Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1078/2020 02.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ Azərbaycan Respublikası Ərazi Bütövlüyü müdafiəsi zamanı Hərbi Xidməti vəzifəsini yerinə yetirərkən qəlpə yarası alması, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının yeni ekspertiza təyin olunması və xəsarətlərin çənə, alın və qulaqda qəlpə yarasının müəyyən edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ Azərbaycan Respublikası Ərazi Bütövlüyü müdafiəsi zamanı Hərbi Xidməti vəzifəsini yerinə yetirərkən qəlpə yarası alması, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının yeni ekspertiza təyin olunması və xəsarətlərin çənə, alın və qulaqda qəlpə yarasının müəyyən edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinin verdiyi xx.xx.2020-cı il tarixli 327 saylı arayışdan görünür ki, Şamaxı şəhər sakini, 1983-cü il təvəllüdlü,ehtiyatda olan zabit, baş leytinat İddiaçı, ondan ötəri ki, o həqiqətən xx.xx.2001-cı ildən xx.xx.2005cı il tarixədək H.Əliyev adına AAHM-də kursant olmuş, xx.xx.2005-cı ildən xx.xx.2012- cı il tarixədək xx.xx.2005-xx.xx.2006-cı il tarixədək SQTTM-də dinləyici,xx.xx.2006xx.xx.2011-cı il tarixədək 701-saylı hərbi hissədə, xx.xx.2011- xx.xx.2012-cı il tarixədək 181-saylı hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirimin əmrinə əsasən, "Hərbi xidmətkeçmə" haqqında əsasnamənin 156- cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2012-cı il tarixdən Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsində Qeydiyyatdadır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-cı il tarixli №918 saylı məktubuna əsasən hərbi xidmət dövründə aldığı xəstəliyin nəticəsinə görə xx.xx.2012-cı ildə SQ Baş Klinik Hospitalının terapiya profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəliyin nəticəsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-cı il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər Cədvəlinin 17 b maddəsinin İİİ qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız,müharibə dövründə məhdud yararlıdır" sayıılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən "Xəstəlikdir,hərbi xidmət dövründə alınmışdır" kimi düzgün təyin edilmişdir. "Sol qulaq seyvanında yad cisim(qəlpə)" diaqnozlu yaralanmanın səbəb əlaqəsi xəstəlik haqqında şəhadətnamədə "Yaralanamadır, hərbi xidmət dövründə alınmışdır" təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-cı il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.3 bəndinin tələblərinə uyğun hərbi xidmət dövründə aldığı yaralanmanın alınma şəraiti haqqında hərbi hissə komandirinin arayışı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına daxil olmadığından yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi "Yaralanmadır, hərbi xidmət dövründə alınmışdır" kimi təyin edilmişdir. xx.xx.2012-cı il tarixli 2159 saylı Xəstəlik haqqında şəhadətnamədən görünür ki, ikitərəfli xroniki adheziv orta otit nəticəsində konduktiv ağıreşitmə,pıçıltı nitqinin hər iki qulaqla 4,5 m məsafədən eşitməsi ilə Xəstəlikdir, Hərbi Xidmət Dövründə alınmışdır.Sol qulaq seyvanında yad cism (qəlpə).Yaralanmadır,Hərbi Xidmət Dövründə alınmışdır. 13.HHK-nın hərbi xidmətə, hərbi- uçot ixtisası üzrə xidmətə və s. Yararlılıq haqqında qərarı; "Xəstəliklər cədvəli"nin 17 b maddəsinin İİİ qrafasına və ƏTC-nə zərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-cı il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh Dövründə Hərbi Xidmətə yararsız,Müharibə dövründə Məhdud yararlıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 19 saylı Şamaxı rayon Tibbi Sosial Ekspert KomissiyasıSER TSE-01 № 530853 arayışdan görünür ki Əzizov X3 hərbi xidmət dövründə ikinci qrup əlildir. İddiaçı tibbi kitabçasından 85 -cı səhifəsində görünür ki,düşmən tərəfindən atılan yad cisim (güllə qəlpəsi) sol qulaq seyvanının Azərbaycan Respublikası Ərazi Bütövlüyü müdafiəsi zamanı Hərbi Xidməti vəzifəsini yerinə yetirərkən yaralanması və xəsarət alması qeyd edilmişdir. Şahidlər Saatlı sakini X2, Qazax rayon sakini X1. Qeyd edilənlərə görə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasına dəvət olunsada məhkəmə iclasında iştirak etməmiş, iddiaçıya hüquqi yardım edilməsi mümükn olmamışdır. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Vətəndaş İddiaçı iddia ərizəsi və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-1078/2020 nömrəli sərəncamı Hüquq İdarəsi tərəfindən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) göndərilmişdir. İddiaçı iddia ərizəsində ona məxsus xx.xx.2012-ci il tarixli 2159 nömrəli xəstəlik haqqında şəhadətnamədə yaralanmasının səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’’nin 7.1. bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarətlərin, xəstəliklərin (yaralanmaların, travmalrın) hərbi xidmətlə səbəb əlaqəsini müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHKsı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. 1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. 2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3. maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Şamaxı RHK tərəfindən 2001 -ci ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.2012-ci il tarixdə SQ BKH tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Mülayim dərəcədə ifadə olunmuş, uzun gedişli dissosiativ-konversion pozuntusu. Eroziv ezofagit.Xroniki qastroduodenit remissiya mərhələsində. Vena çatışmazlığı əlamətləri olmayan sağ aşağı ətrafın varikoz xəstəliyi. Sol saidin ön səthinin dəri çapıqları. İkitərəfli xroniki adheziv orta otot nəticəsində konduktiv ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4,5 m məsafədən eşitməsi ilə” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 17 “b” maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “SÜLH DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ. MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİ” sayılmış və xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç)yarımbəndinə əsasən “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3 bəndinin və 7.2 bəndinin ç)yarımbəndinin tələblərinə uyğun olaraq İddiaçı “Sol qulaq seyvanında yad cism (qəlpə)” diaqnozu ilə olan yaralanmanın səbəb əlaqəsi yaralanmanın alınma şəraiti haqqında hərbi hissə komandirinin travma haqqında arayışı MN MHHK-na daxil olmadığından “YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”kimi təyin edilmişdir. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş İddiaçı travma ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini və travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Vətəndaş İddiaçı təyin edilmiş yaralanma hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2. bəndinin “a” yarımbəndinin tələblərinə ziddir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsins əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ər mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1 -ci maddəsi) qaldırıla bilər. Lakin İddiaçır qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görsənir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli qərarından narazıdır. Lakin, o qanunla nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Məhkəmə hesab edir ki, uzun müddət əvvəl mövcud olmuş və mübahisələndirmə imkanı olduğu halda mübahisələndirilməmiş hərəkətlərə iddia müddətinin tətbiq edilməmsi hüquqi müəyyənlik prinsipi ilə də ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1078/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1078/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver