Məhkəmə qərarları › İş №2-1(118)-1077/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1077/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1077/2021 27.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X13 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Masazır kəndində yerləşən sahəsi 0.0992 ha olan həyətyanı torpaq sahəsinin Masazır bələdiyyəsinin sədri və Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdirinin iştirakı ilə 22.08.2011 -ci il tarixində tərtib və təsdiq edilmiş Torpaqların Alqı-satqısına dair Aktı; AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş və 17350 nömrə ilə uçota alınmış 367285 nömrəli 09.09.2011 -ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü; 19.08.2011-ci il tarixli Abşeron rayon X4 planından Çıxarışı; AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə Masazır Bələdiyyəsinin sədri tərəfindən arxa tarixlə və saxta olan 03.05.2004-cü il tarixli qərarı və bu sənədlərin əsasında X6 AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş Seriya MA ******* nömrəli, reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.10 2011 olan ilkin çıxarışı; Seriya AA 033259 nömrəli, reyestr nömrəsi **********01, tərtib etmə tarixi 27 10.2011 olan Torpaq sahəsinin planı və ölçüsünü və həmin əqdlərdən irəli gələn digər sənəd, çıxarışlar və müqavilələrin ləğv edilməsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə Masazır kəndində yerləşən və İddiaçı adına verilmiş Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin sərəncamına, İddiaçı istifadəsində olan 0,1 ha torpaq sahəsinin Abşeron rayonu X4 planından çıxarışa əsasən, 0,1 ha ölçüsündə ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi ev üzərində hüquqların dövlət qeydiyyatına alınması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ. İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 15 mart 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə (əvvəlki AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsi) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin qeydiyyatı və ilkin texniki pasportu alınması üçün müraciət etmiş və ərizənin son icra tarixi 12 aprel 2021 -ci il tarixli göstərilməklə təsdiqetmə bildirişi almışdır. Həmin tarixdə DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, sənəd hazır deyil və növbəti günlər yenidən müraciət etməlidir. Nəhayət, 20 aprel 2021-ci il tarixdə növbəti müraciəti zamanı ona həmin idarənin rəisi Rauf Qarayev tərəfindən imzalanmış imtina məktubu təqdim ediblər və imtinanın əsası kimi aşağıdakı məsələləri qeyd ediblər: «Abşeron rayonu, Masazır kəndində fərdi yaşayış evi və yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 mart 2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxınmışdır Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş X2 adına verilmiş 37096 reyestr və 5199 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinə dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir. Bundan başqa Abşeron rayonu, Masazır kəndində fərdi yaşayış evinin yerləşdiyi 0 10 ha torpaq sahəsinin İddiaçı Abşeron rayonu icra Hakimiyyəti Başçısının Masazırkəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli. 28 nömrəli sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 13 01.2015-ci ıl tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş" Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək eldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda torpaq sahələrinin ayrılması barədə kənd / qəsəbə nümayəndəlikrin sərəncamları nəzərdə tutulmamışdır. Əlavə olaraq sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportda hüquq sahibinin adında pozuntu olduğu üçün eyniləşdirmə əməliyyatı aparmaq mümkün olmamışdır. Həmçinin 37096 reyestr və 5199 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin ölçüləri ilə faktiki vəziyyətdəki ölçüləri arasında fərq olduğu aşkar edilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin 245.6 kv.m hissəsinin yüksək gərginlikli (10 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, 0.0992 ha hissəsinə isə başqa şəxsin adına 28.02.2019-cu il tarixli, **********01 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir... Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.» İddiaçı bildirir ki, imtina məktubu əsassızdır, məktubda qeyd olunan hallar qanunaziddir və məhkəmə tərəfindən onun hüquqlarının müdafiə olunması xahiş olunur. Belə ki, Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-ci il tarixli sərəncamına əsasən AR kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə 0,1 ha ölçüsündə torpaq sahəsi fərdi ev tikintisi üçün yəni İddiaçı, ayrılmışdır. Həmin torpaq sahəsində, atası İsmayılov Tofiq ibrahim oğlu, nəvəsi və iddiaçının azyaşlı oğlu X3 adına 2006-ci ildə yaşayış sahəsi 16.4 kv.metr, köməkçi sahəsi 10.0 kv. metr olan fərdi evi inşa etmiş və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 37096 nömrəli reyestri kitabında və 5199 nömrəli inventar işi qeydiyyata alınmış, Qeydiyyat Vəsiqəsi və Texniki Pasport verilmişdir Sözügedən fərdi yaşayış evi hal-hazırda oğlunun mülkiyyətində və ailənin istifadəsindədir. Onu da bildirir ki, sözügedən fərdi evin tikintisi zamanı icra hakimiyyəti ilə razılaşdırılmadığı üçün inzibatı xəta haqqında qərar qəbul olunmuşdur (həmin qərarın və protokolun surəti iddia ərizəsinə əlavə olunub), lakin razılıq alandan sonra həmin evə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki inventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən Qeydiyyat Vəsiqəsi verilmişdir. Həmin Qeydiyyat vəsiqəsinin arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılması müvafiq inzibati orqanın vəzifəsidir. Zərurət yarandığı halda sənədlərin texniki ekspertizası, imza və möhürlərin düzgün olub-olmamasının yoxlanması məhkəmə tərəfindən təyyin oluna bilərƏlavə olaraq, mənim müraciətim əsasında ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən verilən məktubdan və ondan irəli gələn araşdırmalardan məlum olur ki, arxa tarixlə saxtalaşdırılmış Abşeron rayonu Masazır Bələdiyyəsi 03.05.2004-cü il tarixdə 28 nömrəli qərarla iddiaçının oğlunun mülkiyyətində olan evin yerləşdiyi və RİH başçısının Masazır kənd nümayəndəsinin sərəncamı ilə mənə ayrılan torpaq sahəsim ünvan 1 ünvanda qeydiyyatda olan X5 adına qanunsuz əsasla ayırmış və həmin qərar heç dövlət arxivində mövcud deyil və arxivdən verilən arayışa görə eyni nömrəli qərar tamilə başqa məzmunda və tarixdə verilib, yəni bələdiyyə tərəfindən ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsinə təqdim olunmuş sənədlər qeyri qanunidir və saxtadır. Belə ki, Bələdiyyə mövcud qanunvericiliyin tələbinə asasan yalnız Bələdiyyənin ərazisində daimi yaşayan və qeydiyyatda olan şəxslərə fərdi yaşayış evi inşa etmək üçün torpaq sahəsi ayıra bilərdi. Sudavər İsmayılova heç vaxt Abşeron rayonunda qeydiyyatda olmayıb. Həmin qanunsuz qərar əsasında İsmayılova Sudavər DTXK Abşeron şöbəsinin 22.08.2011-ci il tarixli 2080/11 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı- satqısına dair aktını və DTXK Abşeron şöbəsinin 09 09.2011-ci il tarixli 17350 nömrəli Torpaq sahəsinin plan və ölçüsünü əldə etmişdir. Sonda isə, Sudavər İsmayılova qeyd olunan sənədlər əsasında "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli, 27.10.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışı və 27.10.2011-ci il tarixli AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünü qanunsuz əsaslarla əldə etmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin və ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə dəftərxanasında olan fərqli sənədləri və ziddiyyətləri təhlil etdikdə məlum olur ki, Masazır bələdiyyəsinin 03.05.2004-ci il tarixli 28 nömrəli qərarı saxtadır və Masazır bələdiyyəsinin o vaxt ki sədri - X7 09.09.2011-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair aktını pərdələmək üçün həmin saxta qərarı köhnə tarixlə qəbul edərək ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsinə təqdim etmişdir, halbuki həmin qərar 2004 yox, 2011 ci ildə arxa tarixlə tərtib olunub və bu fakt AR Milli Arxiv idarəsinin Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivində öz təsdiqini tapır İzləri tez-tələsik itirmək üçün X8 həmin əmlakı qızı X10 bağışlamış, o isə, öz növbəsində yaxın tanışı X1 adına bazar qiymətindən aşağı qiymətlə alqı-satqı vasitəsilə rəsmləşdirmişdir və sonuncu 28.02.2019cu il tarixli **********01 reyestr nömrəli çıxarış əldə etmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, azyaşlı oğlu X2 adına qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinə əsasan, Abşeron rayonu Masazır kəndində yerləşən yaşayış sahəsi 16.4 kv.m., köməkçi sahəsi 10 kv.m. olan fərdi yaşayış evi və həyətyanı torpağı iddiaçıya ayrılmış torpaq sahəsinin üzərindədir və bunu təsdiq edən X15 planı və Masazır Bələdiyyəsi tərəfindən möhürlə təsdiq olunmuş Abşeron rayonu X9ruluşu Planından çıxarışdan aydın görünür. Eyni zaman bildirir ki, uzaq qohumu olan şəhid bacısı və 1-ci qrup əlil, həmçinin də şəkər xəstəsi X11 həmin fərdi evdə yaşayır və yeri üzrə polis tərəfindən pasport qeydiyyatındadır. Təəccüblüsü odur ki, imtina məktubunda qeyd olunur ki, “faktiki torpaq sahəsinin 245.6 kv.m hissəsinin yüksək gərginlikli (10 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, 0.0992 ha hissəsinə isə başqa şəxsin adına 28.02.2019-cu il tarixli, **********01 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir” bəs necə olur ki, 2006-ci ildən inşa olunmuş fərdi ev mövcud ola-ola və orda yaşayış olduğu halda, məktubda qeyd olunan yüksək gərginlikli elektrik xəttinin həmin ərazidən keçdiyi halda həmin fərdi evin yerləşdiyi torpaq sahəsinə 2019-cu ildə başqa şəxsin adına çıxarış verilir. Qeyd edilənlərə əsasın iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında İddiaçı iştirak etmişdir. İddiaçıya hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı məhkəmədən Abşeron rayonu Masazır kəndində yerləşən sahəsi 0.0992 ha olan həyətyanı torpaq sahəsinin Masazır bələdiyyəsinin sədri və Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdirinin iştirakı ilə 22.08.2011 -ci il tarixində tərtib və təsdiq edilmiş Torpaqların Alqı-satqısına dair Aktı; AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş və 17350 nömrə ilə uçota alınmış 367285 nömrəli 09.09.2011 -ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü; 19.08.2011-ci il tarixli Abşeron rayon X4 planından Çıxarışı; AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə Masazır Bələdiyyəsinin sədri tərəfindən arxa tarixlə və saxta olan 03.05.2004-cü il tarixli qərarı və bu sənədlərin əsasında X6 AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş Seriya MA ******* nömrəli, reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27.10 2011 olan ilkin çıxarışı; Seriya AA 033259 nömrəli, reyestr nömrəsi **********01, tərtib etmə tarixi 27 10.2011 olan Torpaq sahəsinin planı və ölçüsünü və həmin əqdlərdən irəli gələn digər sənəd, çıxarışlar və müqavilələrin ləğv edilməsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə Masazır kəndində yerləşən və İddiaçı adına verilmiş Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin sərəncamına, İddiaçı istifadəsində olan 0,1 ha torpaq sahəsinin Abşeron rayonu X4 planından çıxarışa əsasən, 0,1 ha ölçüsündə ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi ev üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, Qusar rayon Notariat Kontoru tərəfindən alqı-satqı müqaviləsinin təsdiq edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarış inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi yox, hüquqi aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Müqavilənin etibarsızlığı tələbi isə inzibati məhkəmə icraatının predmeti ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”

Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlər məhkəmə praktikasına uyğun olaraq düzgün iddianın seçilməsində nəzərə alınması iddianın uğurluluq ehtimalı və prosessual qənaət baxımından əhəmiyyət daşıyır. İddiaçı müxtəlif orqanlara yönəldilməli olan tələbləri eyni iddiada eyni orqana yönəltmişdir. Bu çür iddialara baxılması isə inzibati məhkəmə icraatında nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, torpaq sahəsi ilə bağlı alqı-satqı müqavilələrinin və onun əsasənda verilmiş qeydiyyat sənədlərini mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. İnzibati məhkəmə icraatı qaydasında isə inzibati orqanların inzibati aktlarını və inzibati orqanların qanunsuz hərəkətlərini mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 3yev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar