Məhkəmə qərarları › İş №2-1(118)-1082/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1082/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1082/2023 17.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, XN Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (Xaçmaz rayon Vəkil bürosunun vəkili, Xaçmaz rayonu, S.Vurğun küçəsi ev N-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N974-cü ildə Xaçmaz rayonunda anadan olmuşdur. Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağrılaraq, xidmətini xx.xx.NN-ci il tarixdən xx.xx.N3-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N5-ci ildən xx.xx.N6-cı ilə kimi N saylı hərbi hissənin tərkibində icra etmişdir. Döyüş zonasına ezam olunaraq xx.xx.NN-ci ildən xx.xx.N3-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda Ağdərə və Füzuli rayonları istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları zamanı yaralanaraq xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilə kimi Tərtər hospitalında müalicə olunmuşdur. Qeyd olunan xidməti və döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparat nəzdində veteran adlarının və müvfaiq vəsiqələrin verilməsi üzrə komissiyaya etdiyi müraciəti xx.xx.N0NN-ci il tarixli 4/3- N069N saylı məktubla imtina olunmuş, səbəb kimi onun N39 saylı hərbi hissənin özbaşına tərk etməyi göstərilmişdir. Bu cavab əsaslandırılmış olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, onun xx.xx.N3-ci ildən xx.xx.N3-cü ilə kimi N39 saylı hərbi hissədə xidmət etməyi xx.xx.NN-ci ildən xx.xx.N3-cü ilə kimi Ağdərə və Füzııli rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirakı, yaralanaraq xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilə kimi Tərtər hospitalında müalicə olunmağı, xx.xx.N5-ci ildən xx.xx.N6cı ilə kimi hərbi hissədə xidmət edərək qanuni əsasla tərxis olunmağı arxiv arayışı və məktubla təsdiq edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.N0NNci il tarixli HPNN/N78N saylı məktubuna əsasən qeyd olunan xidmətləri ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət isi və ya təqsirləndirici materialın olması faktı müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N3-cü il tarixdə xidmət yerini özbaşına tərk etmiş, həmçinin iddiaçının xx.xx.N3- cü il tarixdən xx.xx.N4-cü itədək xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, bununla əlaqədar müalicə müəssisəsində müalicə olunması əsaslı sübutlarla təsdiq edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il NN sentyabr tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, ona “Müharibə veteranı” adının vəsiqəsinin verilməsi yolverilməzdir.Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. İş materiallarında olan : -İddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, xx.xx.NN- xx.xx.N6cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. N39 saylı hərbi hissənin tərkibində Ağdərə və Fizuli rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir. -Azərbaycan Respublikasını Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, xx.xx.NN-ci tarixdən xx.xx.N3-cü il tarixə kimi N nömrəli, N4-cü ilin sentyabr ayından xx.xx.N6-cı il tarixə kimi isə N nömrəli hərbi hissələrdə xidmət etməyinizlə bağlı barənizdə Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkzəi Arxivinin xx.xx.N0NN-ci il il tarixli 4/N -3N68 saylı məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N7 iyul NN-ci il tarixli N0-A №-ii əmrilə (əsas: səh-6N,sıra-30) N974-cü il təvəllüdlü, İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir.N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli N5-B №-ii əmrində (əsas: səh-74,sıra-84; qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı kurs keçmək üçün NN5 nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır.N nömrəli hərbi hissə komandirinin N3 noyabr NN-ci il tarixli NNN №-li əmrilə (əsas: §-3,səh-85,sıra-5) İddiaçı Ağdərə rayonuna göndərilmişdir.N nömrəli hərbi hissə komandirinin N7 dekabr NN-ci il tarixli N48 №-li əmrilə (əsas: §-N :səh- NN7,sıra-N) İddiaçı Füzuli rayonuna xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır.N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 5N №-li əmrilə (əsas: §-3,səh-83,sıra-46) sıravi İddiaçı Ağdərə döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yerinə yetirmək üçün göndərilmişdir.N nömrəli hərbi hissə komandirinin N6 iyul N3-cü il tarixli N6N №-li əmrilə (əsas: §-N9,səh-N87,sıra-7) Ağdərə rayonunda ezamiyyətdə olan sıravi İddiaçı Füzuli rayonuna göndərilmişdir.N nömrəli hərbi hissə komandirinin N5 avqust N3-cü il tarixli N86 №-li əmrilə (əsas: §-7,səh-N5N ,sıra-68) sıravi İddiaçı Füzuli rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. Xidmət yerini özbaşına tərk etdiyinə görə Xaçmaz RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N3 sentyabr N3-cü il tarixli N00 №-li əmrilə (əsas: §-7,səh-N94,sıra-NN7) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N50 nömrəli hərbi hissəyə köçürülmüşdür. X4 Qəbulu Məntəqəsindən göndərilmiş, Xaçmaz RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N5 fevral N5-ci il tarixli 56 №-li əmrilə (əsas: §- N ,səh-N03,sıra-5) şəxsi heyətin ad siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci DPT, N-ci bölüyə sanitar-atıcı vəzifəsinə təyin edilmişdir.Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin ştatdan kənar əsgəri, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N0 iyul N6-cı il tarixli N0N №-li əmrilə (əsas: §-5,səh-8) şəxsi heyətin ad siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-nın sərəncamına göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli arayışından görünür ki, o, həqiqətən xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixdək N43 nömrəli hərbi hissədə (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmuşdur.Diaqnoz: Sağ ayağın baş barmağının içəri səthinin səthi güllə yarası. Əsas: N43 nömrəli hərbi hissənin (Tərtər hospitalının) N3-cü ilə məxsus N №-li ‘‘Stasionar xəstələrin qeydiyyatı” kitabının 68-ci səhifəsində olan N684-cü sayındakı qeydə əsasən. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin Nci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il NN sentyabr tarixli NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən NN- ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respubilkası Nazirlər Kabinetinin NN sentyabr N0N8-ci il tarixli 4NN saylı Qərara əsasən – “Müharibə veteranı" adı və vəsiqəsini verilməsi üçün zəruri olan hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşİərdəki iştirakı sübut edən sənədlər təqdim olunmalıdır. Qeyd: Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.N0N8-ci il tarixli 4NN N–li Qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər" sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda "sözləri və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları sözlərindən sonra döyüşlərdə itirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda sözləri əlavə edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: (N5 dekabr NN-ci il tarixli) Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi: -Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə N8. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ -N8.N Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə cavabdehin bildirdiyi Mərkəzi Arxivin xx.xx.N0N3-cü il tarixli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin iyun N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması, Tərtər Hospitalına müalicəyə göndərilməsi, N43 nömrəli hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində müalicə olunması və N50 nömrəli hərbi hissə komandiinin sentyabr-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti marədə məlumatın olmamasına münasibətdə qeyd etmişdir ki, iddiaçının N43 saylı hərbi hissədə xidmət zamanı yaralanması və N0.06-xx.xx.N3-cü il tarixlərdə Tərtər hospitalında stasionar müalicə və müayinədə olması Müdafiə Nazilriyinin Baş Klinik Hospitalının 4N7N sayıı xx.xx.N0NN-ci il tarixli arayışı ilə təsdiq edilir. Bundan başqa onun yenidən xx.xx.N3-cü il tarixdə N50 nömrəli hərbi hissəyə köçürülməsi barədə əmrin olması və xx.xx.N6-cı ildə onun N saylı hərbi hissədən qanuni əsaslarla tərxis olunması, barəsində hər hansı təqsirləndirici materialın olmaması ona dəlalət edir ki, onun özbaşına xidmət yerini tərk etməsi öz təsdiqini tapmır, sentyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumatın olmaması iddiaçının tələbinin təmin edilməməsinə əsas ola bilməz. “İnzibati icraat haqqında” Qanununun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının döyüşlərdə iştirakını təsdiq edən hərbi biletin, onun yaralanmasını təsdiq edən arayışın, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı döyüş əməliyyatlarını aparan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N39 saylı hərbi hissəsində xidmət edərək döyüş əməliyyatlarında iştrak etmiş və N saylı Hərbi Hissə komandirinin xx.xx.N6cı il tarixli N0N nömrəli əmri ilə ordudan tərxis olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya mühairbə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar