Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1083/2020 23.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştrak etməsi barəsində nazirliyin arxivinə məlumatın daxil olmaması barəsində araşdırmanın aparılması və araşdırmanın nəticəsi olaraq döyüş əməliyyatlarında iştrak etməsi barəsində müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə" dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx xxx 1994cü il tarixində elan olunan ataşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirıliyinin tabeliyində Azərbaycan Respubılikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətləri barədə olan məlumatlar əsasında araşdırılmanın aparılması və araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştrak etməsi, 27 saylı əmrə əsasən ehtiyata buraxılmasına dair arxiv arayışının verilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində iştrak edən İddiaçı ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya bir neçə dəfə hüquqi yardımın göstərilməsi məqsədi ilə iddia tələbinə dəqiqləşdirilmə verilməsi təklif olunmuş və iddiaçının istəyinə uyğun olan sonuncu dəqiqləşdirilmə ərizəsi xx.xx.2020-ci ildə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən onun xx xxx 1994-cü il tarixində elan olunan ataşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirıliyinin tabeliyində Azərbaycan Respubılikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətləri barədə olan məlumatlar əsasında araşdırılmanın aparılması və araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştrak etməsi, 27 saylı əmrə əsasən ehtiyata buraxılmasına dair arxiv arayışının verilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. O, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qoyaraq tələbini ona yönəltsə də, həmin orqana eyni tələb ilə müraciətləri olduğu iş materiallarında müəyyən olunmur. Nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyininin Arxiv İdarəsi hər hansı araşdırma aparan qurum deyil və həmin idarə Müdafiə Nazirliyinin arxivində saxlanılan sənədlər üzrə məlumat vermək səlahiyyətinə malikdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Müdafiə Nazirliyinin Arxiv İdarəsinin hətta bucür səlahiyyəti olsa idi belə hərbi xidmət keçmiş şəxsin xidməti barədə araşdırmanın hansı təpgidə aparılması onun diskression səlahiyyətinə aid edilmiş olardı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qeyd olunan Məcəllənin 74-cü maddəsindən məlum olur ki, məhkəmə inzibati orqan tərəfindən üzərinə düşən diskression səlahiyətlərin həyata keçirilmədiyi tədqirdə məsələyə hüquqi qiymət vermək səlahiyyətinə malikdir. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı iddia tələb üzrə Müdafiə Nazirliyindən onun Arxiv İdarəsinin yerinə yetirilməli olan araşdırmanın hansı həddə aparılması meyarları qanunla müəyyən edilməmişdir. Başqa sözlə desək, İddiaçı cavabdeh Müdafiə Nazirliyi tərəfindən onun istəyinə uyğun araşdırmanın hansı səpkidə aparılmasını əsaslandıra bilməmişdir. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının tələbinin təmin edilməməsidir ki, həmin növ iddia tələblərinə mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə mövcud probleminin həll edilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Hazırki işdə iddiaçı tərəfindən inzibati orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmədə hansı inzibati orqandan müvafiq inzibati aktın qəbul edilməsin tələb edirsə, eyni istəyi ilə ilkin olaraq rəsmi qaydada həmin inzibati orqandan tələb edilməlidir. Bu müraciətin nəticəsinə uyğun olaraq məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1083/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1083/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver