Məhkəmə qərarları › İş №2-1(118)-1076/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1076/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1076/2024 05.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional Cavabdehndə Qeydiyyat şöbəsinə qarşı “Laçın rayonu, Bozlu kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 49 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək, uşaq haqqında məlumat qrafasında ad, soyad, ata adının “İddiaçı” olaraq qeyd edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 oktyabr 1958-ci il tarixdə Laçın rayonu, Quşçu kəndində anadan olmuş, hazırda yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır.1986-cı il tarixdə ailəsi ilə birlikdə işləmək məqsədi ilə Ukraynaya getmiş, təxminən 1990-1991-ci illərdə Ukrayna vətəndaşlığını qəbul etmiş, 1997-ci ilin dekabr ayında isə yenidən Azərbaycan Respublikasına gəlmiş və o vaxtdan bəri burada yaşayır.Azərbaycana yenidən qayıtdığı zaman vətəndaşlıq ilə bağlı müraciət etməmiş, yalnız 2022-ci il tarixdə bu barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Həyat yoldaşı, eləcə də övladları Azərbaycan Respublikasının vətəndaşıdırlar. Dövlət Miqrasiya Xidmətinin “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* saylı, 01 aprel 2021-ci il tarixli Qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Lakin araşdırma zamanı elektron sistemdə doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Ələddin” yox, “Allahverdi” olaraq qeyd edilmişdir. Digər sənədlərdə adı “Ələddin” olaraq qeyd edilmişdir. Ən əsası isə ona məxsus doğum haqqında şəhadətnamədə belə adı “Ələddin” olaraq qeyd edilmişdir. Bu səbəbdən də doğum haqqında akt qeydinə düzəliş olunması ilə bağlı cavabdeh müraciət etmiş, lakin cavabdehin 22 iyul 2023-cü il tarixi məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verdiyi məktubdan görünür ki, iddiaçının müraciətinin həllindən imtina edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: 1 saylı Sumqayıt regional Cavabdehndə Qeydiyyat tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-3055/2023 nömrəli imtina məktubu, Doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surəti, iddiaçıya aid hərbi biletin surəti, və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Laçın rayonu, Bozlu kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 49 saylı doğum haqqında akt qeydi elektron sistemdə iddiaçı haqqında məlumat qrafasında adı “Allahverdi” olaraq qeyd edilmişdir. Halbuki, iş materiallarında olan digər sənədlərdə iddiaçının adı Ələddindir. İddiaçı adına olan doğum haqqında akt qeydində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Qeydiyyat şöbəsinə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Laçın rayonu, Bozlu kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 49 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək, uşaq haqqında məlumat qrafasında ad, soyad, ata adının “İddiaçı” olaraq qeyd edilməsində hər hansı bir maneə mövcud deyil və müvafiq öhdəlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional Cavabdehndə Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Laçın rayonu, Bozlu kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 49 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək, uşaq haqqında məlumat qrafasında ad, soyad, ata adının “İddiaçı” olaraq qeyd edilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional Cavabdehndə Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar