Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-108/2020 06.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçı adının hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik aparılaraq faktiki rəhbər X2 adı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə "xxxx" MMC (VÖEN **********) təsis edilmiş və vergi orqanından qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC bir müddət iddiaçı tərəfindən idarə edilsə də, 2009-cu ilin mart ayında X6 adlı bir şəxs həmin hüquqi şəxsi ondan almaq istədiyini bildirmiş, iddiaçı isə həmin hüquqi şəxsin adına hər hansı iş üzrə müqavilə olmadığından, Xəyalın qeyd olunan təklifinə etiraz etməmişdir. Aralarında yaranan razılaşmanı rəsmiləşdirmək üçün iddiaçı xx.xx.2009-cu il tarixdə X5 Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş etibarnamə vermiş və aralarında həmin tarixli təhvil-təslim aktı tərtib edilmişdir. Həmin təhvil-təslim aktına əsasən cəmiyyətə məxsus bütün təsis sənədləri, möhür və digər sənədlər idiaçı tərəfindən X5 təhvil verilmişdir. Eyni zamanda, həmin aktda qanunvericiliyə əsasən "xxxx" MMC-ni vergi orqanında öz adına qeydiyyatdan keçirmək öhdəliyi X3 üzərinə qoyulmuşdur. Həmin tarixdən sonra iddiaçının "xxxx" MMC-nin, o cümlədən X3 fəaliyyətindən xəbəri olmamışdır. Lakin daha sonra, "xxxx" MMC-nin rəhbərinin ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulmasına dair vergi orqanı tərəfindən məhkəməyə müraciət edilən zaman, cəmiyyətin hələ də iddiaçının adında qeydiyyatda qaldığı və X3 üzərinə götürdüyü öhdəliyi icra etmədiyi məlum olmuşdur. "xxxx" MMC xx.xx.2009-cu il tarixdən etibarən iddiaçı tərəfindən idarə edilmədiyindən, cəmiyyətin fəaliyyətindən hər hansı gəlir götürmədiyindən və ümumiyyətlə həmin cəmiyyətlə hər hansı əlaqəsi olmadığından, bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik edilməli və cəmiyyətin təsisçisi və qanuni təmsilçilik funksiyasına malik direktoru kimi faktiki rəhbərin adı rəsmiləşdirilməlidir. Belə ki, Mülki Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasənhüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı)təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasənvergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 78.4-cü maddəsinə əsasənvergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair" AR Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilir ki, "Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər". Qeyd olunanlardan aydın olduğu kimi, hüquqi şəxsin cari fəaliyyətinə faktiki rəhbərlik edən şəxs həmin hüquqi şəxsin bütün öhdəliklərini, o cümlədən vergi öhdəliklərini icra etməyə cavabdehdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli 1(004)-13/2015 nömrəli hökmünə əsasən X2 "xxxx" MMC-nin faktiki rəhbəri olduğu müəyyən edilmiş və cəmiyyətin vergi öhdəliklərini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd edilənlərə görə iddia təmin edilməsini məhkəmədə xahiş edir. Məhkəmə iclasında iddiaçı tərəfə hüquqi yardım edilmiş və iddiaçı iddia tələbini dəqiqləşdirərək İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək, qeyd edir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbini əsassız hesab edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə (bundan sonra - Qanun) əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər, yəni qurumun rəhbərinin təyin edilməsi barədə səlahiyyətli orqanın qərarı təqdim edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi məlumatlarının dəyişdirilməsi üçün 2 saylı Ərazi Vergilər Baş İdarəsinə Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarına dəyişiklik edilməsi ərizəsi ilə qanunvericiliyə uyğun formada müraciət edilməmişdir. Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın 1.11 -ci bəndinə əsasən bu Qaydalarda təsbit olunmuş prosedurların yerinə yetirilməsi üçün ərizə və arayışlar vergi orqanına yalnız həmin müraciəti etmək səlahiyyəti olan və ya bu səlahiyyəti qanunvericilikdə müəyyən edilmiş qaydada əldə etmiş şəxslər tərəfindən imzalanmaqla təqdim edilə bilər. Ərizə və ya arayışı qəbul edən vergi əməkdaşı onun yalnız səlahiyyətli şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra Qaydalarda göstərilən iş proseslərinin yerinə yetirilməsini təmin etməlidir. Həmin Qaydaların 6.13-cü bəndinə əsasən vergi ödəyicisinin məlumatlarına dəyişiklik edilmısi vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirilir Qanunvericilikdə müəyyən edilmiş qaydada səlahiyyət verilmədikdə, ərizələrin kənar şəxslərdən və yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Sadalan normalardan aydın olduğu kimi, vergi ödəyicisinin vergi orqanında uçota alınması yalnız vergi ödəyicisinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş ərizə əsasında həyata keçirilə bilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı iddiasını onunla əsaslandırır ki, İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə "xxxx" MMC (VÖEN **********) təsis edilmiş və vergi orqanından qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC bir müddət iddiaçı tərəfindən idarə edilsə də, 2009-cu ilin mart ayında X6 adlı bir şəxs həmin hüquqi şəxsi ondan almaq istədiyini bildirmiş, iddiaçı isə həmin hüquqi şəxsin adına hər hansı iş üzrə müqavilə olmadığından, Xəyalın qeyd olunan təklifinə etiraz etməmişdir. Aralarında yaranan razılaşmanı rəsmiləşdirmək üçün iddiaçı xx.xx.2009-cu il tarixdə X5 Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş etibarnamə vermiş və aralarında həmin tarixli təhvil-təslim aktı tərtib edilmişdir. Həmin təhvil-təslim aktına əsasən cəmiyyətə məxsus bütün təsis sənədləri, möhür və digər sənədlər idiaçı tərəfindən X5 təhvil verilmişdir. Eyni zamanda, həmin aktda qanunvericiliyə əsasən "xxxx" MMC-ni vergi orqanında öz adına qeydiyyatdan keçirmək öhdəliyi X3 üzərinə qoyulmuşdur. Həmin tarixdən sonra iddiaçının "xxxx" MMC-nin, o cümlədən X3 fəaliyyətindən xəbəri olmamışdır. Lakin daha sonra, "xxxx" MMC-nin rəhbərinin ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulmasına dair vergi orqanı tərəfindən məhkəməyə müraciət edilən zaman, cəmiyyətin hələ də iddiaçının adında qeydiyyatda qaldığı və X3 üzərinə götürdüyü öhdəliyi icra etmədiyi məlum olmuşdur. "xxxx" MMC xx.xx.2009-cu il tarixdən etibarən iddiaçı tərəfindən idarə edilmədiyindən, cəmiyyətin fəaliyyətindən hər hansı gəlir götürmədiyindən və ümumiyyətlə həmin cəmiyyətlə hər hansı əlaqəsi olmadığından, bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik edilməli və cəmiyyətin təsisçisi və qanuni təmsilçilik funksiyasına malik direktoru kimi faktiki rəhbərin adı rəsmiləşdirilməlidir. İddiaçı mülki qanunvericilik normalarına istinad edərək hesab etmişdir ki,“xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçı adının hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik aparılaraq faktiki rəhbər X2 adı ilə əvəz edilməlidir və bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə hesab edir ki, idddiaçı ilə X8 arasındakı münasibətlər mülki hüquq münasibətləridir. X1 öz öhdəliklərini yerinə yetirmədiyi halda, iddiaçı mülki məhkəmə icraatı qaydasında hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd edir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə (bundan sonra - Qanun) əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər, yəni qurumun rəhbərinin təyin edilməsi barədə səlahiyyətli orqanın qərarı təqdim edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi məlumatlarının dəyişdirilməsi üçün 2 saylı Ərazi Vergilər Baş İdarəsinə Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarına dəyişiklik edilməsi ərizəsi ilə qanunvericiliyə uyğun formada müraciət edilməmişdir. Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın 1.11 -ci bəndinə əsasən bu Qaydalarda təsbit olunmuş prosedurların yerinə yetirilməsi üçün ərizə və arayışlar vergi orqanına yalnız həmin müraciəti etmək səlahiyyəti olan və ya bu səlahiyyəti qanunvericilikdə müəyyən edilmiş qaydada əldə etmiş şəxslər tərəfindən imzalanmaqla təqdim edilə bilər. Ərizə və ya arayışı qəbul edən vergi əməkdaşı onun yalnız səlahiyyətli şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra Qaydalarda göstərilən iş proseslərinin yerinə yetirilməsini təmin etməlidir. Həmin Qaydaların 6.13-cü bəndinə əsasən vergi ödəyicisinin məlumatlarına dəyişiklik edilmısi vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirilir Qanunvericilikdə müəyyən edilmiş qaydada səlahiyyət verilmədikdə, ərizələrin kənar şəxslərdən və yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Sadalan normalardan aydın olduğu kimi, vergi ödəyicisinin vergi orqanında uçota alınması yalnız vergi ödəyicisinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş ərizə əsasında həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə digər şəxs arasında mövcud olmuş mülki hüquq münasibətləri nəticəsində həmin şəxs, götürdüyü öhdəliyə uyğun olaraq müvafiq dəyişikliklərlə bağlı inzibati orqana müraciət etməmişsə, bu halda iddiaçının həmin şəxslə arasında yaranan öhdəliklərin icra edilməsi ilə bağlı ümumu məhkəmədə iddia qaldırmaq hüququ vardır. Cavabdeh inzibati orqanın iddiaçının müraciəti əsasında belə bir qeydiyyatı həyata keçirmək səlahiyyəti yoxdur. Ama məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)- 13/2015 saylı hökmü iddiaçınınİddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi üçün əsas hesab olunmalıdır. Belə ki, işə əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-13/2015 saylı hökmündən görünür ki, X8 “xxxx” MMC-nin faktiki rəhbəri müəyyən olunmuş və vergi öhdəliklərini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair" AR Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilir ki, "Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçıya izah olunsun ki, hüquqi şəxsin təsisçisi və qanuni təmsilçiliyi ilə bağlı digər şəxslərlə aralarında baş vermiş mülki hüquq münasibətlərindən yaranan öhdəliklərin icrası ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-108/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-108/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver