Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1075/2021 30.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, 01.01.2018-ci il tarixdən 30.09.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, 2017-ci ilin hesabına maddi yardımın, Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, 01.01.2018-ci il tarixdən 30.09.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, 2017-ci ilin hesabına maddi yardımın, Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəmənin 2-1(118)-50/2020 saylı 29.10.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin 10.03.2021-ci il tarixli 2-1(105)-222/2021 saylı qərarı ilə ləğv edilərək iş yenidən baxılması üçün birinci isntasniya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən 18.12.2018-ci il tarixədək Fövqəladə Hallar Nazirliyində (2007-ci ildən 17.04.2017-ci il tarixədək N №-li hərbi hissədə, 10.09.2018-ci il tarixdən 18.12.2018-ci i tarixədək N №-li hərbi hissədə) zabit kimi, cəmi N təqvim ili həqiqi hərbi xidmət keçmiş və AR X4 18.12.2018-ci il tarixli 1731/ş №li əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin "J" bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Tələbinin hüquqi əsasları Fövqəladə Hallar Nazirliyində hərbi xidmət keçərkən və 2018-ci ilin dekabr ayında hərbi xidmətdən ehtiyata buraxılarkən bir çox aşağıda sadalanan maddi təminat və istirahət hüquqları hərbi hissə komandanlığı tərəfindən pozulmuşdur. Belə ki, “X2 xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə fövqəladə hallar orqanları əməkdaşı təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə 3 ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən 6 ayadək uzadıla bilər. İddiaçı isə 17.04.2017-ci il tarixdə X4 müvafiq əmri ilə heç bir əsas gətirilmədən xidmət etdiyi N №-li hərbi hissədə "şöbə rəisinin baş köməkçisi" vəzifəsindən sərəncama çıxarılmış və 10.09.2018-ci il tarixədək X4 sərəncamında olmuşdur. 10.09.2018ci il tarixdə isə N №li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədən 18.12.2018-ci ildə ehtiyata buraxılmışdır. Sərəncamda olduğum müddət ərzində cəmi 4 ay 17.04.2017-ci il tarixdən 17.08.2017-ci il tarixədək aylıq pul təminatı ilə təmin edilmişdir. 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddət üçün heç bir növ pul təminatı (aylıq maaş) ödənilməmişdir. Onun 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddət ərzində (12 ay 23 gün) sərəncamda olmağı qanunsuz olmuş və bu müddət üçün aylıq pul təminatı tam həcmdə hesablanaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üşüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndələri səbəbini bildirmədən gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin və üşüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : -Azərbaycan Respublikası Fövqəladı Hallar Nazirliyinin 18 dekabr 2018-ci il tarixli 1731/ş saylı əmrindən görünür ki, İddiaçı “Hərbi xidmətkeşmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehyiyata buraxılmışdır. -FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Riskli Xilasetmə və X1 (9971) saylı hərbi hissənin 525/5 saylı 20.12.2018-ci il tarixli əmrindən görünür ki, İddiaçı “Hərbi xidmətkeşmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehyiyata buraxılması nəzərə alınaraq, 20 dekabr 2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çaıxarılmışdır. Həmin əmrdə İddiaçı 2018-ci il üçün nəzırdı tutulan maddi yardımın, 2 aylıq maaş (vəzifə və rütbə) miqdarında birdəfəlik müavinət, 2 aylıq dövr üçün pul mükafatının 90 % verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Maliyyə şöbəsinin rəisi tərəfindən hazırlanmış arayışda qeyd edilmişdir ki, İddiaçı Nazirliyin 17 aprel 2017-ci il tarixli 0334/ş saylı əmri ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin (9970 saylı hərbi hissə) Döyüş və xüsusi hazırlıq idarasinin Pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisinin baş köməkçisi vəzifəsindən nazirliyin sərancamına götürülmüşdür. Nazirliyin 10 sentyabr 2018-ci il tarixli 1243/ş saylı əmri ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Riskli Xilasetmə va mühafizə alayının (9971 saylı hərbi hissə) Mühafizə taborunun mühafizə bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. Hərbi hissə komandirinin 20 dekabr 2018-ci il tarixli 0525/ş saylı əmri ilə (öz arzusu ilə) 20 dekabr 2018cil tarixdan ehtiyata buraxılmışdır. Xidmət müddətində əmək haqqı, məzuniyyət pulu, təxris əmrinə uyğun olaraq 2018-ci il oktyabr-dekabr aylardakı xidmətə görə 90% həcmində pul mükafatı, ehtiyata buraxılması ilə əlaqədar 2 aylıq maaş miqdarında bir dəfəlik pul müavinatı və 2018-ci il üçün nəzərdə tutulmuş maddi yardım ona tam ödənmişdir. Məzuniyyət günləri işlədiyi dövrə müvafiq olaraq 11 gün verimişdir. (Məzuniyyət kompensasiyası 34 gün üçün 573 manat 78 qapik təşkil edir). Əşya əmlakı əvəzinə pul kompensasiya alınması üçün arayışın verilməsi ilə bağlı Xidmətə müraciət etməmişdir. Kirə pulu 2017-ci ilin yanvar-mart aylarına müvafiq olaraq toplanmış sənədlərə əsasən 158.40 manat ödənmişdir. 17 aprel 2017-ci il tarixdən 10 sentyabr tarixinədək Nazirliyin sərəncamında olduğu üçün ödənişlərlə bağlı heç bir məlumatı yoxdur. Nazirliyin şifahi sorğusuna əsasən bildirir ki, İddiaçı sərəncam dövründə pul təminatı aşağıdakı kimi olmalıdır: 1) Əmək haqqı 17 avqust 2017-ci il tarixdən 10 sentyabr 2018-ci il tarixədək tutqularsız 8680.85 manat təşkil edir; (17 aprel-2018 mart vazifə maaşı -320.00, rütbə maaşı-127.00,xidmət ili-44.70, dərəcəsi 80.00) və (aprel 2018- sentyabr 2018 vəzifə maaşı 350.00, rütbə maaşı-127.00, xidmət ili-47.70, dərəcəsi 87.50; 2) maddi yardım 2017-ci il üçün 447.00 manat təşkil edir; 3) mükafat 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat təşkil edir; 5) məzuniyyət əvəzinə pul kompensasiyası 2017-ci ilin müvafiq dövrü üçün 727.85 manat, 2018-ci ilin 34 gün istifadə edilməmiş məzuniyyət günləri üçün 573.78 manat təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “X2 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə fövqəladə hallar orqanlan əməkdaşı təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar,habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə 3 ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra lakimiyyəti orqanı tərəfindən 6 ayadək uzadıla bilər. Məhkəmə araşdırması zamanıl müəyyən edildi ki, iddiaçı 17.04.2017-ci il tarixdə AR X4 müvafiq əmri ilə xidmət etdiyi N №-li hərbi hissədə “şöbə rəisinin baş köməkçisi” vəzifəsindən sərəncama çıxarılmış və 10.09.2018-ci il tarixədək X4 sərəncamında olmuşdur. 10.09.2018-ci il tarixdə isə N №-li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədən 18.12.2018-ci ildə ehtiyata buraxılmışdır. 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddət üçün ona heç bir növ pul təminatı (aylıq maaş) ödənilməmişdir. “AR Silahlı Qüvvələrində Hərbi Qulluqçuların pul təminatı Haqqında” Əsasnamənin 190- cı maddəsinə əsasən zabit heyətinə, gizirlərə, miçmanlara, müddətdən artıq xidıjiət hərbi qulluqçularına yanvarda ötən ilin iş yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə 2 aylıq maaş həcmində birdəfəlik pul mükafatı verilir. Həmin Əsasnamənin 192-ci maddəsinə əsasən hərbi hissə komandirləri hərbi qulluqçuları yalnız xidməti xətalar törətdikdə, hərbi intizamı pozduqda və əxlaq qaydalarına zidd hərəkətlər etdikdə onları birdəfəlik pul mükafatından məhrum edə və ya mükafat miqdarını azalda bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçı 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatından, həmçinin 2018-ci ilin yekunlarına görə 2018ci ilin 01.01.2018-ci il tarixindən 30.09.2018-ci il tarixədək olan dövr üçün də (sərəncamda olduğu müddət) birdəfəlik pu mükafatından məhrum edilmişdir. “Hərbi Qulluqçuların Statusu Haqqında” AR Qanununun 11-ci maddəsinin 1-ci bəndinə əsasən ildə bir dəfə zabitlərə 45 günlük növbəti məzuniyyət verilir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmhı təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “X2 Xidməukeçmə haqqında” AR Qanununun 25-ci maddəsinin 9-cu bəndinə əsasən fövqəladə Hallar Qoşunlarının əməkdaşlarına ildə 1 dəfə bir aylıq vəzifə və xüsusi rütbəyə gorə maaşı həcmində maddi yardım göstərilir. “Hərbi qulluqçuların statusu haqqında”' Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. “Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” ARbazirlər K&binetirin 13 iyul 2006-cı il tarixli 171 №-li qərarının 1-ci bəndinə əsasən yaşayış yeri olmayan və bu səbəbdən kirayədə yaşamağa məcbur olan zabitlərə ... kirayədə yaşadıqları dövr ərzində mənzilin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verməsə də, cavabdehin Maliyyə İdarəsi tərəfindən hazırlanmış arayışda göstərilən məbləğlə razılaşdığını bildirdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 17 avqust 2017-ci il tarixdən 10 sentyabr 2018-ci il tarixədək ödənilməli olan 8680.85 manat əmək haqqı, 2017-ci il üçün 447.0 manat maddi yardım, 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat, 2017-ci ilin müvafiq dövrü üçün 727.85 manat məzuniyyət əvəzinə pul kompensasiyası və 2018-ci ilin 34 gün istifadə edilməmiş məzuniyyət günləri üçün 573.78 manatın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 17 avqust 2017-ci il tarixdən 10 sentyabr 2018-ci il tarixədək ödənilməli olan 8680.85 manat əmək haqqı, 2017-ci il üçün 447.0 manat maddi yardım, 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat, 2017-ci ilin müvafiq dövrü üçün 727.85 manat məzuniyyət əvəzinə pul kompensasiyası və 2018-ci ilin 34 gün istifadə edilməmiş məzuniyyət günləri üçün 573.78 manatın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinn üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1075/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1075/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver