Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1077/2022 10.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant y/k, ev 1 mənzil 47-də yaşayan) Cavabdehin nümayəndəsi X1 (FHN X5 Xidmətində maliyyə şöbəsində böyük inspektor işləyən, Bakı şəhəri, Sabunmu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ev 9 a mənzil 7-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinə qarşı ödənilməyən əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 01.06.2000-ci il tarixdən qətnamə qəbull edilən tarixə hər ayı 630 manat hesablamaqla 145.530 manat orta aylıq əmək haqqı, istifaqdə etmədiyi məzuniyyətə görə 16500 manat, cəmi 162.030 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23.11.2021-ci il tarixli 2-1(112)-11568/2021 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cu ilin aprel ayının 20-dən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirilyi nəzdində olan Baş X3 idarəsinin Laçın rayon mühafizəsi üzrə 77 saylı X7ndə yanğınsöndürən vəzifəsinə işə qəbul edilmişdir. Qarabağ uğrunda döyüşlər başladığına görə o, 01.07.1990-cı ildən 1993-cı ilin sonunadək Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Sonra Laçın rayonundan məcburi köçkün düşərək əvvəlcə Bakı şəhərində ayrı-ayrı ünvanlarda yaşamış, sonunda ailəsi ilə birgə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Qarant şəhərciyində məskunlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı 15.06.1993-cü il qərarı ilə cavabdeh onu və digər işçiləri öz hesabına məzuniyyətə göndərmişdir. 15.06.1993-cü ildən 01.06.2000-ci il tarixədək cavabdeh hər ay orta aylıq əmək haqqını ödəmişdir. Cavabdeh 2000-ci ilin fevral ayının 01 tarixindən ödəmələri dayandırmış və bu günədək ona orta aylıq əmək haqqını ödəməkdən imtina edir. Onunla əmək müqaviləsi pozulmadğı halda əmək kitabçasını vermir, hər dəfə orta aylıq əmək haqqının ödəniləcəyi ilə bağlı söz verilir, lakin ödənişlər edilmir. Onun vəzifısinı uyğun yanğınsöndürən vəzifəsində işləyən şəxs hər ay orta hesabla 630 manat əmək haqqı alır. Əmək haqqını 01.02.2000-ci il tarixdən qətnamə qəbul edilən tarixə 231x630=145.530 manat edər. Ona görə də, 145.530 manat əmək haqqının cavabdehdən tutulub ona ödənilməsini tələb edir. 01.07.1990-cı il tarixdən bu günkü tarixədək cavabdehlə əmək münasibətlərində olmasına baxmayaraq məzuniyyətə çıxmamış və bununla bağlı kompensasiya almamılşdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının verdiyi məlumatlardan bəlli olur ki, o, FHN yaradılanadək DİN-nin tabeliyində olan Baş X3 İdarəsinin (BDYTİ) 77 saylı Laçın rayon X6 əməkdaşı olmuşdur. Həmin hissənin yerləşdiyi ərazi müharibə zonasına çevriləndən sonra hissə fəaliyyətini dayandırmış, əməkdaşlar isə özlərindən asılı olmayan səbəblərdən iş yerlərindən məhrum olmuşlar. Lakin arxiv sənədlərində iddiaçı barədə heç bir sənəd və ya məlumat yoxdur. Belə ki, bütün bu sənədlər Laçında yerləşən hissədə saxlanılmış və orada qalmışdır. Bu baxımdan, iddiaçının əmək kitabçasını taparaq ona edilməsi obyektiv səbəblərdən mümkün deyildir. 2005-ci ildə Azərbaycan Respublikası Fəvqəladə Hallar Nazirliyi yaradılmış və əvvəllər DİN-nin strukturunda olan Baş X3 İdarəsi (BDYTİ) FHN-nin struktur tabeliyinə verilmişdir. Daha sonra FHN-nin strukturu təsdiq olunmuş və keçmiş BDYTİ yeni nazirliyin struktur tabeliyində olan X5 Xidməti olaraq yenidən təşkil edilmişdir. İddiaçının işlədiyi Laçın rayon 77 saylı X7 isə əvvəlki BDYTİ-nin struktur tabeliyində olmuşdur və yeni yaradılmış X5 Xidmətinin strukturunun və ştat sayının təsdiq edilməsi barədə FHN-nin 051 nömrəli 13.10.2006-cı il tarixli əmrində (surəti əlavə olunur), iddiaçının faktiki olaraq mövcud olmayan iş yeri hesab edilən 77 saylı hissə və xüsusi rütbəsi olmayan (mülki) yanğınsöndürən vəzifəsi nəzərdə tutulmamışdır. Əmək qanunvericiliyinin tələblərinə görə, işçiyə əmək haqqı faktiki iş vaxtına görə tabel əsasında ödənilir və faktiki iş yeri olmayan (işə çıxmayan) işçinin əmək haqqı tələbinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlar işçinin əmək məzuniyyətindən istifadə hüququnun yaranması hallarına da şamil edilir. Belə ki, il ərzində işə çıxmayan işçinin illik əmək məzunuyyəti tələb etməsi üçün heç bir qanuni əsas yoxdur. Tərəfimizdən ehtimal olunur ki, iddiaçının 2000-ci ilədək ona hər ay ödənilmiş olduğunu bildirdiyi əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1993-cü il tarixli 32 nömrəli Qərarının 7-ci bəndində nəzərdə tutulan “orta aylıq əmək haqqı” olmuşdur. Həmin ödənişlərin hazıradək verilməsi tələbi ilə əlaqədar isə bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının özünün qeyd etdiyi kimi, ona son ödənişin 2000-ci ilin fevral ayında edildiyini nəzərə alsaq, o, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İş materiallarına əlavə edilmiş : -Azərbaycan Respublikası DİN Baş X3 İdarəsi tərəfindən verilmiş 19.02.2001-ci il tarixli arayışdan görünür ki, İddiaçı 05.04.1990-cı il tarixədn 01.07.1993-cü il tarixə kimi DİN Baş X3 İdarəsinin Laçın rayonunun mühafizəsi üzrə 77 saylı peşəkar yanöğın hissəsinin yanğınsöndürəni vəzifəsində işləmiş laçın rayonunu işğalından sonra Nazirlər Kabinetinin 01.06.200-ci il tarixə kimi işləməyən şəxs kimi son iş yerindən orta aylıq müavinət almışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 13.10.2006-cı il tarixli 051 saylı əmri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin strukturu və ştat sayı təsdiq edilmişdir. Laçın rayon X5 Hissəsinin ştat cədvəlində mülki qaydada yanğınsöndürən vəzifəsi nəzərdə tutulmamışdır. -Azərbaycan Respublikası FHN Texniki Xidmət və Təchizat Dəstəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinə ünvanlanmış 10.05.2002-ci il tarixli məktubundan görünür ki, 77 saylı Laçın rayon X6 əməkdaşı İddiaçı 1999-2000-ci illər üzrə əmək haqqı barədə arayışı göndərilir və bildirilir ki, İddiaçı 1993-1998-ci illərə aid əmək haqqı barədə sənədlər işə qəbul işdən xaric əmrləri, şəxsi iş, əmək kitabçası, texniki xidmət və təchizat dəstəsinin arxivində tapılmamışdır. - Məhkəmənin sorğusuna əsasən AR DİN Baş Kadrlar İdarəsi tərəfindən verilmiş 04.04.2022-ci il tarixli cavab məktubundan görünr ki,İddiaçı arxiv şəxsi, DİN-in keçmiş X3 İdarəsinin əmrləri və əməkdaşlarının əmək haqqı kartları Nazirliyin arxivinə təhvil verilmədiyindən müraciətin müsbət həlli imkan xaricindədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdehdən 01.06.2000-ci il tarixdən hazıradək ödənilməmiş əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 01.06.2000-ci il tarixdən sonra DİN Baş Dövlət Yanğından Təhlükəsizliyi İdarəsi tabeliyində və ya 2006-cı ilin oktuabr ayında yaradılan Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin strukturunda işləməsini təsdiq edən hər hansı sənəd təqdim edə bilmədi. Əmək qüanunvericiliyinin tələblərinə görə işçiyə əmək haqqı faktiki iş vaxtına görə tabel əsasında ödənilir və faktiki iş yeri olmayan işçinin əmək haqqı tələbini heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” 15 yanvar 1993-cü il tarixli 32 nömrəli Qərarının 7ci bəndinə görə təsərrüfat, müəssisə və təşkilatlarda işləyən qaçqın və məcburi köçkünlərə özlərindən asılı olmayaraq işləyə bilmədikləri müddət üçün işlədikləri müəssisə və təşkilatların nazirlikləri və baş idarələri tərəfindən, büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləyən qaçqın və məcburi köçkünlərə isə müvafiq icra hakimiyyəti orqanları tərəfindən orta aylıq əmək haqlarının ödənilməsinə müstəsna hal kimi icazə verilsin. Orta aylıq əmək haqqı, respublikada müəyyən olunmuş minimum əmək haqqı məbləğindən az olduqda, minimum əmək haqqı məbləğində müəyyən edilmişdir. Nazirlər Kabineti tərəfindən 10 may 1994-cü il tarixdə "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 181 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 1 sentyabr 1994-cü il tarixədək orta əmək haqlarının verilməsini təmin etsinlər. Sonrakı illərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılmış və beləliklə, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və heç bir yerdə işləməyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqı 1 yanvar 2017-ci il tarixədək verilmişdir. Lakin hazırki iş üzrə iddiaçının 01.06.2000-ci il tarixdən sonra yanğından mühafizə sistemində işləməsi, ümumiyyətlə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1077/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1077/2022
10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver