Məhkəmə qərarları › İş №2-1(118)-1077/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1077/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1077/2020 13.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxslər X6nın və X2 iştirakı ilə, İddiaçı cavabdeh Qusar bələdiyyəsinə qarşı torpaq sahəsinini X1 dair qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq: MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Qusar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinini X1 dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21.09.2020-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə bələdiyyəyə müraciət edərək yaşayış evinin tikintisi üçün ona 900 kv m torpaq sahəsinin satılmasını xahiç etmişdir. 13.12.2001-ci il tarixdə onun tərəfindən torpaq sahəsinin dəyəri olan 815.000 manat məbləğində pul vəsaiti bələdiyyənin hesabına köçürülmüş və Qusar bələdiyyəsinin 01 saylı 25.01.2002-ci il tarixli qərarı ilə Qusar şəhəri Piroğlanov küçəsində 900 kv m torpaq sahəsi ona satılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahibliyinə və istifadəsinə keçmişdir. 2005-ci ildə o, valdieynlərinin xahişi ilə qardaşı X4 həmin torpaq sahəsinin 300 kv m hissəsində ev tikməyə icazə vermişdir. Qalan 600 kv m hissəsi isə onun və valideynlərinin istifadəsində qalmışdır. 2019-cu ilin noyabr ayında Fərhadın arvadl Nazirə Ağalarova həmin torpaq sahəsinin artıq onun mülkiyyətinə keçdiyini, artıq çıxarış və texniki pasportun onun adına verildiyini bildirmişdir. İddiaçı başa düşmüşdür ki, ona satılmış torpaq sahəsi hansısa yolla Ağalarov Fərhada satılmışdır. Bununla bağlı iddiaçı hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədi və izah etdi ki, bələdiyyənin arxivində X4 hər hansı torpaq sahəsinin satılmasına dair qərar mövcud deyildir. Sözügedən 900 kv m torpaq sahəsi bələdiyyənin 01 saylı 25.01.2002-ci il tarixli qərarı əsasında İddiaçı satılmışdır. Torpaq sahəsinin hansı yolla X2 mülkiyyətinə keçməsi bələdiyyəyə məlum deyildir. Üçüncü şəxs X7 və X6 iddianı qəbul etmədilər və izah etdilər ki, onlar istifadəslərində olan torpaq sahələrinn sənədləşdirilməsi üçün bələdiyyəyə müraciət etmişlər və bələdiyyənin hazırladığı sənədlər əsasında onlara torpaq sahəsinin satılmasına dair qərar, daha sonra çıxarış verilmişdir. Bundan sonra F.Ağalarov torpaq sahəsini həyat yoldaşı N.Ağalarovaya bağışlamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Qusar bələdiyyəsinin 25.01.2002-ci il tarixli 01 saylı qərarı ilə Qusar şəhəri Piroğlanov küçəsində 900 kv m torpaq sahəsi İddiaçı satılmışdır. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İDarısindən alınmış sənədlərdən müəyyən edildi ki, DTXKn-n Qusar rayon şöbəsi tərəfindən 08.04.2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həmin sənədin Qusar bələdiyyəsinin 25.01.2002-ciil tarixli 1/4-10 saylı qərar əsasında X4 verildiyi göstərilmişdir. Daha sonra həmin çəhadətnaməyə əsasən F.Ağalarovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilmiş və sonuncu torpaq sahəsini 12.03.2020-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən həyat yoldaşı X5 bağışlamışdır. Məhkəmə araşdırması zamanı həm iddiaçının, həm də cavabdehin təqdim etdiyi qərarlardan müəyyən edildi ki, bələdiyyənin 25.01.2002-ci il tarixli 01 saylı qərarı ilə sözügedən torpaq sahəsi İddiaçı satılmışdır. Üçüncü şəxs F.Ağalarova torpaq sahəsinin satılmasına dair qərar nə cavabdeh, nə də onun özü tərəfindən məhkəməyə təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi belə bir qərarın olmadığını izah etdi. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçıya izah edilməlidir ki, X2 adına verilmiş torpağın mülkiyyətə verilməsiə dair şəhadətnamə, onun əsasənda verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, bağışlaça müqaviləsi və s.sənədlərin etibarsız hesab edilməsinə dair iddia ilə ümumi məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Belə ki, həmin sənədlər mülkiyyət hüququnun təsdiq edən sənədlər olduğundan onların etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə iddia inzibati məhkəmə icraatının predmetinə aid deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Qusar bələdiyyəsinə qarşı torpaq sahəsinini X1 dair qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar