qusar rayonu, Avaran kəndində yeləşən 0.25 ha torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən almışdır. 1994-cü ildən bu günə kimi həmin torpaq sahəsi və ev onun istifadəsindədir və sahibliyindədir. Lakin 2012-2020 illərdə müxtəlif məhkəmə çəkişmələri olmuşdur. Məhkəmə qərarlarının əsaslandırma hissələrində də yazılmışdır ki, iddiaçıya məxsus Avaran kəndində yerləşən ev və həyətyanı sahə və bağ olan ərazi “Torpağ islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu və 10-cu maddələrinə əsasən iddiaçının mülkiyyəti hesab edilir. Qeydiyyat vəsiqəsi yararsız hala düşdüyündən, iddiaçı yeni vahid çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etrmişdir. Lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, ərizədə qeyd olunan 0.25 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizəyə əlavə edilmiş qeydiyyat vəsiqəsi fərdi yaşayış evinə aiddir, eyni zamanda qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Qusar rayon dövlət notariat kontorunun 24.08.1994-cü il tarixli ЗМ-59 reyestr nömrəli ev alqı-satqı haqqında müqaviləsində də torpaq sahəsi barədə hər hansı bir məlumat yoxdur.Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizədə qeyd olunan fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan : -14.07.1995-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Qusar rayonu Avaran kəndi ərazisində 2500.0 kv m torpaq sahəsinə yerləşən ümumi sahəsi 32 kv m olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evi alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-82/2018 saylı 30.04.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Qusar rayon Avaran bələdiyyəsinə qarşı (X6 üçüncü şəxs olmaqla) Qusar rayonu Avaran bələdiyyəsi tərəfindən verilmiş 05.11.2017-ci il tarixli 32 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 480/2018 saylı iş üzrə 01.10.2018-ci il tarixli qərarından görünür ki, cavabdeh Qusar rayon Avaran bələdiyyəsivə üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-82/2018 saylı 30.04.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-169/2019 saylı 23 yanvar 2019-cu il tarixli qərarından görünür ki, cavabdeh Qusar rayon Avaran bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-480/2018 saylı iş üzrə 01.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3932/2020 saylı 24 avqust 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh X3 qarşı Qusar rayon Avaran kəndində yerləşən ona məxsus yaşayış evinin boşaldılması və evinin naturada qaytarılması tələbinə dair iddiasının təmin edilməsinə dair Qusar rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi və həmin iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmıdır. - Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 17.04.2018-ci il tarixli arxiv arayışından görünür ki, Qusar rayon Avaran kənd ZDS İcraiyyə Komitəsinin 1972- 1974 –cü illərin Avaran kəndi üzrə 2 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 110 olan X8 təsərrüfatın xüsusi istifadəsində 1972-1973-cü illərdə cəmi 0.25 hektar torpağın olduğu qeyd edilmişdir. Rayon arxivində saxlanılan Qusar rayonu Avaran İnzibati Ərazi Vahidi üzrə nümayəndiliyinin Avaran kəndi üzrə 1996-1000-ci illərin 2 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 115 olan X8 təsərüfatın xüsusi mülkiyyətində cəmi 0.25 hektar torpağın olduğu qeyd edilmişdir. -cavabdehin verdiyi imtina bildirişindən görünür ki, cavabdeh torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi, təqdim edilən alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin yalnız evə aid olduğunu bildirərək ona imtina cavabı vermişdir. - Məhkəmənin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən daxil olmuş 26.04.2022-ci il tarixli cavab məktubundan görünür ki, Qusar rayon dövlət Notariat ofisində 24.08.1994-cü il tarixdə 3M-59 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notairat işinin kserosurəti məhkəməyə göndərilmişdir. Həmin notariat işində olan razılıq ərizələrindən, 1 saylı forma üzrə arayışdan və s.görünür ki, alqı-satqı predmeti olan evin 2500 kv m torpaq sahəsi üzərinə yerləşdiyi qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Qusar rayon Avaran bələdiyyəsinə qarşı hazırki iş üzrə mübahisə obyekti olan 0.25 ha torpaq sahəsinin X1 ilə bağlı 05.11.2017-ci il tarixli qərarının ləğv edilməsinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 23 yanvar 2019-cu il tarixli qərarının əsaslandırma hissəsində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin İddiaçı aid olmaması ilə bağlı cavabdeh bələdiyyənin və üçüncü şəxsin dəlilləri əsassız hesab edilir. İddiaçının həmin evin yerləşdiyi torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin torpaq sahəsi ev satın alındığın vaxtdan onun qanuni sahibliyində və istifadfəsində olmuşdur. Bununla da iddiaçı həmin torpaq sahəsi üzətində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinin və “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin ( fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrqfatının idarəşiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin, eləcə də Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən, gözlənilən mülkiyyət hüququna malikdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin (fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrqfatının idarəşiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və icarəyə götürtdükləri ölçüdə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 2500 kv m torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır. Evə dair təqdim edilmiş alqı-satqı müqaviləsində torpaq sahəsi xüsusi qeyd edilməsə də, evin həmin torpaqda yerləşdiyi mübahiəsləndirilmir və yuxarıda sadalanan normalara əsasən iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 24.08.1994-cü il tarixli 3M-59 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar